top
Minayət Heydərov: Hidayət 2017-də pikdə idi, sonra “yolunu azdı”, indi qayıdır Idman.biz
11 noyabr 2025, 22:22
- ↺ +

Minayət Heydərov: Hidayət 2017-də pikdə idi, sonra “yolunu azdı”, indi qayıdır

Azərbaycan cüdoçusu Hidayət Heydərovun atası Minayət Heydərov Sportnet.az-a müsahibə verib.

İdman.Biz bildirir ki, M.Heydərov oğlunun VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmasından və hazırkı durumundan danışıb:

- Hidayət Heydərov 8 ildən sonra ikinci dəfə İslamiadanın qalibi oldu. Bununla bağlı fikirləriniz necədir?

- Bütün Azərbaycan xalqını təbrik edirəm. Cüdoçularımız VI İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız rəşadət göstərərək, qələbə qazandılar. Hidayət həm komanda yarışında, həm də şəxsi mübarizədə qalib oldu. O, artıq ikinci dəfə tarix yazır. İndi İslamiadanın ikiqat qalibi oldu. Arzu edək ki, gələn il Bakıda ikiqat dünya çempionu adını qazanaraq, yeni tarix yazsın. Çünki Azərbaycanda cüdoda hələlik ikiqat dünya çempionu yoxdur. Ümidvaram ki, 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində ikiqat olimpiya çempionu olaraq, Azərbaycan tarixinə düşəcək.

- Hidayətin 2024-cü il Paris Yay Olimpiya Oyunlarından sonra durumunu necə dəyərləndirirsiniz?

- Yavaş-yavaş özünə gəlir. Rusiyanın bir saytı Hidayətin yeni nailiyyəti barədə "Kral qayıtdı" yazmışdı. Artıq tatamiyə qayıdıb. İnanıram ki, yaxşı olacaq və Azərbaycan xalqını da, bizi də sevindirəcək.

- Oğlunuz bu yaxınlarda əsəbi status yazmışdı...

- Azərbaycanda belədir də... Bir dəfə ayağın büdrədisə, mütləq baltalamaq adət-ənənə halını alıb. İnanıram ki, yaxşı olacaq və yeni qələbələrlə bizi sevindirəcək.

- Artıq Hidayətin pik nöqtəyə doğru getdiyini düşünürsünüz?

- Bəli. Onda belə hal əvvəllər də olub. 2017-ci ildə pik nöqtədə idi, sonra sanki bir qədər "yolunu azdı". Ardından yaxşı oldu. Yoluna qayıtdı və bizi sevindirdi. İnanıram ki, yenə elə olar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Dünən, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Dünən, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Oxşar xəbərlər