top
IJF: Tçkayevin ağıllı taktikası ona dünya çempionatının bürünc medalını qazandırdı Idman.biz
17 iyun 2025, 11:45
- ↺ +

IJF: Tçkayevin "ağıllı" taktikası ona dünya çempionatının bürünc medalını qazandırdı

"Golden score"da Zelim Tçkayev ağıllı hərəkət etdi, riskdən qaçaraq hücumda qalmağa və məsafəyə nəzarət etməyə davam etdi. Bu taktika doğru seçim oldu".

İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşdə Azərbaycan cüdoçusunun qələbəsini bu sözlərlə şərh edib.

Təşkilatın saytı 81 kq çəki dərəcəsində Tçkayev ilə BƏƏ-ni təmsil edən Nuqzari Tatalaşvili arasında baş tutan kiçik final görüşünü ətraflı təhlil edib: "Bürünc medal uğrunda qarşılaşmada tatamiyə fiziki cəhətdən güclü və dinamik iki cüdoçu çıxdı və tamaşaçılara möhtəşəm şou təqdim etdilər. Gün ərzində əla formada olan Tatalashvili dərhal hücuma keçməyə hazır idi. Lakin Tçkayev həm hücum edə, həm fənd həyata keçirə, həm də parterdə mübarizə apara bildiyi üçün başlanğıc , demək olar ki, onun Tatalaşvilini saxlaması ilə nəticələndi. Hətta ağrıverici fəndə çox yaxın bir an da oldu!

Sonra sürətli tutmalar əsas rol oynadı və Tçkayev ikinci raundu da qazandı – az qala "uçi-mata" ilə rəqibini yerə vuracaqdı, lakin BƏƏ təmsilçisinin akrobatik manevrləri onu vəziyyətdən çıxarmağa kömək etdi. Zelim döyüş boyunca üstünlük nümayiş etdirirdi və görüş əlavə vaxta keçməmiş Tatalaşvili iki "şido" ilə cəzalandırıldı.

"Golden score" mərhələsində Tçkayev ağıllı hərəkət etdi, riskdən qaçaraq hücumda qalmağa və məsafəni nəzarətdə saxlamağa davam etdi. Bu strategiya özünü doğrultdu və Tatalaşvili üçün üçüncü "şido" gəldi – bu da Tçkayevə dünya çempionatının bürünc medalını qazandırdı".

Qeyd edək ki, bu, Azərbaycan cüdo millisinin cari mundialda ilk medalıdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Digər
Bu gün, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:11

AFFA

Qarabağ FK
Bu gün, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Digər
Bu gün, 15:07

Kanada himnini səhv ifa edən müğənni xərçəngdən sonra yaddaşının zəiflədiyini bildirib

Futbol
Bu gün, 14:53

Yuventus Kapitanı: Karyeramın ən çətin dövrlərindən birini yaşayıram

Futbol
Bu gün, 14:50

Ferrán Torres 7 milyon avroya ofis binası aldı

Qarabağ FK
Bu gün, 14:50

“Kəpəz” – “Qarabağ” qarşılaşması ilə bağlı videosüjet

Futbol
Bu gün, 14:45

AFFA I səviyyə skautinq sertifikat proqramına qəbul elan edir

Boks
Bu gün, 14:43

UFC döyüşçüsü Tahir Abdullayev: uzun illər sonra qələbə, əziyyətin nəticəsi

Qarabağ FK
Bu gün, 14:40

Qəbələdə Yeton Bekiri: Altı turda 2 qoldan son üç oyunun müqayisəsi

Digər
Bu gün, 14:36

Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb: Dohada Ceyk Metyuzu məğlub etdi

Futbol
Bu gün, 14:29

"Araz-Naxçıvan"da hakimlik qaydaları ilə bağlı seminar keçirildi

Futbol
Bu gün, 14:26

"Səbail" klubunun dəvəti ilə alman mütəxəssisləri Qubadakı stadionun ot örtüyünü və drenaj sistemini qiymətləndirib

Futbol
Bu gün, 14:20

Qvardiola 18 illik fasiləyə ehtiyac olduğu üçün İtaliya millisinin təklifini rədd edib

Futbol
Bu gün, 14:18

Arif Əsədov: "Sabah" "Barselona" qarşısında öz oyununu sərgiləməlidir

Futbol
Bu gün, 14:15

Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini fasiləyə ehtiyacı olduğunu bildirərək rədd edib

Qarabağ FK
Bu gün, 14:14

Barselona ulduzlarının Bakı izləri: Kim qol vurdu, kim qalib qöymədi - Sabah-Barselona matçı öncəsi İDMAN.BİZ-in təhlili

Futbol
Bu gün, 14:10

Manuel Noyer Braziliyadan Münhenə yeni sevgilisi ilə qayıdıb

Futbol
Bu gün, 14:05

PSJ zədələnmiş oyunçular səbəbindən "Vilyarreal"ın yarımmüdafiəçisi Alberto Moleyronu qış transferində heyətinə qatmaq istəyir;

Futbol
Bu gün, 14:03

“Sabah” – “Barselona” matçına gələnlər üçün gediş haqqı 1 qəpik olacaq

Oxşar xəbərlər