Cüdo üzrə Azərbaycan millisinin üzvləri Hidayət Heydərov və Nizami İmranov Niderlandın Papendal şəhərində təşkil olunan Olimpiya Təlim Düşərgəsinə qatılıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli rəhbərlik edir.
Müxtəlif ölkələrdən yüksək səviyyəli cüdoçuların iştirak etdiyi düşərgə intensiv məşqlər və randori sessiyalarından ibarətdir.
Toplanış milli komandanın üzvləri üçün beynəlxalq səviyyəli rəqiblərlə birgə məşq etmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və qarşıdakı yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Papendaldakı Olimpiya Təlim Düşərgəsi avqustun 14-dək davam edəcək.