"Karvan-Yevlax" Peter Nqozi Kinqslə yeni müqaviləyə imza atıb. Sport24.az xəbər verir ki, 3 ildir komandanın formasını geyinən Nigeriyalı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Kinqs ümumilikdə "Karvan-Yevlax"ın heyətində 58 oyun keçirib və 11 qol vurmağa müəssər olub.
Bölgə təmsilçisi yeni mövsümdə I Liqada mübarizə aparacaq.