top
Şəfəq Həmidova: Avropa çempionatında uğur, itirilmiş özgüvən və olimpiya çempionluğu arzusu Idman.biz
17 aprel 2026, 15:24
- ↺ +

Şəfəq Həmidova: Avropa çempionatında uğur, itirilmiş özgüvən və olimpiya çempionluğu arzusu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında Azərbaycanın qadın cüdoçusu Şəfəq Həmidova sensasiyaya imza ataraq, dünya çempionu və olimpiya mükafatçısı olmuş rəqiblərini üstələyib.

Belə ki, yarımfinaladək irəliləməyi bacaran 26 yaşlı idmançı sonda beşinci yeri tutub.

Görüşlərinin ardından Ş.Həmidova sportnet.az-ın suallarını cavablandırıb və təəssüratlarını bölüşüb:

- ⁠Rəqiblərim çox güclü idi. Buna baxmayaraq, vuruşdum, döyüşdüm. Medala çox yaxınlaşmışdım. Lakin qismət olmadı.

- Kifayət Qasımovadan sonra ikinci Avropa mükafatçısı kimi tarixə keçməyə yaxın idiniz. Bunu bilirdiniz?

- Bəli, bilirdim. Qızlarla da az öncə bundan danışırdıq.

- Dünya çempionu və olimpiya mükafatçısı olmuş cüdoçuları məğlub etmişdiniz. Medalı son anda qaçırmağınız sizə necə təsir edir?

- ⁠Fikrimcə, çox yaxşı nəticədir. Artıq özümü daha özgüvənli hiss edirəm. Ən güclü rəqib üzərində belə qələbə qazana biləcəyimi hiss edirəm. Bundan sonra 5-ci yer yox, olimpiya çempionluğu istəyirəm.

- Yeni baş məşqçi Amina Abdellatif sizdə nəyi dəyişdi ki, nəticələrinizi bu dərəcədə yaxşılaşdırdınız?

- Əvvəllər yeniyetmələrin və gənclərin yarışında müəyyən nəticələrim olmuşdu. Lakin böyüklərin mübarizəsində çıxış etmək mənə qismət olmamışdı. Bu, yeni baş məşqçinin rəbhbrliyi altında ilk Avropa çempionatım idi. ⁠Həm psxoloji baxımdan dəyişmişəm, həm də döyüşdən qopmamağı öyrənmişəm, daha əzmkaram. Əvvəllər tam istədiyim kimi vuruşa, gücümü ortaya qoya bilmirdim. Sanki özümə inamım yox idi. Bir çox yarış buraxmışdım. 4 il ərzində ara-sıra çıxış edirdim. Yeni məşqçilərin gəlişindən sonra itirdiyim özgüvənimi tam qazandım.

- Beşinci yeri Bakıda keçiriləcək dünya çempionatında medalla sığortalamaq barədə nə düşünürsünüz?

- ⁠Qismət olsa, niyə də olmasın?! Özümü güclü hiss edirəm. Rəqiblərim də güclüdür, amma mən yenə də vuruşacam. Əlimdən gələni edəcəyəm ki, medal qazanım.

- Qarışıq komanda yarışlarında medal qazanmağa qadın cüdoçuların zəif nəticələrinin mane olduğu bildirilirdi. Bugünkü nəticənizdən sonra belə bir problemin tədricən aradan qaldırılmağa başladığını demək olarmı?

- İnanıram ki, hər kəs çox çalışsa, axıradək vuruşsa və bir az da psixoloji hazırlıqlı olsa, medal qazana bilərlər. Qadınlardan ibarət komandamızın zəif olduğunu düşünmürəm. Çatışmayanlar cəhətlər üzərində işləmək lazımdır. Burada iştirak edən hər bir qadın cüdoçumuz medala yaxın idi.

- Öz karyeranız barədə də məlumat verərdiniz: Harada doğulmusunuz, cüdoya qədər hansı məşğuliyyətiniz olub?

- Əslən ⁠Qubadan - Xınalıq kəndindənəm. Valideynlərim Sumqayıta köçüblər və özüm Sumqayıtda doğulmuşam. Cüdodan əvvəl qarmona getmişəm (gülür - red.). Sonra cüdoya və voleybola getdim. Lakin ilk məşqçim Zaur İsgəndərli "Birini seç, hansını istəyirsənsə, onunla davam et" dedi. Mən də cüdonu seçdim.

- Qarmonçu kimi toylara getmirdiniz?

- Xeyr, qarmon öyrənməyə yeni başlamışdım. Həmin vaxt inanmırdım ki, cüdoya gələrəm. Qardaşım cüdoya gedirdi, mən də onun məşqlərinə baxdıqdan sonra həvəsləndim. Valideynlərimdən xahiş etdim ki, məni də cüdoya qoysunlar. Nəticələr göstərəcəyimə söz verdim. Qardaşım cüdonu dayandırsa da, mən yoluna davam etdim.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Futbol
Bu gün, 02:04

Marko Roze: Manchester United oyunda qəzəbli və aqressiv olacaq

Futbol
Bu gün, 01:41

Almaniya və Avstriyanın Bakıda keçirilən FIFA U-15 dünya çempionatına qatılmama səbəbləri açıqlanıb

Aİ analiz
Bu gün, 01:35

RUN X World Treadmill Championship başladı, 100 min dollar mükafat fondu ilə

Futbol
Bu gün, 01:24

Azərbaycan U-15 millisi Malta komandasına 1:0 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 01:18

FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatı üçün Bakıya gəlib

Futbol
Bu gün, 01:12

İngiltərə Premyer Liqasında İpsviç Taun və Nottingem Forest heç-heçəyə qoşdu: 1:1

Futbol
Bu gün, 01:06

Alaves son dəqiqədə vurduğu qolla Malaga qarşısında 1:1 hesabla heç-heçəyə imza atdı

Futbol
Bu gün, 00:57

Fransa Liqa 1: "Nitsa" "Brest"ə səfərdə 1:2 hesabı ilə geri qayıdaraq qalib gəldi

Futbol
Bu gün, 00:54

Torino, Monza qarşısında 3:2 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 00:51

Elvin Yunuszadənin komandası Boluspor, Vanspor qarşısında 0:3 məğlub oldu

Futbol
Bu gün, 00:42

"Borussiya" Bundesliga yeddinci turda "Ştutqart"ı 3-2 məğlub edərək ilk qələbəsini qazandı

Futbol
Bu gün, 00:34

PSJ‑nin “Lion”la qarşılaşması 26 oktyabrda keçir – Uğursuz statistikaya görə gərginlik

Digər
Bu gün, 00:30

Zirədəki 5 qol - Video

Digər
Bu gün, 00:19

Millimiz Malta yığmasına məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Futbol
Dünən, 23:31

Ronaldu ümumi qazancı 2 milyard dolları keçən ilk aktiv futbolçu oldu

Futbol
Dünən, 23:22

Kocaelispor səfərdə Alanyaspor’u 2-1 məğlub etdi

Futbol
Dünən, 23:12

Simeone: “Barselona” ilə çempionluq mübarizəsi mümkündür, lakin hazırda “Deportivo”ya fokuslanır

Futbol
Dünən, 22:56

Messi İspaniya Şahzadəsi tərəfindən 2026 Asturiya Şahzadəsi İdman Mükafatı ilə mükafatlandırıldı

Futbol
Dünən, 22:42

“Kəpəz”in 200 azarkeşi Gəncədən Sumqayıta səyahət edəcək

Oxşar xəbərlər