top
Tərlan Həsənov: “Hidayət Heydərov dünya çempionatına daha ciddi hazırlaşmalıdır” Idman.biz
21 aprel 2026, 14:42
- ↺ +

Tərlan Həsənov: “Hidayət Heydərov dünya çempionatına daha ciddi hazırlaşmalıdır”

"Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) bu il Bakıda keçiriləcək dünya çempionatına daha ciddi hazırlamalıdır".

Bu barədə əməkdar məşqçi Tərlan Həsənov məlumat verib.

Təcrübəli mütəxəssis olimpiya çempionunun Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanması ilə bağlı fikirlərini bölüşüb.

"Hidayətin bu yarışda səhv etdiyini düşünmürəm. Dünya çempionatına daha ciddi hazırlaşmalıdır. Yavaş-yavaş formaya düşür. Gürcüstanda çempion da ola bilərdi. Finalada üz-üzə gəldiyi Laşa Şavdatuaşvili üçqat olimpiya mükafatçısıdır. Dünya və Avropa çempionatlarında da qızıl medal qazanıb. Gürcüstanın əfsanəvi idmançısıdır. Final görüşü bərabər səviyyədə keçirdi. Hidayət ondan zəif deyildi. Hücumlar da bərabərd səviyyədə oldu. Hətta yerdə, "nevaza"da Hidayət daha fəal idi. Nədənsə, hakimlər birinci və ikinci xəbərdarlığı cüdoçumuza verdilər. Buna baxmayaraq, hücumda fəal idi. Hesab edirəm ki, "qızıl xal" bölümündə hər ikisində iki xəbərdarlıq olmalı idi. Amma Hidayətə üçüncü verildi. Hidayət həmişə rəqibi yormaq istəyir. Fənd ata bilməyəndə, üçüncü xəbərlığı rəqibə aldırmaq istəyir. Burada belə olmadı. Onun taktikasını hakimlər pozdular. Hidayət beşinci dəfə Avropa çempionu olacağına söz vermişdi", - deyə o, report.az-a açıqlamasında söyləyib.

T.Həsənov bürünc medal qazanan Turan Bayramovun (66 kq) çox yaxşı güləşdiyini bildirib:

"Rusiya təmsilçisi ilə dueldə öndə olsa da, xırda səhvə yol verdi. Daha əvvəl 60 kq-da mübarizə aparıb. Bu çəkidə, demək olar ki, ikinci yarışı idi. Onun da bürünc medalını yüksək qiymətləndirirəm. Əhməd Yusifov (60 kq) bürünc medal görüşündə Balabəy Ağayevi məğlub edərək üçüncü yeri tutdu. Məncə, Balabəy Giorgi Sardalaşvili (Gürcüstan) ilə dueldə fənd atmaq istəyəndə rəqib yıxılandan sonra ayağını ilişdirdi. Gürcü idmançıya qələbə verdilər. Məncə, burada da insafsızlıq oldu. Yoxsa iki qızıl medal qazana bilərdik. Zelim Kotsoyev (100 kq) Simeon Katarina (Niderland) ilə bərabər səviyyədə güləşirdi. Rəqibi saxlamaq istəyəndə qolu qatlandı. Zelim onun qolunu buraxmadı, o vəziyyətə görə ona "hansoku-make" verdilər ki, qolu sına bilər. Bunu hakimin səhvi hesab etmirəm. Hidayətin final görüşündə də rəqib qola təzyiq etmişdi. Amma xəbərdarlıq almamışdı. Belə epizodlar oldu. Yarış Gürcüstanda keçirildi, onların idmançıları həqiqətən çox güclüdürlər. Bu o demək deyil ki, onlara qalib gələ bilmirik. Daha əvvəl müxtəlif yarışlarda onları üstələmişik. Hidayət Heydərov dəfələrlə finalda uduzduğu rəqibinə qalib gəlib".

Əməkdar məşqçi cüdonun Gürcüstanda populyar olduğunu sözlərinə əlavə edib:

"Onların kişi cüdoçuları Yaponiya təmsilçiləri ilə ayaqlaşırlar. Bu ölkədə çidaoba milli güləş növü var. Cüdoya yaxın güləşdir. Gürcüstanın hər kiçik kəndində uşaqlar bununla məşğul olur və daha sonra cüdoya keçirlər. Mən əsgərlikdə olan görmüşdüm, idmançı olmasalar belə, hamısı güləşməyi bacarırdı. Bütün dünya bilir ki, cüdo Gürcüstanda çox populyardır. Avropa çempionatının medal görüşlərində tribunlar dolu idi. Müxtəlif kəndlərdən belə gələnlər var idi. Bakıda dünya çempionatı olanda rayondan çox az adam gəlir. Əksəriyyəti paytaxtda yaşayanlardır. Tbilisidə isə gənclərlə birlikdə yaşlılar da gəlmişdi".

Qeyd edək ki, Azərbaycan Avropa çempionatını dörd medalla başa vurub. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Digər
Bu gün, 03:09

Fiqu: “Mourinyo “Barselona” üçün yaxşı baş məşqçi olardı”

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Oxşar xəbərlər