top
Ruslan Paşayev Parisdəki Böyük Dəbilqədəki çıxışından danışdı: Növbəti yarışda bürüncü qızılla əvəz edəcəyəm Idman.biz
09 fevral 2026, 18:16
- ↺ +

Ruslan Paşayev Parisdəki "Böyük Dəbilqə"dəki çıxışından danışdı: "Növbəti yarışda bürüncü qızılla əvəz edəcəyəm"

"Əslində yenə qızıl medal qazanaraq ötənilki nailiyyətimi təkrarlaya bilərdim. Amma yarımfinal görüşündə çox böyük səhvə yol verdim, ona görə də qızıl medalı əldən verdim".

Bu sözləri Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə"də 66 kq çəki dərəcəsində bürünc medal əldə etmiş Azərbaycan cüdoçusu Ruslan Paşayev deyib.

26 yaşlı idmançı bu dəfə də medalsız qalmamasından məmnunluğunu dilə gətirib.

"Növbəti yarışlarda buradakı "bürünc"ü "qızıl"la əvəz edəcəyəm", - deyə o, sportnet.az-a açıqlamasında bildirib.

R.Paşayev bu il Bakıda keçiriləcək dünya çempionatında uzun müddətdən sonra 66 kq çəki dərəcəsində dünya çempionatında medal qazanacağına da söz verib:

"Bu il o tilsimi qırmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm".

İstedadlı idmançı yeniyetmə və gənclər arasında medal qazana bilmədiyi halda, böyüklərin yarışlarında yüksək nəticələr əldə etməsinin səbəbini də açıqlayıb:

"Yeniyetmə vaxtı Avropa çempionatlarında medal qazana bilmədim. Bu səbəbdən, ali məktəbə qəbul edilmədim. Nəticədə hərbi xidmətə yollandım. Əsgərlikdən sonra cüdo ilə ciddi məşğul olmağa başladım. Gördüm ki, alınır və nə isə edəcəyimə inandım. Formaya düşmək bir az çətin oldu. Amma artıq hər şey yaxşıdır. Ali məktəbə isə bu il sənəd verməyi düşünürəm. Görüm, qəbul etsələr (gülür - red.).

R.Paşayev milli komandaya cəlb olunma tarixçəsini də açıqlayıb:

"İlk məşqçim İlham Məmmədov olub. Gənclər arasında Azərbaycan çempionatında ikinci yerə çıxmışdım, ondan sonra milliyə cəlb etdilər".

Qeyd edək ki, Azərbaycan millisi Paris "Böyük Dəbilqə"sində üç medal qazanıb. Balabəy Ağayev (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Ruslan Paşayev (66 kq) bürünc medala sahib olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:27

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Oxşar xəbərlər