top
Rəşid Məmmədəliyev Böyük Dəbilqədə bürünc medal uğrunda yarışacaq, yarımfinalda məğlub oldu - YENİLƏNİR Idman.biz
09 may 2026, 14:32
- +

Rəşid Məmmədəliyev "Böyük Dəbilqə"də bürünc medal uğrunda yarışacaq, yarımfinalda məğlub oldu - YENİLƏNİR

Azərbaycanın cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, təmsilçimiz yarımfinalda İtaliya cüdoçusu Fabio Bazileyə məğlub olub.

Rəşid Məmmədəliyev bürünc medal görüşündə Monqolustan təmsilçisi Anxzaya Lavjarqalla üz-üzə gələcək.

Final blokuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

13:42

Azərbaycanın cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/4 final mərhələsində Özbəkistan təmsilçisi Nizomiddinxuca Toşpulatovu qızıl xalla məğlub edib.

Bu nəticə ilə R.Məmmədəliyev turnirin yarımfinal mərhələsinə yüksəlib. Onun növbəti rəqibi İtaliya cüdoçusu Fabio Baziledir.

12:42

Azərbaycanın cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirinə qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, idmançı 1/8 final mərhələsində yerli cüdoçu Yersultan Duysenxanı yuko xalı ilə məğlub edib.

Bu nəticə ilə R.Məmmədəliyev turnirin 1/4 final mərhələsinə yüksəlib. O, 1/4 finalda Özbəkistan idmançısı Nizomiddinxuca Toşpulatovla qarşılacaq.

11:54

Azərbaycanın cüdoçusu Südabə Ağayeva (70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, cüdoçumuz 1/8 final mərhələsində Almaniyanı təmsil edən Olimpiya və dünya mükafatçısı Miriam Butkereytə məğlub olub.

Xatırladaq ki, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.

09:31

Bu gün Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirində tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.

70 kq-da mübarizə aparan Südabə Ağayeva isə ilk görüşündə Almaniya təmsilçisi Miriam Butkereyt ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Bu gün, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Bu gün, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
Dünən, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
Dünən, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
Dünən, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
Dünən, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
Dünən, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
Dünən, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
Dünən, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
Dünən, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
Dünən, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
Dünən, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
Dünən, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
Dünən, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
Dünən, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
Dünən, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Basketbol
Dünən, 14:31

“Sabah” basketbol klubu Avropa Kubokunun qalibi Tacuan Eyci-ni transfer etdi

Futbol
Dünən, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Dünən, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Futbol
Dünən, 05:13

Zidane, Fransa millisi üçün ilk heyət siyahısını açıqlamaq ərəfəsində “Formula‑1” İspaniya Qran‑prisinə qatıldı

Futbol
Dünən, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
13 sentyabr 2026, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
13 sentyabr 2026, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Oxşar xəbərlər