Dieqo Forlan Uruqvay millisinin baş məşqçisi kimi ilk açıqlamalarını verib. Sport24.az xəbər verir ki, Uruqvay yığmasının sabiq futbolçusu Luis Suaresin yenidən milli komandaya dəvət olunması ehtimalına münasibət bildirib:
"Onu çox sevirəm. Əgər milli komandaya dəvət almaq üçün uyğun vəziyyətdədirsə, niyə də olmasın? Heç kim onun kim olduğunu müzakirə edə bilməz".
Forlan Ronald Arauxo və Federiko Valverdeni də Uruqvay millisinin əsas futbolçuları hesab etdiyini bildirib. O, xüsusilə Valverdenin "Real"dakı çıxışlarından razı qaldığını vurğulayıb:
"Fede bizi yüksək səviyyəyə öyrəşdirib. O, həm əvvəlki, həm də qarşıdakı dünya çempionatında əlindən gələnin ən yaxşısını edib. Onlar möhtəşəm insanlar və peşəkarlardır. İstənilən məşqçi onları komandasında görmək istəyər".