top
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti: Avropa çempionatında qazanılan təcrübə gələcək yarışlar üçün böyük əhəmiyyət daşıyır - MÜSAHİBƏ Idman.biz
29 aprel 2025, 17:28
- ↺ +

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti: "Avropa çempionatında qazanılan təcrübə gələcək yarışlar üçün böyük əhəmiyyət daşıyır" - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullunun AZƏRTAC-a müsahibəsi

- Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurdular. Cüdoçuların çıxışını necə qiymətləndirirsiniz?

- Cüdoçuların çıxışını ümumilikdə qənaətbəxş qiymətləndiririk. Bilirsiniz ki, milli komandamız 5 medal - 1 gümüş və 4 bürünc medal qazandı. Həmçinin bir 5-ci yer, bir də 7-ci yerimiz oldu. Ümumi götürsək, kişilərdən ibarət komandamızda 9 nəfərdən 7-si final blokunda çıxış etdi. Təbii ki, səhvlər də var. Bəzi idmançılarımız, xüsusilə 66 kiloqramda mübarizə aparan Ruslan Paşayev gözlədiyimizdən daha zəif çıxış etdi. 60 kiloqramda Turan Bayramov və 81 kiloqramda Ömər Rəcəblidən də yaxşı nəticə gözləyirdik. Təbii ki, iş prosesidir, səhvlər olur. Bundan sonrakı proseslərdə həmin səhvlərin aradan qaldırılması istiqamətində hərəkət edəcəyik. Nəzərə almaq lazımdır ki, bizim 2 əsas idmançımız - ötən ilin Avropa çempionları Hidayət Heydərovla Elcan Hacıyev müxtəlif səbəblərdən bu yarışda iştirak etmirdilər. Onlar iştirak etsəydilər, medallarımızın sayı daha da çox olardı. Qadınlaran ibarət komandadan medal gözləmirdik. Lakin ən azı bir idmançımızın, xüsusilə Fidan Əlizadənin 1/4 finala çıxması real idi. Onun tam üstün olduğu görüşdə sona saniyələr qalmış ipponla məğlub olması müəyyən dərəcədə bizi narahat edir. Bundan öncə də Fidan Bakıdakı "Böyük Dəbilqə" turnirində 2 görüşü - həm 1/4 final, həm də təsəllivericidə eyni qaydada uduzub. Öndə olduğu görüşü son saniyələrdə əldən verib. Eyni zamanda biz qadınların mübarizəsində, xüsusilə aşağı çəki dərəcələrində (48 kiloqram və 57 kiloqram) potensialımızın olduğunu gördük. Bu sahədə qadınlardan ibarət komandamızın inkişaf etdirilməsi istiqamətində federasiya olaraq planlarımız öz yerində qalır. Biz bu sahəyə investisiya yatırmağa davam edəcəyik. Çalışacağıq ki, yaxın illər ərzində, ən azı Los-Anceles Olimpiadasına qədər rəqabət qabiliyyətli qadın komandası formalaşdıraq.

- Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) finalda uduzmasaydı, qızıl medal da olacaqdı. Amma Zelim Paris Olimpiadasının finalında qalib gəldiyi gürcüstanlı rəqibinə bu dəfə məğlub oldu. Bu barədə nə deyə bilərsiniz?

- Bu idmandır, hər şey ola bilər. Zelim Kotsoyevlə İlya Sulamanidze karyeralarında 6 dəfə qarşılaşıblar. Hərəyə 3 qələbə qazanıblar. Zelim rəqibinə 2 böyük yarışda - 2023-cü il Avropa çempionatının və 2024-cü il Olimpiya Oyunlarının finallarında qalib gəlib. Bir dəfə isə məğlub olub. Bu isə Monteneqroda qeydə alındı. Əsas yarışlarda üstünlük Kotsoyevin tərəfindədir - 2:1. Zelim hələ də pik formasında deyil. Nəzərə almaq lazımdır ki, Olimpiya Oyunlarından 9 ay sonra ilk yarışı idi. İlya Sulamanidze isə Olimpiadadan sonra bu yarışa qədər bir neçə turnirdə iştirak etmişdi və daha hazırlıqlı idi. Hiss olunurdu ki, Gürcüstan komandası taktikanı bir az dəyişib. İlya bu görüşdə daha çox "2-ci nömrə" kimi güləşirdi, gözləmə mövqeyində idi və Zelimi əks-hücumlarda tutmağa çalışırdı. Buna da nail oldu. Amma mən deməzdim ki, Kotsoyev zəif təsir bağışlayırdı. Demək olar, bütün görüş ərzində təzyiq əsasən cüdoçumuz tərəfindən idi. Bu, normal haldır. İlya Sulamanidze güclü idmançıdır. Dünya reytinqdə 2-ci pillədə qərarlaşıb. Bütün bunları nəzərə alanda Zelim Kotsoyev üçün 9 ay sonra tatamiyə çıxıb Avropa çempionatı kimi mötəbər turnirdə gümüş medal əldə etmək yaxşı nəticədir deyə düşünürük. Lakin bu, Zelimi rahatlatmır, özünün də yarışdan sonra şəxsi "Instagram" hesabında qeyd etdiyi kimi, o hələ də yeni qələbələrə, yeni uğurlara acdır və bu istiqamətdə işləməyə davam edəcək.

- Yığmamız Avropa çempionatında ilk dəfə qarışıq komanda yarışında mübarizə apardı. Debütü necə qiymətləndirirsiniz?

- Qarışıq komanda yarışında debütümüz ümumilikdə, təbii ki, yaxşı alınmadı. Püşkatmaya əsasən, ilk görüşdə çox güclü Gürcüstan komandası ilə qarşılaşdıq. Əminəm ki, başqa komanda olsaydı, ən azı 1/4 final mərhələsinə yüksəlib, orada medallar uğrunda mübarizə apara bilərdik. Yəni, biz üçüncü yeri əldə edən Belçika və Almaniya yığmasından zəif komanda deyilik. İlk görüşdə qarışıq komanda yarışında Avropa çempionu olan Gürcüstan millisi ilə düşdüyümüzə görə bizə çətin oldu. Bilirsiniz ki, qarışıq komanda yarışlarında 3 kişi, 3 qadın idmançı çıxış edir. Açığı, bizim üçün ən vacibi kişi cüdoçuların üçünün də mütləq qələbə qazanması idi. Bu təqdirdə hesab ən azı 3:3 olardı. Belə olan halda püşk atılır. Püşkatmanın nəticəsinə əsasən, hansı çəki dərəcəsi çıxırsa, həmin idmançılar yenidən qarşılaşırlar. Orada qələbə qazanan cüdoçunun komandası qalib hesab olunur. Bizim taktika da ondan ibarət idi ki, hesabı 3:3 edib, daha sonra ən azı uğurlu püşkatmaya ümid edək. Bilirsiniz ki, Gürcüstan komandası kişilərdə də çox güclüdür. Baxmayaraq ki, bizim hesaba görə xüsusilə Zelim Kotsoyevin Quram Tuşişvili ilə görüşündə qazandığı vaza-ari xalını ippon kimi də dəyərləndirmək olardı. Lakin istənilən halda nəzərə almaq lazımdır ki, bizdə 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov, 90 kiloqramda Elcan Hacıyev çıxış edə bilmirdi. Bütün bunları nəzərə aldıqda bu, uzun müddətdən sonra ilk yarışımız idi. Uğurlu alınmasa da, hesab edirik ki, bu təcrübə növbəti yarışlar üçün çox vacibdir. Burada əldə olunmuş müəyyən informasiya və məlumatlar məşqçilər heyəti üçün də qarşıdakı turnirlərdə müvafiq düzəlişlər etməyə imkan verəcək.

- Zelim Kotsoyevdən başqa, bütün mükafatçılar karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı oldular. Bununla bağlı da fikirləriniz maraqlı olardı.

- Əlamətdar haldır ki, əldə olunan 5 medalın hər biri ayrı-ayrı çəkilərdə qazanılıb. 7 çəki dərəcəsinin 5-də medalımız oldu. Nəzərə almaq lazımdır ki, bu çəkilərin hər biri olimpiya çəki dərəcəsi hesab olunur. Cüdo idman növündə qeyri-olimpiya çəkisi yoxdur. Bundan başqa, 5 medaldan 4-nü qazanan idmançılar ilk dəfə böyüklər arasında Avropa çempionatında fəxri kürsüdə yer aldılar. Bütün bunları nəzərə aldıqda çıxışı qənaətbəxş hesab edirik.

- Səhhəti ilə əlaqədar Avropa çempionatını buraxan Hidayət Heydərovun ümumi durumu necədir? Artıq məşqlərdə iştirak edir?

- Hidayət Heydərovun vəziyyətin yaxşıdır. Cüdoçumuz artıq müəyyən fiziki məşqlərə başlayıb və onun dünya çempionatına hazırlıq prosesinə start verilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Oxşar xəbərlər