top
Tbilisi-2024: Turan Bayramov 1/4 finalda, digər cüdoçularımız da mübarizəyə qoşulub - YENİLƏNİR + VİDEO Idman.biz
16 aprel 2026, 12:29
- +

Tbilisi-2024: Turan Bayramov 1/4 finalda, digər cüdoçularımız da mübarizəyə qoşulub - YENİLƏNİR + VİDEO

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, idmançımız 1/8 final mərhələsində İtaliya təmsilçisi Elios Manzini üzərində qələbə əldə edib.

Daha əvvəl Almaniya cüdoçusu Nikolas Kuntseyə qalib gələn Bayramov bununla 1/4 finala vəsiqə qazanıb.

Digər təmsilçimiz Gültac Məmmədəliyeva (52 kq) isə macarıstanlı idmançı Reka Ruppaya məğlub olaraq turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, Şəfəq Həmidova (48 kq) 1/16 finalda Kosovanı təmsil edən Erza Muminoviçi, Könül Əliyeva isə Niderlandlı Amber Qersyesi məğlub edib. Leyla Əliyeva isə döyüşsüz şəkildə 1/8 finala vəsiqə qazanıb. Xatırladaq ki, Gültac Məmmədəliyeva da daha əvvəl turnirin bu mərhələsinə yüksələrək növbəti mərhələyə vəsiqə əldə edib.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq

11:33

Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

11:09

Azərbaycan cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən Avropa çempionatında növbəti mərhələyə yüksəlib.

İdman.Biz xəbər verir ki, idmançının 1/16 finaldakı rəqibi serbiyalı Nikolina Nişaviç görüşə çıxmayıb.

Nəticədə L.Əliyeva döyüşsüz şəkildə 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Gültac Məmmədəliyeva da turnirin bu mərhələsinə adlamışdı.

Yarış aprelin 19-da yekunlaşacaq.

10:59

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatına uğurlu başlayıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/16 final mərhələsində Lüksemburq idmançısı Karla Tavares Fernandeşlə qarşılaşıb.

Görüşdən qalib ayrılan G.Məmmədəliyeva növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın yeddi cüdoçusu tatamiyə çıxır. Yarış aprelin 19-da yekunlaşacaq.

09:30

Bu gün Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayırlar.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə milli komandanın yeddi üzvü tatamiyə çıxacaq.

Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), qadınlardan Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar.

Kişilər
60 kq, 1/8 final

Balabəy Ağayev - Qal Blajiç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov - Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

66 kq, 1/16 final
Turan Bayramov - Nikolas Kuntse (Almaniya)

Qadınlar
48 kq, 1/16 final

Könül Əliyeva - Amber Qersyes (Niderland)
Şəfəq Həmidova - Erza Muminoviç (Kosova)

52 kq, 1/16 final
Leyla Əliyeva - Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva - Karla Tavares Fernandeş (Lüksemburq)

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
02 iyun 2026, 01:16

Minifutbol üzrə Avropa çempionatı: Millimiz Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəldi

Basketbol
01 iyun 2026, 22:59

Millimiz Dünya Kubokunda iki oyun keçirib: qələbə və məğlubiyyət - YENİLƏNİB

Futbol
01 iyun 2026, 20:27

Messi zədə səbəbindən Hondurasla matçı buraxacaq

Futbol
01 iyun 2026, 20:18

Qadın milli komandası Fəxri Xiyabanda Ulu Öndərin və Zərifə Əliyevanın xatirəsini yad edib

Futbol
01 iyun 2026, 20:04

Barselona"nın sabiq futbolçusu İnyesta BƏƏ-nin "Qalf Yunayted" klubunun baş məşqçisi təyin edildi

Futbol
01 iyun 2026, 19:58

Yoşko Qvardiol: "Mançester Sitidə xoşbəxtəm"

Futbol
01 iyun 2026, 19:49

Türki Əl-Şeyx "Derbi Kaunti" klubuna investor ola bilər

Basketbol
01 iyun 2026, 19:35

Qadın Basketbolçularımız Dünya Kubokuna Qələbə ilə Başladı

Futbol
01 iyun 2026, 19:28

Ceyms Milner karyerasını başa vurdu

Futbol
01 iyun 2026, 19:10

PSJ ümumi heyət dəyərinə görə dünyada liderdir

Güləş
01 iyun 2026, 18:59

Azərbaycanlı güləşçilər Xorvatiyada iki medal qazanıblar

Güləş
01 iyun 2026, 18:55

Taleh Məmmədov: U-15 güləşçilərin sağlam böyüməsi və uğurlu çıxışı üçün çalışırıq

Tennis
01 iyun 2026, 18:39

Serena Uilyams 2026-cı ildə tennisə qayıdır

Futbol
01 iyun 2026, 18:29

19 yaşlı Junior Kurpi Avropa nəhənglərinin maraq dairəsində

Güləş
01 iyun 2026, 18:23

Uşaqlar Hacı Əliyevi kürəyini yerə vurdu: Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günündə idman bayramı – FOTO/VİDEO

Futbol
01 iyun 2026, 18:08

"Şəfa" Rauf Hüseynli ilə maraqlanır

Futbol
01 iyun 2026, 18:05

PSJ azarkeşləri Mbappeni təhqir edirlər: "Mbappe fahişə oğludur"

Futbol
01 iyun 2026, 18:00

Del Pyerodan Kvaratsxeliya haqqında tərifləyici açıqlama

Futbol
01 iyun 2026, 17:52

"Sabah" Futbol Akademiyası Qusarda 35 istedadlı uşağı seçdi

Futbol
01 iyun 2026, 17:50

"Sabah" Futbol Akademiyasının Qusardakı seçmələri yekunlaşdı: 35 uşaq növbəti mərhələyə yüksəldi

Güləş
01 iyun 2026, 17:50

2026-cı ilin iyun ayına olan Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Futbol
01 iyun 2026, 17:46

"Turan Tovuz" Sadiq Şəfiyevi heyətdə saxlamayacaq

Futbol
01 iyun 2026, 17:40

Ansu Fati "Monako"ya transfer olunur

Boks
01 iyun 2026, 17:40

Kişi boksçulardan ibarət Azərbaycan millisi Çimkənddə təlim-məşq toplanışına yollanıb

Oxşar xəbərlər