top
Hidayət Heydərovun Qələbəyə Qayıdışı: Məğlubiyyətlər Məni Gücləndirir Idman.biz
21 oktyabr 2025, 16:32
- ↺ +

Hidayət Heydərovun Qələbəyə Qayıdışı: Məğlubiyyətlər Məni Gücləndirir

Hidayət Heydərov Paris Olimpiadasındakı qələbəsindən sonra ilk uğurunu qazandı.

İdman.Biz Azərbaycan cüdoçusunun Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pri yarışında birinci yeri tutduqdan sonra Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytına verdiyi müsahibəni təqdim edir.

Hidayət bu qələbənin onun üçün nə demək olduğunu, tənqidlərə münasibətini və çətin vəziyyətdə düşdükdə oradan çıxış yolunu bölüşüb.

- Qələbə ilə geri dönüşünüz mübarək, Hidayət! Hazırda hansı hissləri keçirirsiniz?

- Çox xoş hisslərdir. Elə bil, hər şey yenidən, sıfırdan başlayıb. Davamı da mütləq gələcək.

- Olimpiadadan sonra sizin üçün çətin bir dövr başladı, bir neçə məğlubiyyət yaşadınız. Belə vəziyyətə düşüb onu dəyişmək, yenidən qalib olmaq necə hissdir?

- Karyeramda bu, ilk dəfə deyil. Mən artıq bir neçə dəfə yıxılıb yenidən qalxmışam. Bu, mənim üçün yeni bir hal deyil, təcrübəm var. Bilirdim ki, Yay Olimpiya Oyunlarından sonra bir qədər eniş olsa da, yenidən öz formama qayıda biləcəyəm. İdman həmişə yüksəliş və enişlərdən ibarətdir. Sadəcə, bu "dalğalanmalara" hazır olmaq lazımdır.

- Belə vəziyyətlərdən çıxmaq üçün sizin "reseptiniz" nədir? Sizi nə motivasiya edir?

- Mən artıq olanları ürəyimə salmıram, bilirəm ki, yenə zirvəyə qayıdacağam. Mən Olimpiya, dünya və Avropa çempionuyam, ona görə də nəticələr mütləq gələcək. Buna şübhəm yoxdur. Hətta deyə bilərəm ki, məğlubiyyətlər və mənfi rəylər məni daha da gücləndirir, gələcək üçün stimul verir.

- Yəni, tənqidlər sizə güc verir?

- Bəli, məhz elə! Hətta bəzən onları xüsusi olaraq axtarıb oxuyuram, bu, mənə əlavə motivasiya verir.

- O halda, həmin insanlara indi nə demək istərdiniz?

- Finaldan əvvəl mənə dəstək verən bəzi şərhləri gördüm, yazırdılar ki, "biz sənə inanırıq". Amma eyni adamlar məğlub olanda mənim haqqımda mənfi rəy bildirirdilər, onların sözlərini yaxşı xatırlayıram. Ona görə də, qoy onlar riyakarlıq etməsinlər.

- Azərbaycan millisinin Amerika turu başa çatdı - əvvəlcə Limada Qran-pridə, sonra Qvadalaxarada mübarizə apardınız. Bu səfər sizdə hansı təəssürat yaratdı?

- Mənə Latın Amerikası çox xoş təsir bağışladı, çox gözəl yerlərdir. Peruda uduzdum, amma Qvadalaxarada qalib gəldim, qalibiyyət yoluna qayıtdım. Üstəlik, gələn il burada "Masters" adlı böyük reytinq turniri keçiriləcək. Komandamızın bu dəfəki səfərinin məqsədlərindən biri də həmin yarışa hazırlıq və yerli şəraitə uyğunlaşma idi.

- Yenidən fəxri kürsüyə qayıtdınız. Bu hissləri yaşamaq üçün çoxmu darıxmışdınız?

- Düzünü desəm, final mərhələsinin ab-havasına çox darıxmışdım. Məşq zalından arenaya doğru asta-asta getmək, sonra tatamiyə çıxmaq - bu prosesin özünəməxsus bir enerjisi var. Bu hisslər əvvəlkilərdən fərqlidir. Qarşıda bizi yeni yarışlar gözləyir, ona görə hazırlığımı davam etdirəcəyəm.

Zəki Fəyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Oxşar xəbərlər