top
Nazim Hüseynov: Cüdodan kommersiya məqsədləri üçün istifadə edirlər Idman.biz
29 aprel 2025, 10:54
- ↺ +

Nazim Hüseynov: "Cüdodan kommersiya məqsədləri üçün istifadə edirlər"

"Cüdoçuların çıxışı çox xoşuma gəldi".

Bunu İdman.biz-ə cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov deyib.

Azərbaycan millisinin sabiq məşqçisi yığmamızın Monteneqronun paytaxtı Podqortisada keçirilmiş Avropa çempionatında çıxışını dəyərləndirib. Hüseynov bildirib ki, cüdoçularımız bu yarışda özünü yaxşı tərəfdən göstərməyi bacarıb: "Qızıl medal yoxdursa, o demək deyil ki, komanda zəif çıxış edib. Fərdi olaraq yanaşsaq, fransız idmançı Luka Mxeidze ilə görüşdə Əhməd Yusifov (60 kq) ağrıdıcı fəndə düşməsəydi, yekunda çempion bilərdi. 73 kq-da çıxış edən Rəşid Məmmədəliyev də özünü yaxşı tərəfdən göstərməyi bacardı. Gürcü Tato Qriqalaşvili Zelim Tçkayevdən (81 kq) qorxurdu. Ona görə də qalib gələndə o qədər sevindi. Mənə elə gəlir ki, orada fənd yox idi. Tçkayev onu atmaq istəyirdi, Qriqalaşvili hərəkət elədiyinə görə ippon verdilər. Tçkayev finala çıxsaydı, dəqiq çempion olardı".

Onun sözlərinə görə, Olimpiya çempionu Zelim Kotsayev (100 kq) yaxşı formadadır: "Belə davam edə bilsə, mən onu ikiqat Olimpiya çempionu kimi görürəm. Nəzərə alsaq ki, Zelimin 26 yaşı var, o nəticə gətirə bilər. Bizə ikiqat Olimpiya çempionu lazımdır. Murad Fətiyevi (90 kq) sıxdılar, gərək ona xəbərdarlıq verməzdilər. İndi cüdonu biznesə çeviriblər. Bir dəfə qolundan tutan kimi xəbərdarlıq verirlər. Uşanqi Kokauri (100) də pis deyil, ancaq yaş artıq öz sözünü deyir. O, neçənci dəfədir ki, yarımfinala çatır, ancaq "üçlük"də, "beşlik"də yer alır".

Təcrübəli mütəxəssis qarşıdan gələn dünya çempionatından da gözləntilərini açıqlayıb: "Yekun olaraq qeyd edim ki, mən nəticələrdən razı qaldım. İlk dəfədir ki, Avropa çempionatından beş medal gətirmişik. Qarşıda dünya çempionatı var. Məncə, bu dəfə minimum bir dünya çempionumuz olacaq".

Qeyd edək ki, Avropa çempionatını bir gümüş, dörd bürünc medal qazanan Azərbaycan yığması yarışı komanda hesabında 10-cu pillədə başa vurub.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Digər
Bu gün, 15:44

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruskayaya qarşı ilk məğlubiyyətini yaşadacağını bildirib;

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Oxşar xəbərlər