top
Rəşad Məmmədov: Biz çıxandan sonra qaldığım hotelin qarşısını vurdular Idman.biz
05 mart 2026, 16:15
- ↺ +

Rəşad Məmmədov: "Biz çıxandan sonra qaldığım hotelin qarşısını vurdular"

İran cüdo millisinin baş məşqçisi işləyən azərbaycanlı Rəşad Məmmədov da Tehranda həyati təhlükə ilə üzləşənlər arasında olub.

İdman.Biz xəbər verir ki, qadın cüdo millimizin sabiq baş məşqçisi prosport.az saytına mövcud durumla bağlı danışıb.

– Hazırda hardasınız?

– İrandan srağagün gecə (müsahibə dünən götürülüb – red.) gəlmişəm. Qayıdışımın səbəbi İranda başlayan müharibədir.

– Özləri sizə qayıtmağı təklif etdi, yoxsa siz bildirdiniz?

– Özləri. Müharibənin başlandığı ilk gün – fevralın 28-də mən komanda ilə məşqdə idim. Mən Olimpiya Akademiyasının hotelində qalıram. Elə oradakı bazada da məşq keçirik. Saat 9-un yarısından məşq yerində idim. Müharibənin başlamasından xəbərimiz yox idi. Saat 10-a qalmış İran rəsmiləri gəldilər ki, buranı boşaldın, burada dayanmaq olmaz. Özümlə heç nə götürməmişəm. Oradan kompüter və idman formamla çıxmışam. Bütün əşyalarım orada qalıb. Biz çıxandan sonra qaldığım hotelin qarşısını vurdular. Ona görə də paltarlarımı götürmək mümkün olmadı. Dedilər ki, o ərazi bağlanıb.

– Sizi hara apardılar?

– Əvvəlcə güləşçilərin məşq etdiyi Azadi İdman Kompleksinin zalına apardılar. Sonra oradan bizi Qumdakı hotelə apardılar. Dedilər ki, SEPAH bura gələcək, "Azadi"ni boşaltmaq lazımdır. Daha sonra eşitdim ki, oranı da vurublar.

– Ümumiyyətlə, Tehrana raket atılarkən insanların təxliyəsi üçün bunker və ya zirzəmilər nəzərdə tutulmayıb?

– Yox, heç nə yox idi. Sadəcə, bizə onu dedilər ki, Tehranı tərk edək. Mən sizə bir söz deyim ki, İran əhalisində dava ilə bağlı qorxu yoxdur. İndinin özündə də insanlar öz həyatını yaşayır. Orada qaçan, qorxan görmədim. Canlarında qorxu deyilən bir şey yoxdur.

– Bəs Qumdan Bakıya necə gəldiniz?

– Maşınla məni Ərdəbilə gətirdilər. Orada 1 gün qaldım. Ərdəbildən sonra məni İran Astarasına gətirdilər. Astaradan da quru yolla Azərbaycana keçdim.

– Sizdən başqa, bizim sərhədi keçən azərbaycanlılar vardı?

– Ən çox xarici vətəndaşlar – çinlilər və ruslar idi. Azərbaycanlılar az idi. Mənimlə birgə sərhədi keçən demək olar ki, 4-5 azərbaycanlı vardı.

– Sizə nə vaxt qayıtmaq lazım olacağını dedilər?

– Bəli. Gələndə nazir müavini ilə danışdım. Dedi ki, nazir özü sizinlə əlaqə saxlayacaq, bu vəziyyətdə telefonla danışmaq çətindir. Nazir müavini dedi ki, Rəşt şəhərində qala bilərsən, sənin üçün hotel tutmuşam, sabah gedərsən. Mən də imtina etdim, birbaşa sərhədə yollandım. Ancaq sərhəd bağlı idi. Ona görə də məni 1 gecəlik Ərdəbilə gətirdilər. Sərhədi keçəndən sonra da mənimlə əlaqə saxladılar.

– İranda məşq keçərkən hansı yarışa hazırlaşırdınız?

– Fevralın 11-nə Gürcüstana bilet almışdıq. Tbilisiyə təlim-məşq toplanışına getməliydik. Ayın 20-22-də Tbilisi Böyük Dəbilqəsində yarışmalı idik. Məqsədimiz apreldə Çinin Ordos şəhərində keçiriləcək Avropa çempionatına və sentyabr-oktyabrda Yaponiyanın Naqoya şəhərində baş tutacaq Asiya Oyunlarına hazırlaşmaq idi. Lakin hazırda İranın hava məkanı bağlı olduğundan, Gürcüstandakı yarışa gedə bilməyəcəyik.

– Müharibə uzun müddət davam etsə, İran Cüdo Federasiyası ilə müqavilənizi xitam edəcəksiniz?

– Müqaviləmin müddəti 2028-ci ilədəkdir. Ancaq Asiya Oyunlarından sonra müqaviləmə bir daha baxılacaq. İstəsəm, qala bilərəm, istəsəm, yox. Müqaviləmdə var ki, başqa ölkədən təklif olacağı halda, xitam verə bilərəm. Ancaq inanmıram ki, onlar məni buraxa. Onlar məndən razıdır. Orada böyüklərdən başqa, yeniyetmə və gənclərdən ibarət milli komandaya da nəzarət edirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Oxşar xəbərlər