top
Rəşid Məmmədəliyev deyib: Elə bilirdim ki, itirməyə heç nəyim yoxdur, sadəcə zövq almalıyam. Idman.biz
25 aprel 2025, 11:02
- ↺ +

Rəşid Məmmədəliyev deyib: "Elə bilirdim ki, itirməyə heç nəyim yoxdur, sadəcə zövq almalıyam."

"Yarışın ab-havası çox yaxşı idi".

Bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Rəşid Məmmədəliyev deyib.

O, Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında çıxışını dəyərləndirib. 73 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəliyev bildirib ki, son anda heyətə daxil edilməsi ona heç bir çətinlik yaratmayıb: "Həm müəllimlərin, həm tibbi heyətin, həm də komanda yoldaşlarımın dəstəyi ilə yarışdan öncə çəki salmaq mənə rahat oldu. Yarışa gedəcəyimi son anda bilmək nəinki çətinlik yaratdı, əksinə, müsbət təsir göstərdi. Fikrimcə, bir ay öncədən biləndə ki, yarışda çıxış edəcəksən, bu adamı lap çox stressə salır. Ancaq bunu son anda bilmək məni bu sıxıntıdan xilas etdi. Düşünürdüm ki, itirəcəyim nəsə yoxdur, yarışdan maksimum həzz almalıyam".

Onun sözlərinə görə, ən çətin görüşləri 1/8 final mərhələsindən sonra başlayıb: "1/4 finalda fransalı Joan-Benjamin Qaba və yarımfinalda Danil Lavrentevlə görüşlər asan keçmədi. Hər ikisi çox təcrübəli idi. Ümumi rəqibləri dəyərləndirsəm, bəziləri ilə bundan öncəki yarışlarda qarşılaşmışdım. Digərlərini isə bundan öncəki yarışlarına baxıb analiz etmişəm. Həmin nəticələrə əsasən qurduğumuz plana uyğun olaraq güləşməyə çalışdım".

Cüdoçu Olimpiya çempionları Elnur Məmmədli və Hidayət Heydərovun onu dəstəkləməsinin əhəmiyyətini də vurğulayıb: "Görüşlər zamanı həm müəllimlərin, həm də tribunadan Olimpiya çempionlarımızın dediklərinə qulaq asır, çalışırdım ki, buna uyğun güləşim. Çünki onların təcrübəsi məndən daha çoxdur. Tribunada məni dəstəkləyənlərin olması böyük motivasiya oldu. Bu amil nailliyyət qazanmağıma kömək etdi".

Qeyd edək ki, Rəşid Məmmədəliyev Hidayət Heydərov xəstələndiyi üçün son anda millinin heyətinə cəlb olunmuşdu.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Oxşar xəbərlər