top
Soiçi Haşimoto: Bakıdakı Dünya Çempionatı mənim üçün xüsusi idi Idman.biz
24 noyabr 2025, 12:55
- ↺ +

Soiçi Haşimoto: Bakıdakı Dünya Çempionatı mənim üçün xüsusi idi

Tatami yaponiyalı idmançı Soiçi Haşimotonu dəfəlkərlə azərbaycanlı cüdoçular - Rüstəm Orucov və Hidayət Heydərovla üz-üzə gətirib. Yaponiyalı cüdoçu dünya çempionatında qazandığı dörd medaldan birini məhz Bakıda əldə edib.

İdman.Biz-ə verdiyi eksklüziv müsahibədə Soiçi Haşimoto azərbaycanlı cüdoçularla keçirdiyi yaddaqalan görüşləri xatırlayıb və paytaxtımıza yenidən səfər edə biləcəyini istisna etməyib.

- Son yarışınız Tokio "Böyük dəbilqə"si oldu və burada beşinci yeri tutdunuz. Bundan sonra karyeranı başa vurmaq qərarı gəldi, yoxsa bu, daha əvvəl formalaşmışdı?

- Qərar tədricən yetişirdi. Tokiodan sonra hiss etdim ki, fiziki baxımdan artıq özüm üçün qəbul etdiyim səviyyəni göstərə bilmirəm. Mən həmişə gözəl, sürətli, texnikalı döyüşməyə çalışmışam, amma bir anda görürsən ki, bərpa prosesi yavaşıyır, hərəkətlər əvvəlki kimi iti olmur. Tokio turniri bir növ son siqnal oldu: edə biləcəyim hər şeyi etdim və özümə və cüdo idmanına hörmət əlaməti olaraq dövrü bitirməyin vaxtı çatıb.

- Dünya çempionatlarında beş dəfə medal qazanmısınız. Onlardan biri də yeddi il əvvəl Bakıda əldə etdiyiniz gümüş medal idi. O çıxış sizə necə xatırlanır?

- Bakı turniri mənim üçün çox xüsusi idi. Zalın inanılmaz enerjisini hiss edirdim – Azərbaycanda azarkeşlər çox emosionaldır və cüdonu sevirlər. Həmin vaxt formada öz zirvə nöqtəmdə idim və hər görüş sanki bir nəfəsdə keçirdi. Təbii ki, qızıl medalı əldən vermək təəssüf doğurur - finaldakı koreyalı ilə görüşün son anını bu günə qədər çox yaxşı xatırlayıram. Amma ümumilikdə bu, həyatımın ən parlaq turnirlərindən biridir. Bax elə Bakıda başa düşdüm ki, ən güclülərlə rəqabət apara və bütün dövr ərzində sabit qala bilərəm.

- Siz dəfələrlə azərbaycanlı cüdoçular Hidayət Heydərov və Rüstəm Orucova qarşı mübarizə aparmısınız. Bu qarşılaşmalardan yaddaqalan məqamlar varmı?

- Bəli, onlarla döyüşlər həmişə çətin və maraqlı olurdu. Orucov inanılmaz tempə və təzyiqə malikdir, o, heç vaxt rəqibə rahatlanmaq imkanı vermir. 2017-ci ildə Budapeştdə dünya çempionatının finalında onunla görüşümüzdə əlavə vaxtda çox çətinliklə qələbə qazandım.

Hidayət isə fərqli tip rəqibdir, daha partlayışlıdır. Onun anı hiss etmə qabiliyyəti çox dəqiqdir və bir anlıq gecikmə belə görüşü uduzdura bilər. Tatamiyə çıxanda anlayırdım ki, səhv etməyə yer yoxdur. Məhz belə rəqabət insanı inkişaf etdirir.

- Tokio "Böyük dəbilqə"sinin finalında Hidayətə uduzduqdan sonra çoxları Olimpiadada sizin qarşılaşmanızı gözləyirdi. Lakin siz 1/4 finalda fransalı Qaba qarşı uduzdunuz və nəticədə bürünc medal qazandınız. Bu nəticə nə dərəcədə məyusedici oldu?

- Təbii ki, finala çıxmaq arzum var idi. Olimpiada xüsusi təzyiqdir və ən yaxşı səviyyəmi göstərmək istəyirdim. Bəlkə də bu istək həddindən artıq idi. Qaba ilə görüşdə "qolden skor"da səhv etdim və döyüşün gedişatını dəyişə bilmədim. Amma bürünc də medaldır və özümü toparlayıb bunu qazanmağıma görə qürur duyuram. Məyusluq var idi, əlbəttə, amma bu, yaxşı dərs oldu: ən vacib şey hər vəziyyətdə sakit və çevik qalmaqdır.

- Sizcə, hazırda cüdo necə inkişaf edir? Qaydalardakı dəyişikliklərdən sonra daha dinamik olubmu?

- Bəli, cüdo çox daha sürətli və aktiv olub. Qaydalardakı dəyişikliklər idmançıları hücuma, kombinasiyalar qurmağa məcbur edir. Döyüşü ləngidən bir çox elementlər çıxarılıb və yarışlara baxmaq tamaşaçılar üçün daha maraqlı olub. Bəzən elə gəlir ki, müasir gənclər artıq əvvəllər mümkünsüz görünən templə döyüşürlər. İdmanımızın inkişaf etməsi, daha baxımlı olması çox sevindiricidir. Bu, cüdonun gələcəyi üçün çox yaxşıdır.

- Gələn il Bakı dünya çempionatına ev sahibliyi edəcək. Sizi yenidən Azərbaycanın paytaxtında görmək mümkün olacaqmı?

- Əgər qrafik imkan versə, gəlmək istərdim - bəlkə qonaq kimi, bəlkə analitik kimi, bəlkə də məsləhətçi qismində. Bakıyla bağlı çox xoş xatirələrim var və yenidən bu şəhərdə olmaqdan məmnun olardım. Amma hələlik konkret qərar yoxdur.

- Deməli, hansısa formada cüdoda qalacaqsınız?

- Məşqçilik işinə daha çox vaxt ayırmaq istəyirəm. Gənc cüdoçulara təcrübə ötürmək, xüsusən də texnikanın tərz formalaşdıran detallarını öyrətmək mənim üçün maraqlıdır. Bundan əlavə, bir az dincəlmək, ailəmə vaxt ayırmaq istəyirəm. Ən əsası - cüdoda qalmaq istəyirəm. Bu, mənim həyatım, mədəniyyətim, enerjimdir. Sadəcə bundan sonra yeni rolda.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Bu gün, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Bu gün, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Bu gün, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Bu gün, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Bu gün, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Bu gün, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Bu gün, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Oxşar xəbərlər