top
Nazim Sadıxov: Yenidən tarix yazmağa hazıram Idman.biz
15 iyun 2026, 14:09
- ↺ +

Nazim Sadıxov: "Yenidən tarix yazmağa hazıram"

İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night: Fiziev vs Torres turnirində braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq azərbaycanlı döyüşçü Nazim Sadıxov artıq Bakıdadır.

İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar.

Bakıya qayıtmasından məmnunluğunu ifadə edən Sadıxov bildirib:

"Yenidən Bakıda olmaqdan çox xoşbəxtəm və növbəti dəfə tarix yazmağa hazıram. Komanda və sparrinq yoldaşlarım da mənimlə birlikdə gəliblər. Bu həftə hazırlıq prosesini yekunlaşdıracağıq, növbəti həftə isə çəki salma mərhələsi başlayacaq. Qarşıda bizi on günlük gərgin iş gözləyir və biz bu hazırlığı ən yüksək səviyyədə başa çatdırmaq niyyətindəyik".

2025-ci ildə Azərbaycanda keçirilən UFC turnirindəki uğurlu çıxışını xatırlayan döyüşçü bu dəfə hədəflərinin daha yüksək olduğunu vurğulayıb:

"Ötən il mənim üçün çox uğurlu keçdi. Lakin bu dəfə daha yaxşı çıxış etmək, hər şeyi daha möhtəşəm və yaddaqalan etmək istəyirəm".

Sonda azarkeşlərinə dəstəyə görə təşəkkür edən "Qara Canavar" ləqəbli idmançı onları iyunun 27-də arenaya səsləyib:

"Qara Canavar evinə qayıdıb! Sizi möhtəşəm bir döyüş gecəsi gözləyir, bu şounu qaçırmayın. Azarkeşlərə yaddaqalan bir performans göstərib, yenidən tarix yazacağam. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm!"

Qeyd edək ki, UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində azarkeşlərin sevimlisinə çevrilmiş Şarabutdin "Shara Bullet" Maqomedov ilə braziliyalı Mişel Pereyra güclərini sınayacaqlar.

Turnir çərçivəsində azərbaycanlı idmançı Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.

Biletləri əldə etməyə tələsin! Bu möhtəşəm şounun canlı şahidi olmaq üçün biletləri iticket.az saytından onlayn şəkildə əldə edə bilərsiniz. Yerlər məhduddur!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər