top
Riçard Trautman: İntizam, Daşkənd Böyük Dəbilqə və narazı olduğu idmançılar haqqında Report.az
03 mart 2026, 13:15
- ↺ +

Riçard Trautman: İntizam, Daşkənd "Böyük Dəbilqə" və narazı olduğu idmançılar haqqında

Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi və yığmanın performans direktoru Riçard Trautman "Report"un suallarını cavablandırıb. Almaniyalı mütəxəssis Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə" turnirində qeydə alınan nəticələrə toxunub. O, həmçinin olimpiya çempionu Hidayət Heydərovun yarışa qatıla bilməməsindən və narazı olduğu idmançılardan danışıb.

– Azərbaycan millisinin Daşkənddəki "Böyük Dəbilqə" turnirində çıxışını necə dəyərləndirirsiniz?

- Milli komandanın ümumi çıxışını müsbət qiymətləndirirəm. 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə ikinci olduq. Bu, kifayət qədər yaxşı göstəricidir.

– Bu uğurun əsas səbəbini nədə görürsünüz?

- İlk növbədə nizam-intizama əməl olunmasında. İntizama riayət edən, məşqlərə səylə qatılan, verilən tapşırıqları düzgün yerinə yetirən, bir sözlə, daha peşəkar yanaşma göstərən idmançılar sonda nəticə verirlər. İşimizə hərtərəfli yanaşmağa çalışırıq. Bilirsiniz ki, yeni olimpiya tisklində cüdoda qaydalara əhəmiyyətli dəyişikliklər edildi. Yeni qaydalara uyğun məşq prosesini tənzimləmişik, artıq yanaşma daha fərqlidir. Bundan əlavə, məşqçilər korpusunda hər bir mütəxəssisin məsuliyyətində olan idmançılar var. Cüdoçular da konkret bilir ki, nəticəsinə görə hansı məşqçi birbaşa cavabdehdir və bu hər iki tərəfin məsuliyyətini daha da artırır. Tibbi dəstək, dietoloqun prosesə cəlbi, performans təhlili, bir sözlə, federasiyanın yaratdığı hərtərəfli şərait uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynayıb.

– Cüdoçular Özbəkistandakı turnirdə ne-vazada (yerdə mübarizə - red.) da xüsusilə yaxşı çıxış etdilər. Bunu nə ilə izah edirsiniz?

- Əslində bu istiqamətdə komanda olaraq uzun müddətdir çalışırıq. Həm yeniyetmələr, həm gənclər, həm də böyüklərdən ibarət yığmalarda ne-vaza üzrə xüsusi çalışmalar aparılır. Buraya gələndə ilk olaraq gördüyüm problemlərdən biri Azərbaycan komandasının ne-vazada zəifliyi idi. Əvvəllər idmançılar ne-vaza məşqlərinə o qədər də həvəsli yanaşmırdılar, çünki buna öyrəşməmişdilər. Amma artıq ne-vaza üzrə ayrıca texniki sessiyalar və məşqlər keçiririk. Nəticəsini də yavaş-yavaş görməyə başlamışıq. Məsələn, Balabəy Ağayev (60 kq) Daşkənddə yarımfinalda yaponiyalı güclü idmançı Taiki Nakamuranı ne-vazada üstələdi. Çempion olan Ömər Rəcəbli isə keçirdiyi beş görüşün dördündə rəqiblərini ne-vazada osaekomi (saxlama) texnikaları ilə məğlub etdi. Ömər yaponiyalı dünya mükafatçısı Sotaro Fucivaranı ne-vazada dəqiq icra olunan "kuzure-kami-şiho-qatame" texnikası ilə yendi. Murad Fətiyev və Kənan Nəsibov da ne-vazada yaxşı performans nümayiş etdirdilər. Bununla belə, inkişaf etməli olduğumuz çox məqam var və bu istiqamətdə işimizi davam etdirəcəyik.

– Hidayət Heydərov (73 kq) da bu yarışda iştirak etməli idi. Lakin çəkisini sala bilmədiyinə görə qatıla bilmədi. Azərbaycan Cüdo Federasiyası buna görə cüdoçu barədə intizam tədbiri görüldüyünü açıqlayıb...

- Hidayət Azərbaycan cüdosunun ən önəmli simalarından biridir. O, olimpiya, dünya və dördqat Avropa çempionudur. Amma kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir. Hamı qaydalara əməl etməlidir. Təəssüf ki, Daşkənddə çəkisini sala bilmədiyi üçün yarışa buraxılmadı. Bu səbəbdən federasiya tərəfindən müvafiq tədbirlər görüldü. Ümid edirəm ki, Hidayət bundan nəticə çıxaracaq. Şəxsən mən onun gələcəkdə də dünya və olimpiya çempionu olmaq potensialına tam əminəm. Hər şey özündən, işə yanaşmasından asılıdır.

– Milli komandada başqa kimdən narazılığınız var?

- Ümumilikdə, təbii ki, iş prosesində müəyyən məsələlər olur və biz bunları komandanın daxilində həll etməyə çalışırıq. Təəssüf ki, bəzən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, idmançılar yenə intizamı pozurlar. Bunlardan biri Elcan Hacıyevdir. Elcana dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmayıb və ona da müvafiq cəza tətbiq olunub. Onun böyük potensialı var, Avropa çempionu, dünya mükafatçısıdır. O, öz çəkisində aparıcı cüdoçulara müxtəlif yarışlarda qalib gəlib. Lakin bu potensialı reallaşdırmaq, dünya və olimpiya çempionu olmaq üçün Elcan işə yanaşmanı dəyişməli, daha intizamlı və peşəkar olmalıdır. Ümid edirəm ki, Elcan da müvafiq nəticələr çıxaracaq və özündə lazımi dəyişiklikləri edəcək.

– Uğurda intizam amilini önə çıxarırsınız. Bəzən istedadlı idmançılara müəyyən güzəştlər olunur. Sizcə, güzəşt edilməlidir? Ümumiyyətlə, istedad, yoxsa intizam daha önəmlidir?

- Başqa sahələr barədə deyə bilmərəm, amma idman tarixi göstərir ki, istedadla siz yalnız müəyyən mərhələyədək gedə bilərsiniz. Zirvəyə qalxmaq və uzun müddət orada qalmaq istəyirsinizsə, mütləq intizamlı və peşəkar olmalısınız. İstedadınız çox yüksək olmasa belə, intizam və zəhmətlə həm həyatda, həm də idmanda ciddi uğurlar qazana, hətta Olimpiya və dünya çempionu ola bilərsiniz. Lakin təkcə istedad hesabına buna nail olmaq mümkün deyil. Nizam-intizamlı, səylə çalışanlar yalnız istedada güvənənləri hər zaman üstələyirlər. Biz bütün yaş qruplarından ibarət yığmalara bunu izah etməyə çalışırıq. İdmançılarımızın əksəriyyəti intizam sarıdan axsamırlar, qaydalara riayət edirlər və əminik ki, bu yanaşma nəticələrimizə də müsbət təsir göstərəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Oxşar xəbərlər