top
Cüdoçularımız Düşənbə Böyük Dəbilqəsini 3 bürünc medalla başa vurdular Idman.biz
03 may 2026, 18:26
- +

Cüdoçularımız Düşənbə Böyük Dəbilqəsini 3 bürünc medalla başa vurdular

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Ağır çəki dərəcəsində mübarizə aparan iki idmançımız bürünc medal qazanaraq yarışı mükafatçılar sırasında tamamlayıblar.

İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov üçüncü yer uğrunda görüşdə rumıniyalı Darius Dobre ilə qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz bürünc mükafatın sahibi olub.

Milli komandamızın heyətində sonuncu mükafatçı isə Uşanqi Kokauri (+100 kq) olub. O, həlledici qarşılaşmada Özbəkistan təmsilçisi Muxammadkodir Mansurovu üstələyərək bürünc medala layiq görülüb.

Dünən isə Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev bürünc medal qazanıb.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan dörd çəki dərəcəsində altı cüdoçu ilə təmsil olunub. Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər.

13:29

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın daha bir idmançısı finalın bir addımlığında məğlub olub. +100 kq çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov yarımfinal görüşündə rəqibi ilə bacarmayıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz həlledici mərhələyə yüksəlmək üçün Rusiya idmançısı Bislan Katamardov ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatdığı üçün Camal mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

Üçüncü yer uğrunda qarşılaşmada Qamzatxanovun rəqibi rumıniyalı Darius Dobre olacaq. Beləliklə, turnirin son günündə Azərbaycanın iki ağır çəkili cüdoçusu bürünc medal qazanmaq imkanı əldə edib.

13:17

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan təmsilçisi Uşanqi Kokauri yarımfinal görüşünə çıxıb. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız polşalı Yakub Sordil ilə üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Kokauri finala yüksəlmək şansını itirib.

Buna baxmayaraq, cüdoçumuz bürünc medal uğrunda həlledici görüşdə Özbəkistan idmançısı Muxammadkodir Mansurov ilə qüvvəsini sınayacaq.

12:51

Cüdoçularımızın yarımfinaldakı rəqibləri müəyyənləşib. +100 kq çəki dərəcəsində çıxış edən Camal QamzatxanovRusiya təmsilçisi Bislan Katamardov, Uşanqi Kokauri isə Polşa nümayəndəsi Yakub Sordil ilə qarşılaşacaq.

12:37

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər. Ağır çəki dərəcəsində mübarizə aparan hər iki təmsilçimiz rəqiblərinə şans verməyərək yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri ardıcıl qələbələrlə diqqət çəkib. O, əvvəlcə iranlı, daha sonra isə Rumıniya təmsilçisini ipponla məğlub edərək adını ən güclü dördliyin siyahısına yazdırıb.

Eyni çəki dərəcəsində yer alan digər cüdoçumuz Camal Qamzatxanov da rəqibi üçün keçilməz olub. O, monteneqrolu Yovan Pekoviçi ipponla üstələyərək ikinci yarımfinalçımız olub.

09:34

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın daha iki idmançısı qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə ağır çəkili cüdoçularımız mübarizəyə qoşulacaqlar.

Kişilərin yarışında, 100 kiloqramdan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri səkkizdəbir final mərhələsində İran təmsilçisi Mohammadpuria Banaeyan Tolki ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində çıxış edən digər idmançımız Camal Qamzatxanov isə növbəti mərhələyə yüksəlmək üçün Yovan Pekoviç ilə üz-üzə gələcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Skaloni: Argentina - İspaniya finalı olsa, dərhal razılaşaram

Futbol
Bu gün, 10:51

Kəpəz FK Luis Paçu ilə müqaviləsini başa çixarmışdır

Futbol
Bu gün, 10:36

Vadim Abdullayev “Kəpəz” FK ilə anlaşdı

Futbol
Bu gün, 10:21

UEFA Konfrans Liqasında yarışlar başlayır

Digər
Bu gün, 09:54

Azərbaycan karateçiləri Varnada beynəlxalq yarışlarda iştirak edəcək

Futbol
Bu gün, 09:08

Gürcüstan milli komandasının oyunçusu “Udineze” klubuna transfer olunub

Qarabağ FK
Bu gün, 09:00

Kamilo Duran "Seltik"lə razılığa gəlib

Futbol
Bu gün, 08:20

Lion klubu Korentin Tolisso ilə müqaviləsini uzatdı

Futbol
Bu gün, 08:13

Paraqvay hökuməti senatorun Mbappeyə qarşı açıqlamalarına görə üzr istehsal edib

Futbol
Bu gün, 08:00

Sabah Çempionlar Liqasındaki debütü

Futbol
Bu gün, 07:30

Belçika ABŞ-yə qalib gəlib, İspaniya ilə 1/4 finalda görüşəcək

Futbol
Bu gün, 07:12

Roberto Martinez Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib

Futbol
Bu gün, 07:00

Portuqaliya millisinin yeni baş məşqçisi kim olacaq?

Futbol
Bu gün, 06:10

Unai Simon dünya çempionatında yeni rekord müəllifi oldu

Futbol
Bu gün, 05:59

DÇ-2026: Belçika İspaniya ilə qarşılaşacaq

Futbol
Bu gün, 05:06

FİFA Baloqunun cəzası ləğv edildi

Futbol
Bu gün, 04:05

Ronaldu sonuncu dünya çempionatında iştirak etdiyini açıqlayıb

Futbol
Bu gün, 03:11

Folarin Balogun DÇ-2026-nın 1/8 final mərhələsində Belçika ilə oyun üçün ABŞ millisinin start heyətinə daxil edilib

Futbol
Bu gün, 02:12

Ronaldu DÇ-2026-da qeyri-adi statistik nailiyyətə imza atıb

Basketbol
Bu gün, 01:37

Azərbaycan millisinin kapitanı Federasiyaya etiraz edir

Futbol
Bu gün, 01:16

İspaniya DÇ-2026-da qapısından qol buraxmayan yeganə millidir

Futbol
Bu gün, 01:03

İspaniya Portuqaliyaya qalib gəlib

Futbol
Bu gün, 00:55

DÇ-2026: İspaniya Portuqaliyanı uyğunlaşdırır, hesab açılıb

Futbol
Bu gün, 00:46

Rivaldo: Braziliya milli komandasının Norveçə məğlubiyəti barədə fikirlərini bölüşüb

Oxşar xəbərlər