top
Canpolad Budaqov: Məqsədim uşu-sanda üzrə yeni nəsil çempionlar yetişdirməkdir Idman.biz
05 dekabr 2025, 15:45
- ↺ +

Canpolad Budaqov: Məqsədim uşu-sanda üzrə yeni nəsil çempionlar yetişdirməkdir

XX əsrin axırlarında Canpolad Budaqovun adı Azərbaycanda idmana marağı olan hər kəsə tanış idi. O, ölkənin ən tanınmış idmançılarından biri olmaqla yanaşı, hələ də Azərbaycanın yeganə dünya çempionu olan uşu-sanda ustasıdır.

Canpolad Budaqov İdman.Biz-ə müsahibəsində həyatı, karyerası və hazırkı fəaliyyəti barədə danışıb.

- XX əsrin sonunda ölkənin ən məşhur idmançılarından olan Canpolad Budaqov XXI əsrin əvvəlində nə ilə məşğuldur?

- Demək olar ki, heç nə ilə. Hazırda özümü gənclərin uşu-sanda üzrə hazırlığına həsr etmişəm. Təəssüf ki, bu sahədə idmançılarımızın səviyyəsi hazırda arzuolunan deyil. Halbuki bir vaxtlar dünyada ən güclülərdən idik. Məsələn, 1999-cu il dünya çempionatında üç finalçımız vardı. Mən çempion oldum, iki şagirdim - Rasəf və Yasəf Mehdiyevlər - medal qazandılar. O da ki, Hong-Konqda, uşu-sanda idmanının vətəndə. İndi isə İslam Oyunlarında cəmi bir bürünc medal qazana bildik.

- Sizcə, niyə XXI əsrdə Azərbaycandan uşu-sanda üzrə dünya çempionu yetişməyib? Artıq əsrin ilk rübü də başa çatır…

- Bu sual daha çox bu idman növü ilə məşğul olanlara ünvanlanmalıdır. Mən müəyyən səbəblərə görə uzun müddət Azərbaycanda yoxdur idim, amma idmançılarla əlaqə saxlayırdım. Bürünc və hətta gümüş medal qazananlarımız oldu, amma dediyniz kimi çempion yox idi.

- Bəs bunun üçün nə edilməlidir?

– Nə deyim… Təzəcə bir zal götürmüşəm ki, uşaqları məşq etdirim. Amma orada avadanlıq lazımdır - ən azı döşəklər və boks kisələri. Gənclər və İdman Nazirliyinə müraciət etmişəm, kömək edəcəklərini deyiblər. Ümid edirəm ki, dəstək olacaqlar. Uşu-sanda - boks, güləş və karatenin elementlərini birləşdirən ən çətin idman növlərindən biridir. Bu sahədə ciddi nəticə qazanmaq üçün həmin növlər üzrə yüksək bacarığa sahib olmaq lazımdır və bu da hər kəsin edə biləcəyi iş deyil.

- Amma siz bacarmısınız…

- Mən 18 yaşımda SSRİ çempionu olmuşam, öz çəki dərəcəmdə SSRİ yığmasının bir nömrəsi idim. Amma mənim bacarmadıqlarımı bacaran çox adam var (gülür). Görürsünüz, hələ də normal iş tapa bilmirəm.

- Gürcüstanda çalışdığınız deyilir. Doğrudur?

- Bəli, Gürcüstanda işləyirdim. Orada öz sanda klubum var, əsasən Borçalı bölgəsində yaşayan azərbaycanlı gənclər məşq edir. Amma mən bütün idman nailiyyətlərimi Azərbaycan üçün qazanmışam. Biz buraya mənim altı yaşımda köçmüşük. Burada məni həm təltif ediblər, həm də yeni uğurlara ruhlandırıblar.

Azərbaycan vətəndaşı kimi istəyim odur ki, bu sahə burada inkişaf etsin, yeni çempionlar yetişsin. Siz özünüz qeyd etdiniz - məndən başqa dünya çempionu yoxdur. Mən istəyirəm ki, bu nəticə dəyişsin! Gürcüstanda da bizim çox istedadlı gənclərimiz var, onlar rahatlıqla Azərbaycan adından çıxış edə bilərlər - onları "legioner" adlandırmaq belə olmaz.

- Sizin haqqınızda həmişə çoxlu söz-söhbətlər olub. Yaxşıları da, elə də yaxşı olmayanları da… Doğrudur ki, məktəbi qızıl medalla bitirmisiniz?

- Tamamilə doğrudur. Təkcə 42 nömrəli məktəbi qızıl medalla bitirməmişəm, həm də Tibb İnstitutunu (indiki Tibb Universiteti) qırmızı diplomla başa vurmuşam.

- Deyilənə görə, toyunuza ölkə başçısı İlham Əliyev dəstək olub…

- Bu da doğrudur. Və təkcə toy məsələsində yox. Mənə ev də, maşın da hədiyyə edib. Bunun üçün ona çox minnətdaram.

- Hazırda qarşınıza hansı məqsədləri qoymusunuz?

- Mən uzun illər Azərbaycan uşu-sanda idmanını idmançı kimi inkişaf etdirmişəm. Hamı bu idman növünü daha çox mənim uğurlarımdan sonra tanıyıb. Mənə fərqli yanaşa bilərlər, amma bunu inkar etmək mümkün deyil. İndi yeganə məqsədim sevdiyim idman növünü məşqçi kimi inkişaf etdirmək və yeni nəsil yetişdirməkdir. Elə şagirdlər yetişdirim ki, təkcə mənim nəticələrimi təkrarlamasınlar, üstələsinlər. Axı hər bir məşqçi üçün ən böyük qürur - şagirdinin müəllimini keçməsidir.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Futbol
Bu gün, 10:00

Mövqeyimi dəyişməsəydim, Barselona’da uzun müddət qalmaq mümkün olmazdı

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Oxşar xəbərlər