Almaniyada keçirilən böyüklər arasında Avropa çempionatında debüt edən paracüdoçumuz Hüseyn İsmayılzadə uğurlu çıxışını davam etdirir.
İdman.Biz xəbər verir ki, 17 yaşlı idmançımız (J2, 70 kq) 1/8 finalda Böyük Britaniyanı təmsil edən Jimmy Aldersonla qarşılaşıb.
Hüseyn rəqibinə ipponla qalib gələrək adını 1/4 finala yazdırıb.
Beləliklə, Avropa çempionatında debüt edən Hüseyn İsmayılzadə mübarizəni davam etdirir.