top
Qubada cüdo üzrə Avropa Kuboku yarışlarına start verilib Idman.biz
03 may 2025, 17:30
- +

Qubada cüdo üzrə Avropa Kuboku yarışlarına start verilib

Qubada yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin açılış mərasimi keçirilib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu açılış mərasimindəki çıxışında idmançılara uğurlar arzulayıb.

O, Avropa Cüdo Birliyinə (EJU) göstərdikləri etimada görə təşəkkür edib: "Bu turnir bizim üçün xüsusi əhəmiyyət daşıyır. ACF olaraq regionlarda cüdonun kütləviləşdirilməsi və idman infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü addımlar atırıq. Turnirin regionlarda təşkili, eyni zamanda, Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasına uyğundur".

Gənclər və idman naziri Fərid Qayıbov iştirakçı ölkələrə uğurlar arzulayıb, idmançıları daim güclü olmağa çağırıb. O, dövlət tərəfindən ölkə idmanına yüksək səviyyədə qayğı göstərildiyini qeyd edib. Nazirin sözlərinə görə, bölgələrdə beynəlxalq yarışların təşkil edilməsi idmanın inkişafına böyük təkan verəcək.

EJU-nun idman komissarı Albert Qmayner Birliyin prezidenti Laslo Totun salamlarını çatdırıb: "Bu yarışı təşkil etdikləri üçün Azərbaycan Cüdo Federasiyasına bütün cüdo ailəsi adından dərin təşəkkürümü bildirirəm. "Quba Avropa Kuboku" əhatə coğrafiyası və yeniyetmə idmançıların inkişafı baxımından çox vacib əhəmiyyət daşıyır. Əminəm ki, bir neçə ildən sonra bu idmançılardan bəzilərini Avropa və dünya çempionatlarının qaliblər kürsüsündə görəcəyik. "Quba Avropa Kuboku 2025"i açıq elan etdiyim üçün qürur duyuram".

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, mayın 4-də başa çatacaq yarışda Azərbaycanı 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:27

Markus Reşford “Barselona”ya qayıda bilər

Digər
Bu gün, 04:33

Həbib Nurməhəmmədov: Makqreqoru niyə cavab vermədim?

Futbol
Bu gün, 04:11

“Barselona” Rodri üçün yeni təklif hazırlayır

Formula 1
Bu gün, 03:15

McLaren rəhbəri yeni F1 qaydalarını tənqid edib

Digər
Bu gün, 02:05

Həbib Nurməhəmmədov öz qəhrəmanlarını açıqladı: Ronaldo və Məhəmməd Əli

Futbol
Bu gün, 01:34

„Qalatasaray“ 10 nömrəsi üçün iki namizədi mövcuddur

Futbol
Bu gün, 01:19

Lionel Messi atası Xorxe Messinin dəfn mərasimində

Futbol
Bu gün, 01:06

Trevo Çaloba “Komo”ya transfer olub

Futbol
Bu gün, 01:02

Toral Bayramov „Bursaspor“da ilk rəsmi oyununa çıxdı

Futbol
Bu gün, 00:55

Reşford “Mançester Yunayted”də 14 nömrə ilə qala bilər

Futbol
Bu gün, 00:43

65 metrdən qol: Diyan Vukoyeviçin möhtəşəm zərbəsi

Futbol
Bu gün, 00:32

“Barselona” Ronald Arauxonun əvəzinə Laportaya diqqət yetirir

Cüdo
Bu gün, 00:21

İslam Mahaçev: peşəkar karyerasının başlanğıcında üzləşdiyi ağır şəraitdən danışdı

Futbol
Bu gün, 00:07

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov “Petrolul”un qələbəsində iştirak etdi

Qarabağ FK
Dünən, 23:41

"Dinamo" Kiyev 90+2-ci dəqiqədə penalti sayəsində qələbə qazandı

Futbol
Dünən, 23:31

Nahuel Molina “Roma”ya keçir

Qarabağ FK
Dünən, 23:29

Qarabağ Dinamo ilə matça hazırlıq

Futbol
Dünən, 22:52

"Orhus"un təqvimində "Sabah"a görə dəyişiklik

Futbol
Dünən, 22:49

Luka Din PSJ-yə qayıtdı

Digər
Dünən, 22:31

İslam Mahaçev və İan Qarri UFC 330 öncəsi meydan oxuyublar

Qarabağ FK
Dünən, 22:24

„Qarabağ“ın rəqibi „Dinamo“ Kiyev Ukrayna çempionatında dramatik qələbə qazanıb

Formula 1
Dünən, 22:13

Corc Rassell nişanlandı

Güləş
Dünən, 21:51

Namiq Abdullayev: “Olimpiya Oyunlarında qazanılan hər bir medal dəyərlidir”

Futbol
Dünən, 21:35

Paolo Maldini İtaliya millisindən niyə ayrılıb

Oxşar xəbərlər