top
Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub Idman.biz
Bu gün, 11:38
- ↺ +

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 finaldakı rəqibləri məlum olub.

Rəşid Məmmədəliyev kanadalı Castin Lemirlə, Hidayət Heydərov isə finlandiyalı Valtteri Olinlə qarşılaşacaq.

Bu gün Xədicə Qədəşova (57 kq) da tatamiyə çıxacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

11:02

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq.

09:13

Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Xədicə Qədəşova (57 kq), 2024-cü il Olimpiya çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaqlar.

X.Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gələcək. H.Heydərov eyni raundda Kosovodan olan Akil Qyakovanın müqavimətini qırmağa çalışacaq.

R.Məmmədəliyev 1/16 finalda Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Adil Osmanov azərbaycan əsilli moldovalı cüdoçudur və 2017-ci ildən beynəlxalq arenada Moldovanı təmsil edir. 26 yaşlı idmançı 2024-cü il Paris Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Antalyada keçirilən "Böyük Dəbilqə" turnirinin və 2024-cü ildə Yuxarı Avstriya Qran-prisinin qalibi, həmçinin 2025-ci il Dünya Tələbə Oyunlarının çempionudur.

Osmanov 2024-cü ildə Rəşid Məmmədəliyevlə iki dəfə qarşılaşıb və hər iki görüş mötəbər turnirlərin finalına təsadüf edib. O, mart ayında Linzdə keçirilən Yuxarı Avstriya Qran-prisinin həlledici görüşündə azərbaycanlı cüdoçuya qalib gəlib. Bir neçə həftə sonra isə Antalyadakı "Böyük Dəbilqə" turnirinin finalında yenidən Məmmədəliyevi məğlub edib.

Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə 18:00-da başlayacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:04

U-20 qadın voleybol komandası İzmirdə təlim keçəcək

Futbol
Bu gün, 10:35

U-20 milli futbol komandamız Yaponiyaya qarşı çıxacaq

Futbol
Bu gün, 10:13

U-21 Azərbaycan millisi bu gün Bank Respublika Arenada Cəbəllütariqla qarşılaşacaq

Futbol
Bu gün, 06:28

Toni Freyşa, Barça-nın keçmiş prezident namizədi, Real Madrid-in prezidenti Florentino Pérez-in istefasını proqnozlaşdırdı

Futbol
Bu gün, 05:47

Messi Argentina milli komandası ilə son məşqini keçirdi

Futbol
Bu gün, 01:10

İspaniya baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı 0:7 məğlubiyyəti haqqında danışdı

Futbol
Bu gün, 00:42

Rwanda millisi Keniya ilə oyunda Mikels qardaşları meydanda

Futbol
Bu gün, 00:06

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

Futbol
Dünən, 22:39

“Bavariya” Harry Kane ilə yeni müqavilə imzalamağa yaxındır

Cüdo
Dünən, 21:38

Prezident İlham Əliyev, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimindən video paylaşdı

Futbol
Dünən, 19:49

Chelsea, Arsenal, Manchester United, Manchester City və Liverpool Endrikin transferi ilə maraqlanır

Futbol
Dünən, 16:48

Sumqayıt FK növbəti iki ev matçını SOCAR Polymer Arena’da keçirəcək

Gimnastika
Dünən, 16:26

Tamblinq üzrə Azərbaycan millisi Tofiq Əliyev Böyük Britaniya çempionatında iki qızıl medal qazandı

Futbol
Dünən, 16:00

Litva qarşısında qələbə qazanan azərbaycanlı futbolçulara 10 min manat mükafat veriləcək

Futbol
Dünən, 13:58

Sabah ilə Slaviya arasındakı Çempionlar Liqası oyununa 45 minə yaxın bilet satılıb

Voleybol
Dünən, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Dünən, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Dünən, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Dünən, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Dünən, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Dünən, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Dünən, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
04 oktyabr 2026, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Oxşar xəbərlər