top
Daşkənd Böyük Dəbilqəsi: Zelim Kotsoyev və Murad Fətiyev 1/4 finalda, digərləri mübarizəni dayandırdı Idman.biz
01 mart 2026, 12:24
- ↺ +

Daşkənd Böyük Dəbilqəsi: Zelim Kotsoyev və Murad Fətiyev 1/4 finalda, digərləri mübarizəni dayandırdı

Azərbaycanın cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə start verib.

İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan idmançımız ilk görüşündə gürcüstanlı Tornike Poladişvili ilə qarşılaşıb. Rəqibi üzərində inamlı qələbə qazanan Kotsoyev adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Zelim Kotsoyev bu turnirdə əsas favoritlərdən biri hesab olunur. Hazırda Murad Fətiyevlə yanaşı, Zelim də yarışda ölkəmizin medal ümidlərini davam etdirir.

Zelim Kotsoyev Cüdo Böyük Dəbilqə Daşkənd Olimpiya çempionu

11:47

Azərbaycan cüdoçusu Murad Fətiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində uğurlu çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində meydan sahibi Umar Bozorovla qarşılaşıb. Gərgin keçən görüşün son saniyələrində böyük əzmkarlıq nümayiş etdirən Fətiyev rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Murad Fətiyev bu mərhələyə qədər rumıniyalı Vlad Vişanı da sıradan çıxarmağı bacarmışdı.

11:29

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçusu Murad Fətiyev çıxışına uğurla başlayıb.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Fətiyev ilk görüşündə rumıniyalı Vlad Vişanla qarşılaşıb. Rəqibi üzərində qələbə qazanan idmançımız 1/8 final mərhələsinə yüksəlib.

Qadınların yarışında +78 kq çəki dərəcəsində qüvvəsini sınayan Madina Kaisinova isə turnirlə erkən vidalaşıb. O, ilk qarşılaşmada yerli idmançı, Özbəkistan təmsilçisi Umida Niqmatovaya uduzaraq medal uğrunda mübarizəni dayandırıb.

Kişilər arasında 100 kq çəki dərəcəsində çıxış edən Əjdər Bağırov da ilk mərhələni keçə bilməyib. Cüdoçumuz özbəkistanlı Ernazar Sarsenbayeva məğlub olaraq yarışı vaxtından əvvəl tərk edib.

09:25

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə Azərbaycanın altı cüdoçusu qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, həm kişilər, həm də qadınlar arasında medalların sahibləri müəyyənləşəcək.

Kişilərin mübarizəsində 90 kq çəki dərəcəsində Murad Fətiyev 1/16 finalda rumıniyalı Vlad Vişanla qarşılaşacaq.

100 kq çəkidə iki idmançımız tatamiyə çıxacaq. Əjdər Bağırov 1/16 finalda yerli idmançı Ernazar Sarsenbayevlə, Zelim Kotsoyev isə 1/8 finalda Tornike Poladişvili (Gürcüstan) – Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Ağır çəkidə (+100 kq) Camal Qamzatxanov 1/8 finalda hindistanlı Ritik Kumarı sınağa çəkəcək. Kənan Nəsibov isə eyni mərhələdə Gela Zaalişvili (Gürcüstan) – İslombek Ravşankulov (Özbəkistan) duelindən qalib ayrılan tərəflə qarşılaşacaq.

Qadınların yarışında isə +78 kq çəki dərəcəsində ölkəmizi Madina Kaisinova təmsil edir. O, 1/16 final mərhələsində özbəkistanlı Umida Niqmatova ilə mübarizə aparacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:27

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Futbol
Bu gün, 09:00

"Sabah" Barcelona ilə Çempionlar Liqası turnirində qarşılaşacaq

Futbol
Bu gün, 08:52

Rafinya hat‑trik etməyi hədəfləyir

Futbol
Bu gün, 08:40

Çempionlar Liqasının 10 Favorit Klubunun Siyahısı

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Qarabağ FK
Bu gün, 08:17

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

Futbol
Bu gün, 08:07

Bruno Fernandes, Ronaldun milli komanda daxilində hörmətsizliyinə şübhə göstərdi

Futbol
Bu gün, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Oxşar xəbərlər