top
Lukaş Krpalekin Elmar Qasımovla final döyüşü haqqında etirafı Idman.biz
13 yanvar 2026, 17:20
- ↺ +

Lukaş Krpalekin Elmar Qasımovla final döyüşü haqqında etirafı

Çex cüdoçusu əfsanəsi Lukaş Krpalek karyerası, motivasiyası və gələcək planları ilə bağlı səmimi açıqlama verib.

İdman.Biz xəbər verir ki, ikiqat Olimpiya çempionu, ikiqat dünya çempionu və üçqat Avropa çempionu olan Krpalek idmanda dəyişən yeganə şeyin topladığı təcrübə olduğunu deyib və əsas məqsədinin həmişə özünə sadiq qalmaq olduğunu vurğulayıb.

Krpalek bildirib ki, 100 kq-dan aşağı çəkidə bütün əsas titulları qazandıqdan sonra motivasiyanı qorumaq çətinləşib və buna görə ağır çəkidə çıxış etməyə qərar verib. Daha sonra isə hər iki kateqoriyada mübarizə aparmağın ona yeni stimul verdiyini qeyd edib.

Krpalek London Olimpiadasında ilk mərhələdə güclü rəqiblə - Kaybulayevlə üzləşdiyini, bütün risklərə baxmayaraq qalib gəldiyini, lakin turnirin son saniyələrində uduzmasının onu daha da gücləndirdiyini bildirib. Həmin məğlubiyyətin sonrakı dünya və Olimpiya qələbələrinin əsas motivasiyasına çevrildiyini vurğulayıb.

Rio-de-Janeyro Olimpiadasından sonra həyatının tam dəyişdiyini, tanınmış simaya çevrildiyini, lakin populyarlığı sevmədiyini və ailə ilə sakit həyata üstünlük verdiyini qeyd edib:

"Rioya Çex Respublikasının Olimpiya çempionu olmaq üçün qətiyyətli getmişdim. Londonda Çex milli televiziyasına müsahibəmdə bildirmişdim ki, dörd ildən sonar yenidən geri qayıtmışam və qələbə qazanacam. Rioya çatanda mənzərəni gördüm və nəyə görə Olimpiya Oyunlarında qələbənin mümkün olduğunu bildim. Rəqiblərim Corc Fonseka, Maksim Rakov, Ryunosuke Haqa, Siril Mare oldu. Finalda isə Elmar Qasımovla qarşılaşdım. Bu çox çətin döyüş idi. Hər oyuna 100% konsentrasiya ilə çıxırdım və bütün bunların sonunda Olimpiya Oyunları qalibiyyəti gəldi. Bu, həyatımı dəşdi".

Tokio Olimpiadası ərəfəsində çətin hazırlıq dövrü keçirdiyini, psixoloji olaraq ağır günlər yaşadığını, amma yarış günü özünü çox güclü hiss etdiyini deyən Krpalek bu inamın onu yenidən zirvəyə apardığını bildirib.

Qeyd edək ki, Elmar Qasımov Rio Olimpiadasında 100 kq. çəki dərəcəsində çıxış edib. Təsnifat mərhələsindən azad olan Elmar Qasımov olimpiadanın 1/16 final mərhələsində Rusiya nümayəndəsi Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqib son olimpiya çempionu, həmçinin Dünya və Avropa Çempionatının qalibi olub. Titullu rəqibi ilə görüşdə Elmar Qasımov vaza-ari balı hesabına qələbə qazanıb. 1/8 final mərhələsində Qasımov Əlcəzair nümayəndəsi Lyes Buyasubdan üstün olub. 1/4 finalda cüdoçumuz Misir nümayəndəsi Ramazan Dərvişi cəmi 54 saniyəyə məğlu edib. Finala gedən yoldakı son rəqib isə Ukrayna nümayəndəsi Artyom Bloşeno olub. Görüşün 2-ci dəqiqəsində Qasımov rəqibinə ippon fəndi tətbiq edib.

Həlledici görüşdə rəqib Lukaş Krpalek idi. Həmin görüşdə Qasımov titullu rəqibinə qarşı müdafiə mövqeyini seçib. Məhz buna görə görüşün sonlarında yorulub və sona 24 saniyə qalmış ippon fəndi ilə rəqibinə məğlub olub və olimpiadanı gümüş medalla başa vurub.

Krpalek ən böyük arzusunun beşinci Olimpiadaya qatılmaq olduğunu vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər