top
Azərbaycan Cüdoçuları Dünya Çempionatında Mübarizə Aparacaq Idman.biz
12 iyun 2025, 14:48
- ↺ +

Azərbaycan Cüdoçuları Dünya Çempionatında Mübarizə Aparacaq

Cüdo üzrə Azərbaycanın yığması bu idman növündə ilin əsas hadisəsinə köklənir. Artıq sabah Budapeştdə 93 ölkədən 557 idmançının iştirak edəcəyi dünya çempionatı start götürəcək. Bu yarış, əslində, yeni Olimpiya dövrünün başlanğıcıdır və Macarıstan paytaxtında maraqlı mübarizə gözlənilir.

İdman.biz xəbər verir ki, Budapeşt mütəmadi olaraq cüdo mundialına ev sahibliyi edir.

Sonuncu dəfə bu, dörd il əvvəl baş verib. Onda yalnız Kərəmət Hüseynov (60 kq) fərqlənərək bürünc mükafatçı olmuşdu. 2017-ci ildə isə cüdoçularımız Dunay sahillərində keçirilən dünya çempionatında dörd dəfə fəxri kürsüyə qalxmışdılar – Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanmışdılar.

Budapeştdəki hər iki dünya çempionatında müasir dövrün ən parlaq cüdoçularından biri də iştirak edib. Hidayət Heydərov (73 kq) ötən il Olimpiya, dünya və Avropa çempionatlarında qızıl medal qazanaraq "qızıl kolleksiya"nı tamamlasa da, Macarıstanda iki dəfə medalın bir addımlığında dayanaraq 5-ci olub. Bu dəfə isə o, Olimpiadadan sonra ilk yarışında titulunu qorumağa iddialıdır.

Şübhəsiz, bu, asan olmayacaq, lakin Heydərov çoxsaylı uğurları ilə dəfələrlə göstərib ki, onun üçün mümkünsüz heç nə yoxdur. Cüdo ictimaiyyətinin böyük maraqla gözlədiyi qarşıdakı çıxışı da yaddaqalan ola bilər.

Olimpiya oyunlarından sonrakı ilk dünya çempionatı nəsillər inqarşıdurması kimi təqdim olunur. Zəngin təcrübəyə malik idmançılar iddialı gənclərlə mübarizədə öz səviyyələrini sübut etməli olacaqlar. Bu da maraqlı qarşılaşmalar və yüksək rəqabət vəd edir.

Budapeştdə 11 hazırkı dünya çempionu çıxış edəcək. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) ötən il Abu Dabidə möhtəşəm qələbə qazanaraq dünya çempionu olublar və indi onları növbəti vacib sınaq gözləyir. Onların uğuru digər yığma üzvləri üçün də motivasiya ola bilər: məsələn, Elcan Hacıyev (90 kq) və ya Zelim Tçkayev (81 kq) Avropa medallarından sonra dünya çempionatında da özlərini göstərmək niyyətindədirlər.

Çempionatdan öncə Beynəlxalq Cüdo Federasiyasının (IJF) Konqresi keçirilib və Marius Vizer altıncı dəfə qurumun prezidenti seçilib. Onun rəhbərliyi dövründə müasir cüdonun inkişafı yeni mərhələyə keçib, populyarlığı artıb, Dünya Cüdo Turu isə bir çox ölkə və qitələri əhatə edir. 2028-ci il Olimpiadası da nəzərə alınmaqla bu istiqamətdə iş davam etdiriləcək.

Yeni seçilmiş IJF İcraiyyə Komitəsinə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev də daxil edilib.

Bir sözlə, Budapeştdə ilk əlamətdar nailiyyət artıq əldə olunub. İndi bütün diqqətlər tatamidədir.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 15:30

"Qalatasaray"ın hücumçusu Dəniz Gülə Çempионlar Liqasında burnuna dəyən zədə üzündən uğurla əməliyyat edilib;

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Digər
Bu gün, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:11

AFFA

Qarabağ FK
Bu gün, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Digər
Bu gün, 15:07

Kanada himnini səhv ifa edən müğənni xərçəngdən sonra yaddaşının zəiflədiyini bildirib

Futbol
Bu gün, 14:53

Yuventus Kapitanı: Karyeramın ən çətin dövrlərindən birini yaşayıram

Futbol
Bu gün, 14:50

Ferrán Torres 7 milyon avroya ofis binası aldı

Qarabağ FK
Bu gün, 14:50

“Kəpəz” – “Qarabağ” qarşılaşması ilə bağlı videosüjet

Futbol
Bu gün, 14:45

AFFA I səviyyə skautinq sertifikat proqramına qəbul elan edir

Boks
Bu gün, 14:43

UFC döyüşçüsü Tahir Abdullayev: uzun illər sonra qələbə, əziyyətin nəticəsi

Qarabağ FK
Bu gün, 14:40

Qəbələdə Yeton Bekiri: Altı turda 2 qoldan son üç oyunun müqayisəsi

Digər
Bu gün, 14:36

Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb: Dohada Ceyk Metyuzu məğlub etdi

Futbol
Bu gün, 14:29

"Araz-Naxçıvan"da hakimlik qaydaları ilə bağlı seminar keçirildi

Futbol
Bu gün, 14:26

"Səbail" klubunun dəvəti ilə alman mütəxəssisləri Qubadakı stadionun ot örtüyünü və drenaj sistemini qiymətləndirib

Futbol
Bu gün, 14:24

Stiv Solvet: "Barselona"ya məğlub olsaq, qeyri qətiyyən forma istəməyəcəyəm, azarkeşlərlə sağollaşıb gedəcəyəm

Futbol
Bu gün, 14:20

Qvardiola 18 illik fasiləyə ehtiyac olduğu üçün İtaliya millisinin təklifini rədd edib

Futbol
Bu gün, 14:18

Arif Əsədov: "Sabah" "Barselona" qarşısında öz oyununu sərgiləməlidir

Oxşar xəbərlər