"Fənərbağça" futbolçusu Fred ilə yollarını ayıracaq. Sport24.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, "Atletiko Mineyro" ilə anlaşıb.
"Fənərbağça"nın bu satışdan müəyyən məbləğ qazanacağı bildirilir.
Fred ötən mövsüm İstanbul klubunda 23 oyunda 2 məhsuldar ötürmə edib.