top
Şəfəq Həmidova Astanada Böyük Dəbilqə turnirini 5-ci yerdə bitirib Idman.biz
08 may 2026, 16:51
- +

Şəfəq Həmidova Astanada "Böyük Dəbilqə" turnirini 5-ci yerdə bitirib

Azərbaycan cüdoçusu Şəfəq Həmidova (48 kq) Qazaxıstanın Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, təmsilçimiz bürünc medal uğrunda görüşdə rusiyalı Kristina Dudina ilə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Həmidova yarışı beşinci pillədə tamamlayıb.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

13:55

Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.

İdman.Biz xəbər verir ki, Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışda üçüncü yeri tuta bilər.

Ş.Həmidova yarımfinalda niderlandlı Amber Qerskejə, G.Məmmədəliyeva isə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Khorloodoi Bişreltə uduzub.

Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) əvvəlki mərhələlərdə uduzaraq medal qazanmaq şanslarını itiriblər.

13:04

Azərbaycanın cüdoçuları Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəni davam etdirirlər.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən Şəfəq Həmidova 1/4 finalda monqolustanlı Anudari Jamsranı ipponla məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Eyni çəkidə mübarizə aparan Könül Əliyeva isə 1/8 finalda rusiyalı Kristina Dudina qarşısında məğlub olaraq turnirlə erkən vidalaşıb.

52 kq çəkidə Gültac Məmmədəliyeva 1/4 finalda yerli idmançı Meruyert Sarsenovanı vaza-ari və yuko xalları ilə üstələyərək yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda BƏƏ təmsilçisi Xorludoy Bişrelt ilə qarşılaşacaq.

66 kq çəkidə çıxış edən Turan Bayramov 1/4 finalda Akiljan Jubatkanova məğlub olub. Cüdoçumuz təsəlliverici görüşdə Özbəkistan idmançısı Anvarcon İbrohimovla qarşılaşacaq.

12:35

Azərbaycan cüdoçularının Qazaxıstanın Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində 1/4 final mərhələsində rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Turan Bayramov (66 kq) Qazaxıstan təmsilçisi Akiljan Jubatkanov ilə qarşılaşacaq.

Digər cüdoçumuz Şəfəq Həmidova (48 kq) isə Monqolustan idmançısı Anudari Jamsran ilə 1/4 finalda üz-üzə gələcək.

12:24

Azərbaycan cüdoçusu Rəşad Yelkiyev (66 kq) Qazaxıstanın Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində Özbəkistan cüdoçusu Abduraxim Nutfulloyev ilə qarşılaşıb və bu görüşdən məğlub ayrılıb.

Qeyd edək ki, yarışda digər Azərbaycan cüdoçuları mübarizəni uğurla davam etdirirlər. Gültac Məmmədəliyeva (52 kq) və Şəfəq Həmidova (48 kq) 1/4 finala vəsiqə qazanıblar. Turan Bayramov da turnirin 1/4 final mərhələsinə yüksəlib.

11:53

Azərbaycanın cüdoçusu Turan Bayramov (66 kq) Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində braziliyalı Villian Limanı vaza-ari xalı ilə məğlub edib.

Bu nəticə ilə Turan Bayramov 1/4 final mərhələsinə yüksəlib.

Xatırladaq ki, daha əvvəl Gültac Məmmədəliyeva (52 kq) və Şəfəq Həmidova (48 kq) da Turan Bayramov (66kq) 1/4 finala vəsiqə qazanıblar.

11:32

Azərbaycanın cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinə qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində hindistanlı Şraddha Kadubal Çopadeni məğlub edib.

Bu nəticə ilə Gültac Məmmədəliyeva 1/4 final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi yerli idmançı Meruyert Sarsenova olacaq.

Şəfəq Həmidova (48 kq) isə 1/4 finala vəsiqə qazanıb. Cüdoçumuzun fransalı rəqibi görüşə çıxmadığı üçün Ş.Həmidova mərhələ adlayıb.

Xatırladaq ki, daha əvvəl Turan Bayramov (66 kq) və Rəşad Yelkiyev (66 kq) 1/8 finala vəsiqə qazanıblar.

11:11

Azərbaycanın cüdoçusu Şəfəq Həmidova (48 kq) Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinə qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/16 final mərhələsində ispaniyalı Aytana Dias Hernandesin hansoku-make alması nəticəsində qalib elan olunub.

Bu nəticə ilə Şəfəq Həmidova 1/8 final mərhələsinə yüksəlib.

Xatırladaq ki, daha əvvəl Turan Bayramov (66 kq) və Rəşad Yelkiyev (66 kq) də Şəfəq Həmidova (48kq) 1/8 finala vəsiqə qazanıblar.

10:47

Azərbaycanın cüdoçuları Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, Turan Bayramov (66 kq) 1/16 final mərhələsində italiyalı Matteo Pirası ipponla məğlub edib.

Təmsilçimiz bu qələbə sayəsində 1/8 finala yüksəlib. O, növbəti mərhələdə Braziliya cüdoçusu Villian Lima ilə üz-üzə gələcək.

Digər cüdoçumuz Rəşad Yelkiyev (66 kq) isə 1/16 finalda koreyalı Hyonu Anı üç yuko xalı ilə üstələyərək növbəti mərhələyə adlayıb.

R.Yelkiyev 1/8 finalda Özbəkistan təmsilçisi Abduraxim Nutfulloyevlə qarşılaşacaq.

Qadın cüdoçumuz Leyla Əliyeva (52 kq) isə 1/8 final mərhələsində rusiyalı Liliya Nuqayevaya məğlub olaraq mübarizəni dayandırıb.

10:21

Azərbaycanın cüdoçusu Leyla Əliyeva (52 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirini qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, cüdoçu 1/16 final mərhələsində Hindistan təmsilçisi Taniştha Tokasa üzərində ipponla qələbə qazanıb.

Bu nəticə ilə Leyla Əliyeva 1/8 finala yüksəlib. O, növbəti mərhələdə rusiyalı Liliya Nuqayeva ilə üz-üzə gələcək.

09:47

Bu gün Azərbaycanın altı cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır.

İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.

Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan yeddi çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunur. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparır.

Kişilər
66 kq, 1/16 final

Rəşad Yelkiyev - Hyonu An (Koreya)
Turan Bayramov - Matteo Piras (İtaliya)

Qadınlar
48 kq, 1/16 final

Şəfəq Həmidova - Aytana Dias Hernandes (İspaniya)

48 kq, 1/8 final
Könül Əliyeva - Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

52 kq, 1/16 final
Leyla Əliyeva - Taniştha Tokas (Hindistan)

52 kq, 1/8 final
Gültac Məmmədəliyeva - Şraddha Kadubal Çopade (Hindistan)

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Yuventusdan Loi Opendanın getməsi

Futbol
Bu gün, 08:13

Atalanta Alaybeqoviçin transferini həyata keçirməyə hazırlaşır

Futbol
Bu gün, 08:00

FİFA prezidenti Qətərə getdi

Futbol
Bu gün, 08:00

FİFA prezidenti Şeyx Həməd bin Xəlifə Əl-Taninin dəfn mərasimində iştirak etmək üçün ABŞ-ı tərk edib

Futbol
Bu gün, 07:15

Con Terri: İngiltərənin vaxtı gəlib

Futbol
Bu gün, 06:18

Jül Kunde: İspaniya millisinin əsas gücü komanda oyununda və topa sahib olmalarındadır

Futbol
Bu gün, 05:12

Yon Arne Riise: Ronaldunun Portuqaliya millisinə daxil olması komandanı zəiflədir

Futbol
Bu gün, 04:11

Norveç millisinin evdə qarşılanması - FOTO

Futbol
Bu gün, 02:05

Pikford: İngiltərə - Argentina matçının siyasi yükü olmayacaq

Futbol
Bu gün, 01:49

Braziliya milli komandası dünya çempionatında məğlub olub, prezident tənqid edib

Futbol
Bu gün, 01:27

Seneqal millisinin əsas həkimi ginekoloqdur

Qarabağ FK
Bu gün, 01:06

"Qarabağ"ı səfərdə dəstəkləyən azarkeşlərə xəbər

Futbol
Bu gün, 00:47

Lionel Messi 2026-cı il dünya çempionatında göstəriciləri ilə seçilib

Futbol
Bu gün, 00:29

TNS məşqçisi: “Sabah”la oyun bu dəfə fərqli olacaq”

Qarabağ FK
Dünən, 23:47

Qarabağ Vestri ilə qarşılaşmağa hazırlaşır

Futbol
Dünən, 23:35

“Əl-Nəsr” klubu maliyyə böhranı keçirir

Futbol
Dünən, 23:24

Sabah” UEFA Çempionlar Liqasında TNS klubu ilə oyunu

Futbol
Dünən, 23:20

Turan Tovuz 21 yaşlı İran yığması ilə qarşılaşacaq

Futbol
Dünən, 23:05

Dieqo Forlan Uruqvay millisinin yeni baş məşqçisi oldu

Güləş
Dünən, 22:55

Bakıda keçiriləcək U-17 dünya güləş çempionatının loqosu təsdiqlənib

Futbol
Dünən, 22:49

Torqan Azar “Lans”a qayıdıb

Futbol
Dünən, 22:25

Qalatasaray Misir milli komandasının futbolçusunu transfer edə bilər

Futbol
Dünən, 22:19

Qalatasaray "Real Madrid"dən Brahim Diası heyətinə qatmaq istəyir

Futbol
Dünən, 22:04

Neftçi Sloveniyada "Osiyek"ə uduzub

Oxşar xəbərlər