top
Cüdo üzrə Azərbaycan millisinin Daşkənd Böyük Dəbilqə turnirindəki uğuru sistemli işin nəticəsidir Idman.biz
02 mart 2026, 17:51
- ↺ +

Cüdo üzrə Azərbaycan millisinin Daşkənd "Böyük Dəbilqə" turnirindəki uğuru sistemli işin nəticəsidir

"Cüdoçularımızın Daşkənddəki dominant çıxışı sistemli işin nəticəsidir".

Bu sözləri kişi cüdoçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Elçin İsmayılov yığmanın Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində əldə etdiyi nəticəni dəyərləndirərkən deyib.

O bildirib ki, komanda yarışa böyük hədəflərlə yollanmışdı.

"Cüdoçuların potensialına inanırdıq. Amma dörd qızıl medal və ümumi hesabda birinci yer həqiqətən tarixi nəticədir. Düzdür, medal gözləyirdik, lakin belə dominant çıxış hər zaman asan olmur. Bu nəticə həm planlı hazırlığın, həm də idmançıların böyük əzmkarlığının nəticəsidir", - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

60 kq çəki dərəcəsində baş tutan "Azərbaycan finalı"na da toxunan mütəxəssisin sözlərinə görə, eyni çəkidə iki təmsilçinin həlledici görüşə yüksəlməsi komandadaxili sağlam rəqabətin göstəricisidir: "Balabəy Ağayev və Əhməd Yusifovun finalda bir-birlərinə rəqib olması onu göstərir ki, seçim prosesi və məşq sistemi düzgün qurulub. Komandadaxili rəqabət idmançıları daha da gücləndirir və beynəlxalq arenada üstünlük qazandırır".

Elçin İsmayılov qeyd edib ki, Ömər Rəcəbli (81 kq) və Kənan Nəsibovun (+100 kq) karyeralarında ilk "Böyük Dəbilq" çempionluğunu məhz Daşkənddə qazanmaları xüsusi əhəmiyyət daşıyır: "Onların çıxışı çox yüksək səviyyədə idi. İlk "Böyük Dəbilqə" qızılı həm psixoloji, həm də idman baxımından mühüm addımdır. Xüsusilə Rəcəblinin ne-vaza bacarığı müasir cüdoda böyük üstünlükdür. O, parterdə çox inamlı təsir bağışlayır və rəqiblərinə demək olar ki, şans vermir. Bu da uzunmüddətli və məqsədyönlü hazırlığın bəhrəsidir".

Millinin böyük məşqçisi Olimpiya çempionu Zelim Kotsoyevin çıxışına da toxunub: "Yüksəksəviyyəli yarışlarda bir epizod hər şeyi həll edir. Həlledici anda kiçik taktiki və ya konsentrasiya səhvi nəticəyə təsir göstərə bilir. Buna baxmayaraq, onun ümumi çıxışını müsbət qiymətləndiririk. Məğlubiyyət də inkişafın bir hissəsidir və bu, gələcək uğurlar üçün təcrübə qazandırır".

O, cüdo yığmasının növbəti hədəflərindən də danışıb: "Qarşıda mühüm yarışlar var və əsas məqsəd sabitliyi qorumaqdır. Əgər eyni temp və motivasiya saxlanılarsa, uğurların davamı mümkündür. Əsas olan sistemli iş və idmançıların fiziki-psixoloji hazırlığını pik səviyyədə saxlamaqdır. Bu il iki böyük yarışımız - Avropa və dünya çempionatı var. Məqsədimiz həmin turnirlərdə, xüsusilə də ev sahibi olacağımız mundialda yaxşı çıxış etməkdir".

Qeyd edək ki, Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medalla başa vurub. Milli komandanın heyətində Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) qızıl, Balabəy Ağayev (60 kq) gümüş, Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc mükafata sahib çıxıblar. Yığma nu nəticə ilə kişilərin mübarizəsində 39 ölkə arasında ilk pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Oxşar xəbərlər