top
Düşənbə Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə medalsız qaldılar Idman.biz
01 may 2026, 17:51
- ↺ +

Düşənbə "Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk gündə medalsız qaldılar

Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində ilk günü medalsız başa vurublar.

İdman.Biz xəbər verir ki, Nizami İmranov (66 kq) üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi German Kobetslə üz-üzə gəlib.

Rəqibinə məğlub olan N.İmranov yarışı beşinci pillədə bitirib.

Daha əvvəl Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) medal qazanmaq şansını itiriblər.

Qeyd ki, bu gün start götürən "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

14:19

İslam Rəhimov (66 kq) təsəlliverici görüşdə məğlub olaraq yarışı yeddinci pillədə tamamladı. Nizami İmranov (66 kq) isə bürünc medal görüşündə rusiyalı German Kobetslə qarşılaşacaq.

13:17

Azərbaycan cüdoçuları İslam Rəhimov (66 kq) və Nizami İmranov (66 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin 1/4 final mərhələsində məğlub olublar.

Idman.Biz xəbər verir ki, İslam Rəhimov son dünya çempionatının gümüş mükafatçısı Nurali Emomaliyə (Tacikistan), Nizami İmranov isə Yaqo Abuladzeyə (Rusiya) uduzub.

İdmançılarımız təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcəklər. İslam Rəhimovun (66 kq) rəqibi ukraynalı Vadym Cehrnovla, Nizami İmranovun rəqibi isə fransalı Simon Lesauvage olacaq.

Xatırladaq ki, digər cüdoçumuz Murad Muradlı (60 kq) 1/8 final mərhələsində məğlub olub.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 3-də başa çatacaq.

12:27

Azərbaycan cüdoçusu Murad Muradlı (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində məğlub olub.

İdman.Biz xəbər verir ki, idmançı 1/8 final mərhələsində özbəkistanlı Muhammadcon Maşaripovla qarşılaşıb.

Xatırladaq ki, digər cüdoçularımızdan İslam Rəhimov və Nizami İmranov 1/4 finala yüksəliblər.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 3-də başa çatacaq.

12:01

Azərbaycan cüdoçusu Nizami İmranov (66 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/8 final mərhələsində qazaxıstanlı Yerdaulet Bozşa ilə qarşılaşıb.

Rəqibini məğlub edən N.İmranov 1/4 finala vəsiqə qazanıb.

Bundan başqa, İslam Rəhimov da 1/4 finala yüksəlib.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 3-də başa çatacaq.

11:47

Azərbaycanın cüdoçusu İslam Rəhimov (66 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirini qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/8 final mərhələsində qazaxıstanlı Nursultan Zayzaqaliyevlə qarşılaşıb.

Rəqibini məğlub edən İ.Rəhimov 1/4 finala vəsiqə qazanıb.

10:24

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üç üzvü tatamiyə çıxacaq.

İdmançılar iki çəki dərəcəsində mübarizə aparacaqlar.

Kişilər arasında 60 kq çəki dərəcəsində 1/8 final mərhələsində Murad Muradlı fransalı Yan Motoli Bonqambe ilə özbəkistanlı Muhammadcon Maşaripov cütünün qalibi ilə qarşılaşacaq.

66 kq çəki dərəcəsində isə 1/8 finalda Nizami İmranov qazaxıstanlı Yerdaulet Bozşa ilə üz-üzə gələcək. Digər təmsilçimiz İslam Rəhimov isə qazaxıstanlı Nursultan Zayzaqaliyevlə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:48

Football Whispers “Borussiya”nın “Sabah” üzərində 3:1 hesabını proqnozlaşdırdı

Futbol
Bu gün, 03:12

Konseysau, Ronaldo və Jesús arasındakı münaqişəyə dair fikirlərini bildirdi

Futbol
Bu gün, 02:47

Dortmund rəhbəri “Sabah”ın gücünü etiraf edərək, Bakıdakı oyunda qələbə hədəfi qoydu

Futbol
Bu gün, 02:13

Borussiya Dortmundda Sabahla Çempionlar Liqası qarşılaşması öncəsi gərginlik

Futbol
Bu gün, 01:49

"RedBird Capital" qrupunun "Əl-Nəsr" klubunun 70% səhmlərini alma ehtimalı

Futbol
Bu gün, 01:28

Xetafe Rayo Valyekanoyla 1:1 hesabla bərabərlik qazanıb

Digər
Bu gün, 01:25

Teymur Fərəcov 8 saat 58 dəqiqə 8 saniyə ilə Ironman rekordunu yenilədi

Futbol
Bu gün, 01:05

Tottenhem Koventri Sitiyə qarşı 3:1 hesabı ilə qalib gələrək düşmə zonasını tərk etdi

Futbol
Bu gün, 00:31

Pirs Morqan Ronaldunun 255 avro cəriməsinə gülərək cavab verdi

Basketbol
Bu gün, 00:15

Tahir Baxşıyev: 75-100 məğlubiyyətdə səhvlər əsas rol oynadı

Futbol
Bu gün, 00:07

Həsən Nəzərli Türkiyədən geri dönəcək: Şamaxıya transferi gündəmdə

Basketbol
Dünən, 23:55

Sabah NTD-yə qələbə qazanıb

Futbol
Dünən, 23:48

Ronaldu 30 günlük diskvalifikasiyadan sonra sosial şəbəkədə paylaşım etdi

Futbol
Dünən, 23:38

Bursaspor 2:0 ilə Pendikspor'u məğlub etdi, Toral Bayramovun komandası liderlə xal fərqini minimuma endirdi

Futbol
Dünən, 23:34

Real Madridlə qarşıdurma səbəbindən Tebas vəzifəsindən uzaqlaşdırılma təhlükəsi altında

Futbol
Dünən, 23:19

Qalatasaray, Fransadakı etirazlar səbəbindən UEFA-ya rəsmi müraciət hazırlayır

Futbol
Dünən, 23:05

Məşhur şərhçi Derek Reyin Real Madrid vs. Sevilya qarşılaşmasına hazırlıq etdi

Şahmat
Dünən, 22:55

Gəncədə Fərid Orucov şahmat çempionu seçildi

Futbol
Dünən, 22:52

Trabzonspor Beşiktaş'ı 2:0 ilə məğlub etdi

Şahmat
Dünən, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Dünən, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Futbol
Dünən, 22:32

UEFA FIFA-ya ultimatum: İnfantino və idarəçiliyi barədə sənədlər tələb olunur

Futbol
Dünən, 22:27

Monza 4-0 ilə Kalya'yı məğlub edərək məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Dünən, 22:25

Kriştianu Ronaldonun Portuqaliya milli komandası oyunlarından bir ay müddətinə uzaqlaşdırılması

Oxşar xəbərlər