"Mercedes"in britaniyalı pilotu Corc Rassell şəxsi həyatı ilə bağlı sevindirici xəbəri ictimaiyyətlə bölüşüb.
İdman.Biz xəbər verir ki, 28 yaşlı sürücü yay fasiləsi zamanı sevgilisi Karmen Montero Mundta evlilik təklifi edib. Cütlük nişan xəbərini sosial şəbəkədə romantik fotolarla açıqlayıb.
Rassell və Karmen 2020-ci ildən münasibətdədirlər. Onlar Londonda ortaq tanış vasitəsilə tanış olublar. Karmen son illərdə "Formula-1" paddokunda Rasselli tez-tez müşayiət edib və onun yarış həftəsonlarında yanında olub.

Qeyd edək ki, Rassell hazırda 2026 "Formula-1" mövsümündə çempionluq uğrunda mübarizəni davam etdirir və yay fasiləsindən sonra yenidən "Mercedes" bolidinin sükanı arxasına keçəcək.

