top
Gəncədəki Avropa Kubokunda Azərbaycan Cüdo Millisindən Yaxşı Nəticə Gözlənilir Idman.biz
02 aprel 2026, 17:05
- +

Gəncədəki Avropa Kubokunda Azərbaycan Cüdo Millisindən Yaxşı Nəticə Gözlənilir

"Azərbaycan yeniyetmə oğlanlardan ibarət cüdo millisindən Gəncədə keçiriləcək Avropa Kubokunda yaxşı nəticə gözlənilir".

Bu barədə cüdo komandasının baş məşqçisi Emin İskəndərov deyib.

O, yarışdan əvvəl təlim-məşq toplanışının sonuncu mərhələsini başa vurduqlarını söyləyib.

"Avropa Kuboku mərhələlərinə yaxşı hazırlaşmışıq. Daha əvvəl Almaniyanın Bremen şəhərində Beynəlxalq Masters Turnirində idmançılarımız yaxşı çıxış etdilər. Orada toplanış da baş tutdu. 700-dən çox cüdoçu var idi. Rəqabət güclü idi və cüdoçularımız özlərini yaxşı tərəfdən göstərə bildilər. Bu, bizi qane etdi. Ümid edirəm ki, orada əldə etdiyimiz təcrübə ilə Gəncədə yaxşı nəticə qazana biləcəyik. Komandanın intizamı, psixoloji durumu, əhval-ruhiyyəsi bizi qane edir", - deyə o, report.az-a açıqlamasında bildirib.

E.İskəndərov millinin heyətinə yeni cüdoçuların cəlb olunacağını söyləyib:

"Yığmanın heyətində ötən ildən 7-8 idmançı qalıb, digərləri isə yenidir. Lakin həmin uşaqları ötən ildən hazırlayırdıq. Təlim-məşq toplanışlarına qatılırdılar. Onlar da milliyə düşə bildilər. Gəncədə təşkil olunacaq Avropa Kubokunda da yeni adlar görəcəyik. Bu il əvvəlki vaxtlara nisbətən regionlardan yeni "nəfəslər" də var. Mingəçevir, Gəncə, Zaqatala və digər bölgələrdən cüdoçular cəlb edilir. Bu isə inkişafın olduğunu göstərir. Bu idmançılardan da gözləntilərimiz böyükdür".

Mütəxəssis Avropa Kubokunda iştirak edəcək rəqibləri təhlil etdiklərini deyib:

"Heyətlərə baxmışıq, onları təhlil etmişik. Qazaxıstan əsas heyətlə gəlir. Gürcüstanda da əsas heyət üzvləri var. Onlarda da bizim kimi milli komanda üçün seçim gedir. Rəqibləri zəif hesab etmirik. Güclü olan qalib gələcək. Gəncədəki yarışdan iki həftə sonra Almaniyanın paytaxtı Berlində gerçəkləşəcək Avropa Kubokuna qatılacağıq. Ondan sonra da seçim yarışlarımız olacaq. Nəticə verənlər Avropa və dünya çempionatına aparılacaq".

Baş məşqçi bu il Avropa və dünya çempionatındakı hədəflərdən söz açıb:

"Ümid edirik ki, bu il Avropa və dünya çempionlarımız olacaq. Hər məşqçinin hədəfi odur. Bu il buna ümid edirik. Ötən il gözləntilərimiz çox idi. Avropa çempionatında üç qızıl medal qazandıq. Dünya çempionatında bu nəticəni təkrarlaya bilmədik, uşaqlarda alınmadı. Amma bu il məsuliyyətlə bunun üzərində işləmişik. Hər iki yarışda qızıl medalın olması üçün çalışacağıq".

Xatırladaq ki, Avropa Kuboku aprelin 4-5-də Gəncə İdman Sarayında keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər