top
Rüstəm Orucov: Əsas məqsədim Səudiyyə Ərəbistanı yığması ilə Los-Anceles Olimpiadasında yaxşı çıxış etməkdir Idman.biz
10 noyabr 2025, 21:54
- ↺ +

Rüstəm Orucov: Əsas məqsədim Səudiyyə Ərəbistanı yığması ilə Los-Anceles Olimpiadasında yaxşı çıxış etməkdir

Səudiyyə Ərəbistanı Olimpiya Komitəsi nəzdində cüdo üzrə performans direktoru vəzifəsində çalışan Azərbaycanın sabiq cüdoçusu Rüstəm Orucov AZƏRTAC-a müsahibə verib.

İdman.Biz həmin müsahibəni təqdim edir:

- Səudiyyə Ərəbistanında işləriniz necə gedir? Yeni ölkədə yeni həyata öyrəşə bilirsinizmi?

- Burada məni çox yaxşı qarşıladılar. Cüdonun inkişafı üçün xidmətlərimdən yararlanmaqda maraq göstərdilər. İsti hava şəraitinə görə uyğunlaşmaq bir qədər çətindir. Amma milli komanda yaratmışıq. İnkişaf üçün çalışırıq.

- Milli komandada potensial görürsünüzmü?

- Bu il yaxşı nəticələr əldə etmişik. Medallar qazanmışıq. Asiya Oyunlarında 2 medal əldə etdik. Bu zamana kimi belə nəticə olmamışdı.

- Müqaviləniz neçə illikdir?

- Hazırda müqaviləm 2032-ci il Olimpiya Oyunlarına kimidir. Amma nə qədər qalacağımı bilmirəm. Həyat göstərəcək. Əsas məqsədim yığma ilə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında yaxşı çıxış etməkdir.

- Qarşınıza hansı hədəflər qoyulub?

- Olimpiadaya bir lisenziya hədəflənib. Hazırda 60 kiloqramda mübarizə aparan idmançımız var. Onun üzərində işləyirik. Ümid edirik ki, nəticə yaxşı olar.

- Komandanızın Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında nəticəsi barədə nə deyə bilərsiniz?

- Bu yarışlara gənclərdən ibarət yığma ilə qoşulmuşuq. Mən əsasən yeniyetmə və gənclərə fokuslanmışam. Böyüklərdə inkişaf demək olar ki, aşağı səviyyədədir. Ona görə də İslamiadada rəqabətdən kənarda qalırlar.

- Yenidən Azərbaycana dönmək və burada işləmək kimi planınız varmı?

- Karyeramı bitirdikdən iki il sonra ilk təklifi Səudiyyə Ərəbistanından aldım. İnkişaf etməyi və öz üzərimdə işləməyi sevən insanam. Burada işləmək mənim üçün böyük təcrübə olacaq. Bəlkə, gələcəkdə Azərbaycanda adıma layiq vəzifədə çalışa bilərəm.

- Azərbaycan cüdoçularının İslamiadadakı çıxışını necə dəyərləndirərdiniz?

- Çox gözəl çıxış etdilər. Sevindiricidir ki, Elcan Hacıyev (90 kiloqram) də uzun zədədən sonra tatamiyə qayıtdı. Hidayət Heydərov (73 kiloqram) Olimpiadadan sonra uğursuz nəticələr göstərirdi. Amma bu dəfə qızıl medala sahib çıxdı. İkinci yeri tutan Zelim Kotsoyev (100) də çox gözəl güləşdi. Amma rəqibinin bəxti gətirdi. Gələcəkdə daha yaxşı nəticələrə fokuslanmalıdır.

- Yığmamız finalda Özbəkistan seçməsi ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- Özbəkistan olduqca çətin rəqibdir. Qadınlarda üstünlük onlardadır. Amma inanıram ki, oğlanlarımız döyüşkənliklə qalib gələcəklər.

- Gələcəkdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında cüdo üzrə əməkdaşlıq planlaşdırılırmı?

- Artıq işlədiyim komandanı iki dəfə Azərbaycana təlim-məşq toplanışlarına aparmışam. Mentalitetlərimiz də oxşardır. Çalışacağam ki, növbəti illərdə də toplanışları Azərbaycanda keçirək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Dünən, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Dünən, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Oxşar xəbərlər