top
Səid Mollai IBSA Cüdo Komitəsinin sədri təyin olunub: Bu, yolumun davamıdır Idman.biz
16 aprel 2026, 11:42
- ↺ +

Səid Mollai IBSA Cüdo Komitəsinin sədri təyin olunub: "Bu, yolumun davamıdır"

Azərbaycan millisinin sabiq cüdoçusu Səid Mollai karyerasında yeni səhifə açır. O, Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) cüdo üzrə komitəsinin sədri təyin olunub və artıq yeni vəzifəsində özünü göstərməyə başlayıb.

İdman.Biz-ə açıqlamasında Mollai bildirib ki, onun para-cüdo ilə əlaqəsi uzun illərə dayanır.

"Mən artıq Almaniyanın IBSA komandası ilə çalışmışam, lakin bu, daimi iş olmayıb. Orada yalnız kömək məqsədilə olmuşam. Daha sonra Tbilisidə para-cüdo üzrə Qran-Pridə iştirak etdim. Bu, Beynəlxalq Korlar İdmanı Federasiyası və Beynəlxalq Cüdo Federasiyası(IJF) yeni birgə işçi komissiyasının üzvü kimi ilk rəsmi tədbirim idi. Birgə işimizin davamını səbirsizliklə gözləyirəm ki, para-cüdonu necə yeni səviyyəyə qaldıra biləcəyimizi görək", – deyə Tokio Olimpiadasının gümüş mükafatçısı vurğulayıb.

Mollai həmçinin cüdo ilə bağlı fəlsəfəsini bölüşüb: "Mən Almaniyada yaşayıram və cüdo mənim həyatımdır. İşləməyi, xüsusilə gənclərlə çalışmağı sevirəm. Bildiklərimi onlara öyrətməkdən zövq alıram və onlar da öyrənmək istəyirlər. Gənclərlə işləmək mənim üçün asandır, amma bununla yanaşı, cüdoda çalışdığım üçün xoşbəxtəm".

İndi onun təcrübəsi daha geniş məqsədə xidmət edəcək. Cüdo paralimpiya hərəkatında aparıcı rol oynamağa davam etdiyi bir vaxtda bu təyinat Los-Anceles-2028 Paralimpiya Oyunlarına gedən yolda mühüm mərhələyə təsadüf edir. Bu, sadəcə təyinat deyil – bu, ümumi məqsədə doğru atılan addımdır: görmə məhdudiyyətli idmançılar üçün bütün dünyada cüdonu daha inklüziv, əlçatan və əhəmiyyətli etmək.

Artıq IJF–IBSA birgə komissiyasının işində iştirak edən Mollai IBSA ilə IJF arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verib. Yeni rolunda o, IBSA cüdosunun inkişafına rəhbərlik edəcək, bu idman növünün həm tatamidə, həm də ondan kənarda nəyi ifadə etdiyini dərindən anlayaraq prosesə struktur və enerji qatacaq.

"Qurumun prezidenti Marius Vizerin dəstəyi ilə IJF IBSA ilə sıx tərəfdaşlıq çərçivəsində inklüziv cüdonun inkişafına sadiq qalır. Birlikdə onlar idmançılar üçün imkanlar yaratmağa davam edir, istedadın, əzmkarlığın və ehtirasın şəraitdən asılı olmayaraq üzə çıxması üçün mühit formalaşdırırlar", – deyə Mollai əlavə edib.

O, yeni vəzifənin onun üçün nə ifadə etdiyini də açıqlayıb: "Bu təyinatı yolumun davamı kimi qiymətləndirirəm. Bu, məni formalaşdıran idmana borcumu qaytarmağın yeni yoludur. Dünya cüdo ictimaiyyəti üçün isə bu, güclü bir xatırlatmadır ki, cüdo yalnız yarış deyil, həm də dəyərlər, imkanlar və həyatları dəyişmək bacarığıdır", – deyə Mollai yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Futbol
Bu gün, 09:00

"Sabah" Barcelona ilə Çempionlar Liqası turnirində qarşılaşacaq

Futbol
Bu gün, 08:52

Rafinya hat‑trik etməyi hədəfləyir

Futbol
Bu gün, 08:40

Çempionlar Liqasının 10 Favorit Klubunun Siyahısı

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Qarabağ FK
Bu gün, 08:17

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

Futbol
Bu gün, 08:07

Bruno Fernandes, Ronaldun milli komanda daxilində hörmətsizliyinə şübhə göstərdi

Futbol
Bu gün, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:00

Azərbaycan çempionu "Sabah" Barselona ilə üz-üzə!

Voleybol
Bu gün, 08:00

“Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı məğlub edərək xal fərqini artırdı

Futbol
Bu gün, 08:00

Real Madrid Champions League pley-off yerini rəsmi olaraq təmin etdi

Futbol
Bu gün, 07:16

“Real Madrid” futbolçusu “Atlético”da transfer hədəfi

Futbol
Bu gün, 07:00

15 yaşında ulduz, 22-də məhbus: Cermeyn Pennantın karyerasının çətin yolu

Digər
Bu gün, 07:00

Noyabrın 25-də gözlənilən hava şəraiti: yağış və dağlıq ərazilərdə qar ehtimalı

Futbol
Bu gün, 06:13

Dieqo Simeone “Atletiko”dakı gələcəyi barədə susqunluğunu pozdu

Futbol
Bu gün, 06:01

Manchester City futbolçusu Erling Haaland ilə Polşalı elektrik ustası arasında əmtəə nişanı mübahisəsi;

Futbol
Bu gün, 05:38

Real Madrid UEFA Çempionлар Liqasının V turunda PSV-yə 5:1 məğlubiyyətlə qələbə seriyasını on oyuna çatdırdı

Futbol
Bu gün, 05:05

“Marsel” azarkeşləri futbolçunu həm gücləndirə, həm də sındıra bilər

Voleybol
Bu gün, 04:30

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan voleybol millisinin kapitanı mükafatlandırıldı

Oxşar xəbərlər