top
Keyci Suzukinin İDMAN.BİZ-ə müsahibəsi: Bakı dünya çempionatına hazırlıq, rəqabət və gözləntilər Idman.biz
04 mart 2026, 14:18
- ↺ +

Keyci Suzukinin İDMAN.BİZ-ə müsahibəsi: Bakı dünya çempionatına hazırlıq, rəqabət və gözləntilər

Cüdo idmanı üzrə Afina Olimpiadasının qızıl medalçısı Keyci Suzuki Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra Yaponiya millisinin baş məşqçisi postuna təyin olunub. O, bu vəzifədə ötən il komandanı Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinə gətirib, bu mövsüm isə yetirmələrini yenidən Azərbaycanın paytaxtına – dünya çempionatına aparmağa hazırlaşır.

Cüdonun vətəninin hazırkı durumu və mundial planları barədə K.Suzuki İdman.Biz-ə müsahibə verib.

- Yaponiya millisi Paris və Daşkənddə keçirilən ilk "Böyük Dəbilqə" turnirlərində ümumi hesabda qalib oldu. Demək olar ki, hər şey plan üzrə gedir?

- Ümumilikdə nəticələrdən razıyıq. Bu turnirlər göstərdi ki, idmançılarımız yaxşı formadadır və mövsümün əsas yarışlarına hazırlıq yolunda düzgün irəliləyirlər. Lakin bizim üçün hər turnir yalnız medallar demək deyil, həm də gənc idmançıları yoxlamaq, komandanın səviyyəsini qiymətləndirmək və üzərində işləməli olduğumuz məqamları görmək imkanıdır. Buna görə də çıxışları təhlil etməyə və hazırlığı təkmilləşdirməyə davam edirik.

- Bakıda keçiriləcək dünya çempionatına hazırlıq necə gedir? Demək olarmı ki, heyət əsasən müəyyənləşib?

- Hazırlıq plan üzrə davam edir. Tədricən pik formaya yaxınlaşırıq və qarşıdakı aylarda həm fiziki hazırlığa, həm də taktiki işə diqqət yetirəcəyik. Bəzi çəki dərəcələrində heyət demək olar ki, müəyyənləşib, lakin bir sıra çəkilərdə rəqabət hələ də yüksəkdir. Yekun qərar dünya çempionatına yaxın qəbul olunacaq.

- Mövsümün əsas startı üçün konkret medal planı varmı?

- Yaponiya millisində hər zaman gözləntilər yüksək olur. Biz hər çəki dərəcəsində qızıl medal uğrunda mübarizə aparmağa çalışırıq, amma anlayırıq ki, dünya cüdosunun səviyyəsi xeyli artıb. Buna görə də bizim üçün yalnız medalların sayı deyil, mübarizənin keyfiyyəti də vacibdir. Həmçinin idmançıların özünəinamı və məhz həmin anda tatamidə ən yaxşı cüdolarını nümayiş etdirməyə hazır olmaları önəmlidir.

- Son illərdə Azərbaycan millisi yaponlara ciddi rəqabət yaradıb. Bu baxımdan Bakıya səfər ərəfəsində narahatlıq yoxdur?

- Azərbaycan millisi həqiqətən çox güclüdür. Böyük turnirlərdə mütəmadi qələbə qazanan parlaq və təcrübəli idmançılar var. Biz onlara böyük hörmətlə yanaşırıq. Üstəlik, doğma tatamidə çıxış həmişə əlavə motivasiya verir. Lakin məhz belə çağırışlar yarışları maraqlı edir və cüdonun inkişafına kömək göstərir.

- Qaydalardakı dəyişikliklər, "yuko" qiymətinin geri qaytarılması cüdoya fayda veribmi?

- Qaydalardakı istənilən dəyişiklik növümüzün inkişafına və daha baxımlı olmasına yönəlib. "Yuko" qiymətinin geri qaytarılması görüşlərə daha çox dinamika qatdı və iştirakçılara taktiki mübarizə üçün əlavə imkanlar verdi. Əlbəttə, komandaların yeni qaydalara tam uyğunlaşması üçün vaxt lazımdır, amma ümumilikdə bunun prosesə müsbət təsir göstərdiyini düşünürəm.

- Sizin fikrinizcə, yeni nəsil yapon cüdoçular əvvəlkilərdən nə ilə fərqlənir?

- Bugünkü nəsil daha qlobal və rəqabətli dünyada yetişib. Onlar rəqibləri diqqətlə öyrənir, müasir hazırlıq metodlarından, idman elmi və analitikadan istifadə edirlər. Bununla yanaşı, biz Yapon cüdosunun ənənəvi dəyərlərini – hörmət, intizam və mükəmməlliyə can atmanı qorumağa çalışırıq. Məhz ənənə ilə müasir yanaşmanın vəhdəti idmançılarımızın dünya arenasında rəqabətədavamlı qalmasına kömək edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Oxşar xəbərlər