top
Elçin İsmayılov: Məşqçilik mənim üçün daha çətindir, biznesə vaxtım yoxdur Idman.biz
28 oktyabr 2025, 15:49
- ↺ +

Elçin İsmayılov: Məşqçilik mənim üçün daha çətindir, biznesə vaxtım yoxdur

Elçin İsmayılov 2000, 2001 və 2005-ci illərdə cüdo üzrə Azərbaycan millisinin heyətində Avropa Çempionu olub. Veteran cüdoçu 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Hazırda Elçin İsmayılov Azərbaycan millisinin cüdo üzrə məşqçisidir.

İdman.Biz oxucularına ən titullu Azərbaycan cüdoçularından biri olan Elçin İsmayılovla müsahibəni təqdim edir.

- Sadə bir sualdan başlayaq. Tatamiyə çıxmaq asandır, yoxsa kimisə məşqçi kimi tatamiyə çıxarmaq?

- Hər ikisinin öz çətinlikləri var. Amma şəxsən mənim üçün məşqçilik etmək, özüm çıxış etməkdən daha çətindir. Çünki məşqçi idmançını ruhlandırmalı, onu motivasiya etməli və bəzən "bacarmıram" dediyi anda belə güləşməyə məcbur etdirməlidir. Mən idmançı olanda düşünürdüm ki, məşqçi mənim qələbəmi məndən artıq istəyə bilməz. İndi isə görürəm ki, yanılmışam.

- Şagirdiniz çıxış edərkən bəzən elə an olurmu ki, emosiyaya qapılıb özünüz tatamiyə çıxıb, "bu fəndi belə etmək lazım idi" demək istəyirsiniz?

- Əlbəttə, olur, amma tez keçir (gülür). Axı anlayırsan ki, sən artıq məşqçisən, məşqçi isə tatamiyə çıxmaq yox, məşq etdirmək və məsləhət vermək üçün oradadır.

- Sizə kim məsləhət gördü ki, cüdo ilə məşğul olasınız? Bildiyimə görə, siz futbolu da kifayət qədər yaxşı oynayırsınız. Hətta indi də…

- Bəli, mən futbol oynayıram. Amma güləşçi də ola bilərdim, cüdoçu oldum. Halbuki əvvəlcə futbolla məşğul olurdum. Dayım qərara aldı ki, fərdi idmanda daha çox nailiyyət əldə edə bilərəm, nəinki komandada, belə ki, kollektiv idmanda nəticə tək bir nəfərdən asılı deyil. Bir dəfə yazda məni güləş bölməsinə apardı. Orada dedilər ki, qəbul yalnız sentyabrda olacaq. Cüdoda isə belə məhdudiyyət yox idi - beləliklə, cüdoçu oldum.

- Yəni güləş ən azı bir Avropa çempionunu itirdi, eləmi?

- Elə də demək olar (gülür).

- Titullardan söz düşmüşkən, siz üçqat Avropa çempionu, ikiqat gümüş mükafatçısınız, amma heç vaxt dünya çempionatının mükafatçısı olmamısınız. Üstəlik, iki uğursuz Olimpiya cəhdi də olub... Bu paradoksu nə ilə izah edirsiniz?

-Bu sualı özümə də tez-tez verirəm. Çünki elə olurdu ki, Avropa çempionatında məğlub etdiyim cüdoçuya üç ay sonra dünya çempionatında uduzurdum. Məsələn, 2001-ci ildə Nestor Xerqianini Avropada asanlıqla məğlub etmişdim, amma cəmi üç ay sonra dünya çempionatında ona uduzdum. Sadəcə, yayda məndə hər dəfə izaholunmaz bir eniş baş verirdi, halbuki dünya çempionatları o vaxt iki ildən bir keçirilirdi (2013-cü ilə qədər – red.) və payız aylarında baş tuturdu. Nəticədə formamın zirvəsinə çıxa bilmirdim.

- Sizin fikrinizcə, tarixdəki üç ən güclü cüdoçunu kim hesab etmək olar?

- Nomura, Nomura və bir daha Nomura! Şəxsən mənim üçün bu üçqat Olimpiya çempionuna bərabər cüdoçu olmayıb.

- Elə cüdoçular varmı ki, onlara qalib gəlməyi arzulamısınız, amma alınmayıb?

- (Düşünür) Yenə də Tadaxiro Nomura. Düzdür, biz cəmi bir dəfə qarşılaşmışıq və mən uduzmuşam. Amma onunla döyüşmək və qalib gəlmək həmişə arzum olub...

- Hər cüdoçunun öz "vizit kartı" sayılan bir fəndi olur. Məsələn, əfsanəvi Şohei Ono "o soto qari" və "uçi mata" (daxildən qaldırma) fəndlərini gündə min dəfə təkrarlayırdı. Bəs sizin sevimli fəndiniz hansıdır?

- Mən hər gün "taetoşi" (öndən badalaq vurmaq) və "şiotoşi" (ayaqdan badalaq) fəndlərini məşq edirdim. Sayını deməyəcəm, amma gün ərzində bir neçə yüz dəfə təkrarlayırdım.

- Bir çox tanınmış idmançının, o cümlədən ölkəmizdə də, öz biznesi var. Məsələn, cüdoçu Elnur Məmmədov vaxtilə supermarket sahibi idi, taekvondoçu Fəqan Umudov isə hələ də mobil telefon satışı ilə məşğuldur. Bəs sizin biznesiniz varmı? Qazandığınız mükafatları nəyə sərf etmisiniz, əgər sirr deyilsə?

- Haradan biznesim olsun ki? Axı nə Olimpiya Oyunlarında, nə də dünya çempionatlarında qələbə qazanmışam. Halbuki həmin yarışlarda qaliblərimiz hər zaman yaxşı mükafat alıblar. Mən yalnız Avropa çempionatlarını qazanmışam və maksimum 5 min manat mükafat almışam. Yəni idmançı kimi çox qazana bilməmişəm, məşqçi kimi isə həmişə yalnız yığma komandaya diqqət ayırmışam. Bizneslə məşğul olmağa vaxtım yoxdur. Bəs komandaya kim məşq keçəcək?

- Yığma komandanın məşqçisi kimi qazandıqlarınızdan razısınızmı?

- Açığı, bu suala özüm cavab verməyim çətindir. Nə desəm, subyektiv səslənəcək. Amma əgər artıq dörd ildir ki, Azərbaycan yığmasının məşqçilərindən biriyəmsə, deməli, ən azı idmançılar və Federasiya mənim işimdən razıdırlar.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Oxşar xəbərlər