Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" yarımmüdafiəçi Samu Kostanı transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti dəqiqləşdirilməyib.
25 yaşlı portuqaliyalı futbolçu 2023-cü ildən formasını geyindiyi "Malyorka"dan transfer olunub.
Yarımmüdafiəçi 2025/26 mövsümündə meydana çıxdığı 36 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kosta "Əl-Nəsr"də həmyerliləri Kriştiano Ronaldo və Joao Felikslə komanda yoldaşı olacaq.
Qeyd edək ki, "Transfermarkt" portalı portuqaliyalı futbolçunun "Əl-Nəsr"ə keçidini 22 milyon avro qiymətləndirir.