top
Millimizin baş məşqçisi deyib ki, idmançılarımız potensiallarını eyni anda ortaya qoya bilmirlər Idman.biz
27 aprel 2025, 16:45
- ↺ +

Millimizin baş məşqçisi deyib ki, idmançılarımız potensiallarını eyni anda ortaya qoya bilmirlər

"Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bunu kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman deyib.

O, həmişə olduğu kimi, komandada bütün idmançıların eyni vaxtda öz potensialını göstərə bilmədiyini söyləyib: "İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını – bürünc qazandı ki, bu da müsbət irəliləyişdir. Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də -66 kiloqram çəkidə Ruslan Paşayev səhvlərə yol verdi. Halbuki, o, əvvəllər həmin çəkidəki rəqiblərini məğlub etmişdi. Amma cüdo belə bir idmandır – nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmur. İkinci yarış günü isə məni sevindirdi. Əslində, Olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalı idi, lakin son anda xəstələnərək yarışdan çəkildi. Biz də qarışıq komanda heyətində olan Rəşid Məmmədəliyevi gətirdik və o, bürünc medal qazandı. Çox möhtəşəm çıxış idi, xüsusən də zədədən yenicə qayıtdığı üçün. Üçüncü yarış günündə isə Murad Fətiyevin italyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Eyni hal -81 kiloqram çəki dərəcəsində Zelim Tçkayev və Tato Qriqalaşvili arasındakı görüşdə də baş verdi. Qərarlarla razı olmasam da, qəbul etməliyik".

Baş məşqçi Hidayət Heydərovun dünya çempionatında iştirakının gözlənildiyini bildirib: "Plan budur. İlk növbədə tam sağalmalı, sonra isə məsuliyyətli şəkildə hazırlığa başlamalıyıq".

Mütəxəssis qadın cüdosunda vəziyyətin hələ radikal dərəcədə dəyişmədiyini deyib: "Lakin artıq bu istiqamətdə ciddi hədəflər qoymuşuq. Sadəcə vəziyyəti olduğu kimi qəbul etmək niyyətində deyilik. Fransadan Amina Abdellatif və Almaniyadan Saşa Herkenrat kimi iki yüksək səviyyəli məşqçini qadın komandamız üçün gətirmişik. Əsas məqsəd yığmada atmosferi dəyişməkdir. Qadın idmançının qələbə üçün özünəinamını inkişaf etdirməsi çox vacibdir. Potensial baxımından qadın cüdosu hələ məhduddur, çünki yüksək səviyyədə ciddi məşq edəcək və "Olimpiya çempionu olacağam" deyə bilən qadınların sayı azdır. Federasiya rəhbərliyimiz qadın cüdosuna ciddi sərmayə yatırmaqda qərarlıdır. Lakin bu, sadəcə məşq prosesi ilə həll olunmur. Cəmiyyətdə qadınların peşəkar idmanla məşğul olması daha çox dəstəklənməlidir. Bu isə yalnız böyük uğurlarla mümkündür. Rol model yaratmaq çox vacibdir. Məsələn, Özbəkistandan Diyora Keldiyorova əslində çox yaxşı nümunədir. İlk olaraq qızlarımızın daha çox beynəlxalq təcrübəsini istəyirik. Yeni məşqçilər ilk mərhələdə idmançıları və onların xüsusiyyətlərini tanıdılar. İndi isə fərdi inkişaf planlarını hazırlayırıq. Əgər bir-iki qadın idmançımız elit səviyyəyə yüksəlsə, domino effekti yarana bilər. Kişilərdə bunu artıq müşahidə edirik. Əldə olunmuş uğurlar sayəsində indi daha çox oğlan cüdo ilə məşğul olmaq istəyir".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Oxşar xəbərlər