top
Əbu-Dabi Böyük Dəbilqə Turniri: Uşanqi Kokauri bürünc medal qazandı, Murad Fətiyev yarımfinalda Idman.biz
30 noyabr 2025, 19:02
- ↺ +

Əbu-Dabi "Böyük Dəbilqə" Turniri: Uşanqi Kokauri bürünc medal qazandı, Murad Fətiyev yarımfinalda

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində Camal Qamzatxanov bürünc medal uğrunda görüşdə İrakli Demetraşviliyə (Gürcüstan) məğlub olaraq yarışı 5-ci sırada başa vurub.

18:58

İdman.Biz xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində Uşanqi Kokauri +100 kq çəki dərəcəsində bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.

14:56

İdman.Biz xəbər verir ki, Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində son yarış gününün final blokunda 2 cüdoçumuz - +100 kq çəki dərəcəsində Uşanqi Kokauri və Camal Qamzatxanov bürünc medal görüşünə çıxacaq. Həlledici qarşılaşmalar 17:00-dan etibarən start götürəcək.

14:40

İdman.Biz-in Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Murad Fətiyev zədə səbəbilə yarışdan çəkilib. Həkim tərəfindən yarışdan kənarlaşıdırlan cüdoçumuzun adının əks olunduğu tabloda onun adının üzərindən xətt çəkilib.

14:10

İdman.Biz-in Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, -90 kq dərəcəsində çıxış edən cüdoçumuz Murad Fətiyev Olimpiya mükafatçısı Teodoros Tselides (Yunanıstan) üzərində əzmkar qələbə qazanaraq yarımfinala yüksəlib. Fətiyevin final yolunda son rəqibi moldovalı Mixail Latişev olacaq.

14:05

İdman.Biz xəbər verir ki, Uşanqi Kokauri və Camal Qamzatxanov təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal qarşılaşmalarına vəsiqə qazanıblar.

13:25

İdman.Biz xəbər verir ki, Murad Fətiyev almaniyalı Lasse Şriveri 3 yuko xalı ilə üstələyərək adını növbəti mərhələyə yazdırıb. Murad 1/4 finalda Teodoros Tselideslə (Yunanıstan) qarşılaşacaq.

12:45

İdman.Biz xəbər verir ki, -90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev Qazaxıstan idmançısı Yermaxan Anuarbekova məğlub olaraq mübarizəni dayandırıb.

12:13

Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində -90 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançı Murad Fətiyev ilk görüşdən qalib ayrılıb. Cüdoçumuz belaruslu Alyaksandr Sidoriki yuko xalı ilə məğlub edib.

12:05

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov yarışa Bəhreyn idmançısı Azamat Çotçayev üzərində qələbə ilə başlayıb. Camalın 1/4 finalda rəqibi Tamerlan Başayev (Rusiya) olacaq.

12:00

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan idmançıları qarşılaşmalara balayıblar.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri ilk görüşdə xorvatiyalı rəqibi Mikita Sviridi vaza-ari xalı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.

Təmsilçimiz bu mərhələdə İrakli Demetraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün 1/16 finalda -90 kq çəki dərəcəsində idmançılarımız Murad Fətiyev və Aslan Kotsoyev müvafiq olaraq Alyaksandr Sidorik və Yermaxan Anuarbekovla qarşılaşacaqlar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Futbol
Bu gün, 10:00

Mövqeyimi dəyişməsəydim, Barselona’da uzun müddət qalmaq mümkün olmazdı

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Oxşar xəbərlər