top
Riçard Trautman: İntizam, səy və komanda işi Azərbaycan cüdosunun uğurunun əsas amilləridir Idman.biz
03 mart 2026, 14:36
- ↺ +

Riçard Trautman: İntizam, səy və komanda işi Azərbaycan cüdosunun uğurunun əsas amilləridir

"Əslində bu istiqamətdə komanda olaraq uzun müddətdir çalışırıq".

Bunu kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi və yığmanın performans direktoru Riçard Trautman report.az-a müsahibəsində deyib.

Almaniyalı mütəxəssis Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə" turnirində qeydə alınan nəticələrə toxunub. O, həmçinin olimpiya çempionu Hidayət Heydərovun yarışa qatıla bilməməsindən və narazı olduğu idmançılardan danışıb.

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycan millisinin Daşkənddəki "Böyük Dəbilqə" turnirində çıxışını necə dəyərləndirirsiniz?

- Milli komandanın ümumi çıxışını müsbət qiymətləndirirəm. 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə ikinci olduq. Bu, kifayət qədər yaxşı göstəricidir.

– Bu uğurun əsas səbəbini nədə görürsünüz?

- İlk növbədə nizam-intizama əməl olunmasında. İntizama riayət edən, məşqlərə səylə qatılan, verilən tapşırıqları düzgün yerinə yetirən, bir sözlə, daha peşəkar yanaşma göstərən idmançılar sonda nəticə verirlər. İşimizə hərtərəfli yanaşmağa çalışırıq. Bilirsiniz ki, yeni olimpiya tsiklində cüdoda qaydalara əhəmiyyətli dəyişikliklər edildi. Yeni qaydalara uyğun məşq prosesini tənzimləmişik, artıq yanaşma daha fərqlidir. Bundan əlavə, məşqçilər korpusunda hər bir mütəxəssisin məsuliyyətində olan idmançılar var. Cüdoçular da konkret bilir ki, nəticəsinə görə hansı məşqçi birbaşa cavabdehdir və bu hər iki tərəfin məsuliyyətini daha da artırır. Tibbi dəstək, dietoloqun prosesə cəlbi, performans təhlili, bir sözlə, federasiyanın yaratdığı hərtərəfli şərait uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynayıb.

– Cüdoçular Özbəkistandakı turnirdə ne-vazada (yerdə mübarizə - red.) da xüsusilə yaxşı çıxış etdilər. Bunu nə ilə izah edirsiniz?

- Əslində bu istiqamətdə komanda olaraq uzun müddətdir çalışırıq. Həm yeniyetmələr, həm gənclər, həm də böyüklərdən ibarət yığmalarda ne-vaza üzrə xüsusi çalışmalar aparılır. Buraya gələndə ilk olaraq gördüyüm problemlərdən biri Azərbaycan komandasının ne-vazada zəifliyi idi. Əvvəllər idmançılar ne-vaza məşqlərinə o qədər də həvəsli yanaşmırdılar, çünki buna öyrəşməmişdilər. Amma artıq ne-vaza üzrə ayrıca texniki sessiyalar və məşqlər keçiririk. Nəticəsini də yavaş-yavaş görməyə başlamışıq. Məsələn, Balabəy Ağayev (60 kq) Daşkənddə yarımfinalda yaponiyalı güclü idmançı Taiki Nakamuranı ne-vazada üstələdi. Çempion olan Ömər Rəcəbli isə keçirdiyi beş görüşün dördündə rəqiblərini ne-vazada osaekomi (saxlama) texnikaları ilə məğlub etdi. Ömər yaponiyalı dünya mükafatçısı Sotaro Fucivaranı ne-vazada dəqiq icra olunan "kuzure-kami-şiho-qatame" texnikası ilə yendi. Murad Fətiyev və Kənan Nəsibov da ne-vazada yaxşı performans nümayiş etdirdilər. Bununla belə, inkişaf etməli olduğumuz çox məqam var və bu istiqamətdə işimizi davam etdirəcəyik.

– Hidayət Heydərov (73 kq) da bu yarışda iştirak etməli idi. Lakin çəkisini sala bilmədiyinə görə qatıla bilmədi. Azərbaycan Cüdo Federasiyası buna görə cüdoçu barədə intizam tədbiri görüldüyünü açıqlayıb...

- Hidayət Azərbaycan cüdosunun ən önəmli simalarından biridir. O, olimpiya, dünya və dördqat Avropa çempionudur. Amma kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir. Hamı qaydalara əməl etməlidir. Təəssüf ki, Daşkənddə çəkisini sala bilmədiyi üçün yarışa buraxılmadı. Bu səbəbdən federasiya tərəfindən müvafiq tədbirlər görüldü. Ümid edirəm ki, Hidayət bundan nəticə çıxaracaq. Şəxsən mən onun gələcəkdə də dünya və olimpiya çempionu olmaq potensialına tam əminəm. Hər şey özündən, işə yanaşmasından asılıdır.

– Milli komandada başqa kimdən narazılığınız var?

- Ümumilikdə, təbii ki, iş prosesində müəyyən məsələlər olur və biz bunları komandanın daxilində həll etməyə çalışırıq. Təəssüf ki, bəzən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, idmançılar yenə intizamı pozurlar. Bunlardan biri Elcan Hacıyevdir. Elcana dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmayıb və ona da müvafiq cəza tətbiq olunub. Onun böyük potensialı var, Avropa çempionu, dünya mükafatçısıdır. O, öz çəkisində aparıcı cüdoçulara müxtəlif yarışlarda qalib gəlib. Lakin bu potensialı reallaşdırmaq, dünya və olimpiya çempionu olmaq üçün Elcan işə yanaşmanı dəyişməli, daha intizamlı və peşəkar olmalıdır. Ümid edirəm ki, Elcan da müvafiq nəticələr çıxaracaq və özündə lazımi dəyişiklikləri edəcək.

– Uğurda intizam amilini önə çıxarırsınız. Bəzən istedadlı idmançılara müəyyən güzəştlər olunur. Sizcə, güzəşt edilməlidir? Ümumiyyətlə, istedad, yoxsa intizam daha önəmlidir?

- Başqa sahələr barədə deyə bilmərəm, amma idman tarixi göstərir ki, istedadla siz yalnız müəyyən mərhələyədək gedə bilərsiniz. Zirvəyə qalxmaq və uzun müddət orada qalmaq istəyirsinizsə, mütləq intizamlı və peşəkar olmalısınız. İstedadınız çox yüksək olmasa belə, intizam və zəhmətlə həm həyatda, həm də idmanda ciddi uğurlar qazana, hətta Olimpiya və dünya çempionu ola bilərsiniz. Lakin təkcə istedad hesabına buna nail olmaq mümkün deyil. Nizam-intizamlı, səylə çalışanlar yalnız istedada güvənənləri hər zaman üstələyirlər. Biz bütün yaş qruplarından ibarət yığmalara bunu izah etməyə çalışırıq. İdmançılarımızın əksəriyyəti intizam sarıdan axsamırlar, qaydalara riayət edirlər və əminik ki, bu yanaşma nəticələrimizə də müsbət təsir göstərəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
Dünən, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Oxşar xəbərlər