top
Bakı 2026-cı ildə Cüdo üzrə Dünya Çempionatına Ev Sahibliyi Edəcək Idman.biz
27 oktyabr 2025, 19:38
- ↺ +

Bakı 2026-cı ildə Cüdo üzrə Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytında Azərbaycanın gələn il dünya çempionatına ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yazıda Bakının mundialı qarşılamağa hazırlaşdığı, mötəbər yarışın oktyabrın 4–11-də keçiriləcəyi bildirilib.

Qeyd olunub ki, bu il Macarıstanın paytaxtı Budapeştdə baş tutan dünya çempionatından sonra daha bir böyük cüdo mərkəzi – Bakı dünyanın diqqət mərkəzində olacaq: "Dünya səviyyəli idmançılar yetişdirməsi ilə tanınan Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq. Bakı son olaraq 2018-ci ilin sentyabrında bu yarışa ev sahibliyi etmiş, həmin turnir möhtəşəm ab-havası və yüksəksəviyyəli çıxışlarla yadda qalmışdı".

Məqalədə IJF-in rəhbəri Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin fikirlərinə də yer verilib.

Bundan başqa, məqalədə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana, xüsusilə cüdonun inkişafına göstərdiyi diqqət və qayğı bu prosesdə həlledici rol oynayır: "Dövlət başçısının həm böyüklər, həm də gənclər yaş qruplarındakı cüdoçuları yaxından tanıması və onların nəticələrinə dərindən bələd olması liderlik baxımından unikal nümunədir, cüdo ictimaiyyətində məsuliyyət və motivasiya hissini gücləndirir. Prezident İlham Əliyev cüdonu ali prinsiplərə söykənən, cəmiyyət üçün yüksək tərbiyəvi dəyərə malik idman növü hesab edir. Onun fikrincə, cüdo gənclərin sosial və peşəkar inteqrasiyası baxımından real motivasiya mənbəyidir".

"Ev sahibi Azərbaycan üçün bu yarış həm də ölkə daxilində cüdonun təbliği, yeni nəsil idmançıların ilhamlandırılması və qalıcı idman dəyərlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bakı-2026, sadəcə, bir yarış deyil, cüdonun birlik, dostluq və sülhü təşviq edən gücünün bayramı olacaq", - deyə yazıda qeyd olunub.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Digər
Bu gün, 19:17

Kriştianu Ronaldu ağır zədə alan Kvaratsxeliyaya dəstək verdi - FOTO

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 19:04

Gürcüstan millisinin və Trabzusporun sabiq futbolçusu Giorgi Nemsadze 54 yaşında vəfat edib

Oxşar xəbərlər