top
Taekvondo üzrə gənclər arasında ölkə birinciliyində mükafatlandırma mərasimi və Azərbaycan çempionatının açılışı olub Idman.biz
26 dekabr 2025, 22:36
- +

Taekvondo üzrə gənclər arasında ölkə birinciliyində mükafatlandırma mərasimi və Azərbaycan çempionatının açılışı olub

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) keçirilən gənclər arasında ölkə birinciliyində oğlanlar arasında 48 kq, 59 kq, 63 kq, qızlar arasında isə 44 kq və 49 kq çəki dərəcələrində mükafatlandırma mərasimi baş tutub.

Qalib idmançılara mükafatlar Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və ATF-in vitse-prezidenti Hikmət Səmədov tərəfindən təqdim olunub.

15:18

Taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov ölkəmizdə idman sahəsində görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev hər zaman idmana, idmançılara diqqət və qayğı göstərib: "Buna görə də idmançılarımız nüfuzlu beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Azərbaycan dünyanın böyük idman yarışlarına layiqincə ev sahibliyi edir. Bu bizim üçün sevindirici haldır. İl ərzində 156 medalın qazanılması, onlardan 53-nün qızıl əyarlı olması ölkəmizdə taekvondonun davamlı inkişaf etdiyini və bu idman növünə marağın ildən-ilə artdığını təsdiqləyir".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda taekvondo idman növünün inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu gün bir sıra idmançılarla görüşdüyünü və onları mükafatlandırdığını diqqətə çatdırıb.

Gənclər və idman naziri Fərid Qayıbov ölkə çempionatının uğurlu keçdiyini söyləyib. Onun sözlərinə görə, bu il Azərbaycan idmanı üçün düşərli olub. Nazir Prezident İlham Əliyevin ölkə idmanına yüksək səviyyədə dəstək və qayğı göstərdiyini xatırladıb.

Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edir.

Qeyd edək ki, ölkə çempionatına dekabrın 27-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

Dieqo Forlan Uruqvay millisində Suaresin qayıdışını dəstəkləyib

Futbol
Bu gün, 12:37

Futbol üzrə Azərbaycan çempionatında su fasiləsi tətbiq olunacaq

Futbol
Bu gün, 12:07

Lionel Messi atasının ölümündən sonra “İnter Mayami”də çıxışını dayandırıb

Futbol
Bu gün, 11:51

„Kəpəz“ nigeriyalı cinah yarımmüdafiəçisini transfer edib

Digər
Bu gün, 11:29

Azərbaycan komandaları Londonda robototexnika yarışında uğur qazandı

Futbol
Bu gün, 11:20

Real Madriddən Arsenalın yarımmüdafiəçisinə yenidən maraq

Futbol
Bu gün, 11:13

El Nasional formasındakı reklamları sataraq maliyyə böhranından xilas olmağa çalışır

Futbol
Bu gün, 11:00

Karvan-Yevlax" legionerini saxladı

Futbol
Bu gün, 10:40

Aleksis Sançesin yeni klubu məlum olub

Formula 1
Bu gün, 10:38

Lyuis Hemilton və Corc Rasselin eyni problemi

Futbol
Bu gün, 10:20

Tufan Sadıqov İdman Arbitraj Məhkəməsinə üz tutdu

Güləş
Bu gün, 10:03

Bakıda professor Xanlar Qurbanovun xatirəsinə həsr olunmuş milli güləş turniri keçiriləcək

Güləş
Bu gün, 10:03

Professor Xanlar Qurbanovun xatirəsinə həsr olunmuş milli güləş turniri

Voleybol
Bu gün, 09:55

"Turan" Kuba millisinin təcrübəli voleybolçusunu transfer etdi

Futbol
Bu gün, 09:40

Bavariya 18 yaşlı seneqallı yarımmüdafiəçini transfer edib

Futbol
Bu gün, 09:39

Aleksis Sançes MLS-ə keçir

Futbol
Bu gün, 09:24

„Sabah“ UEFA Çempionlar Liqasındakı taleini bugün həll edəcək

Futbol
Bu gün, 09:20

"Sabah" UEFA Çempionlar Liqasında "Orhus"a Qarşı

Güləş
Bu gün, 09:19

Yekaterina Sariyeva Avropa çempionatında uğurla çıxış edib

Futbol
Bu gün, 09:11

Bavariya Qambiyalı yarımmüdafiəçini transfer edib

Futbol
Bu gün, 08:20

„Arsenal“ 3 futbolçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:18

„Tottenhem“ müdafiəçisi Miki van de Venlə müqavilə uzadıb

Futbol
Bu gün, 08:00

Kolumbiyada futbol çempionatı dayandırıldı

Futbol
Bu gün, 07:14

Ronald Arauxo “Liverpul”a transferini şərh edib

Oxşar xəbərlər