top
Orxan Səfərov: Cüdo mənə hər şeyi verib, indi onun əvəzini qaytarmalıyam Idman.biz
29 aprel 2025, 13:17
- ↺ +

Orxan Səfərov: "Cüdo mənə hər şeyi verib, indi onun əvəzini qaytarmalıyam"

Azərbaycan cüdosunun veteranı Orxan Səfərov Avropa Cüdo İttifaqının (EJU) himayəsi ilə Monteneqronun Budva şəhərində keçirilən uşaq cüdo düşərgəsində iştirak edib.

İdman.biz xəbər verir ki, Avropa çempionatının qalibi, dünya çempionatının mükafatçısı, Olimpiya iştirakçısı Orxan Səfərov təlim-məşq toplanışı zamanı fikirlərini bölüşüb, karyerasını başa vurduqdan sonrakı həyatı və təhsil və məşqçilik yolu ilə cüdoya qayıdışı haqqında danışıb.

Səfərov aktiv idmanı tərk etməyin çətin keçdiyini etiraf edib: "Cüdo ilə məşğul olmağı dayandırdıqda həyatınız tamamilə dəyişir. 25 il hər gün oyanıb, məşqlərə gedirsiniz. Amma bir gün oyanırsınız və heç nə yoxdur".

Belə boşluqla üzləşdikdən sonra, o, sevdiyi peşəsinə qayıtmağın yolunu tapıb: cüdonun tədris tərəfini öyrənmək və onu öyrətmək: "İndi yeni məqsədim var - yarışmaqdan əlavə cüdonu başa düşmək və paylaşmaq."

O, EJU uşaq düşərgəsinə böyük həvəslə qatıldığını bildirib: "EJU məni dəvət edəndə çox sevindim. Bu uşaqlar bizim cüdo ailəmizin gələcəyidir. Bəlkə onlardan ikisi-üçü gələcəkdə Olimpiya çempionu olar və bəlkə də bizim burada tanış olduğumuzu xatırlayar".

Dünya çempionatlarının ikiqat mükafatçısı hesab edir ki, gənc cüdoçuların öz qəhrəmanları ilə görüşməsi xüsusilə düşərgə ilə yanaşı keçirilən Avropa çempionatı kimi hadisələr zamanı çox vacibdir: "Uşaqların cüdonun enerjisini, ruhunu canlı görmələri və hiss etmələri möhtəşəmdir. Monteneqro yarışda fantastik atmosfer yaratmışdı, azarkeşlərin dəstəyi inanılmaz idi".

Uşaqlığını xatırlayan Səfərov vaxtilə yaponiyalı cüdo əfsanəsi Tadahiro Nomura və koreyalı çempion Çxve Min Hoya heyran olduğunu deyib. Azərbaycanda isə onun kumiri üçqat Avropa çempionu, eyni klubda məşq edən Elçin İsmayılov olub.

Səfərov indi Azərbaycanda uşaqlara məşq keçir və onlara cüdonu sevdirməyə çalışır: "Çempion olub-olmayacaqlarının fərqi yoxdur, əsas odur ki, uşaqlar cüdoda xoşbəxtlik tapsınlar. "İdmanda xoşbəxt uşaq sağlam, ağıllı insan olur".

Səfərov öz təhsilini də davam etdirir. O, hazırda Azərbaycan İdman Akademiyasında praktiki cüdo üzrə dərs deyir və idman idarəçiliyi üzrə təhsilini davam etdirməyi və bu ilin sonunda "IJF Academy Level 2" məşqçilik kursunu bitirməyi planlaşdırır: "Cüdo mənə hər şey verib, indi bunun əvəzini qaytarmaq vaxtıdır".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Digər
Bu gün, 15:44

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruskayaya qarşı ilk məğlubiyyətini yaşadacağını bildirib;

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Oxşar xəbərlər