top
Amina Abdellatif: Azərbaycanda cüdonu qızlar üçün daha əlçatan etmək lazımdır Idman.biz
04 dekabr 2025, 16:17
- ↺ +

Amina Abdellatif: Azərbaycanda cüdonu qızlar üçün daha əlçatan etmək lazımdır

Azərbaycanda qadın cüdosu hələ kişilər qədər böyük uğurlara imza atmasa da, mövqelərini tədricən gücləndirir. Yaxın günlərdə idmançılarımız İslam Oyunlarında çıxış edərək dörd medal qazandılar. Bu medallar arasında təcrübəli cüdoçu Südabə Ağayevanın qızılı da var.

Ölkədə qadın cüdosunun hazırkı durumu və idmançılarımızın perspektivləri barədə İdman.Biz qadın millisinin baş məşqçisi, fransız mütəxəssisi Amina Abdellatiflə söhbət edib.

- Cüdoçularımızın İslam Oyunlarındakı çıxışını necə qiymətləndirirsiniz?

- Ümumilikdə əvvəlki Oyunlarla müqayisədə çıxışı müsbət dəyərləndirirəm: dörd medal qazandıq – bir qızıl, bir gümüş və iki bürünc. Açığı, Südabə Ağayevanın qələbəsi mənim üçün müəyyən mənada gözlənilməz oldu. Amma bu nəticə ilk növbədə onun zəhmətinin və gündəlik fədakarlığının göstəricisidir. O, bu səviyyəyə çatmaq üçün əlindən gələni edirdi.

Fidan Əlizadədən də medal gözləyirdim, amma o, yarışı beşinci sırada başa vurdu. Fidan yaxınlarda zədədən qayıdıb və ona bir qədər yarış təcrübəsi və məşq ritmi çatmadı. Xüsusilə komandalararası turniri qeyd etmək istəyirəm. Bu, qarışıq komanda formatında keçirilən ilk yarış idi və qalib Azərbaycan oldu. Daha da sevindirici məqam isə odur ki, hər görüşdə həlledici xalları məhz qadınlar qazandılar.

- Yaxınlarda cüdoçularımız Zaqrebdə Qran-Pridə də çıxış etdilər…

- Bu turnirin nəticələri məni bir qədər məyus etdi. Daha uğurlu çıxış gözləyirdim. Bununla belə, yarış bizim hansı elementlər üzərində daha çox işləməli olduğumuzu dəqiq göstərdi. Xüsusilə nevaza və kumi-kata ilə bağlı məqamlar üzərində dayanmamız vacibdir.

- Azərbaycanda çalışmağa necə başladınız? Sizi millinin baş məşqçisi olmaq təklifində nə cəlb etdi?

- Məni ən çox qadın komandasında birbaşa cüdoçularla işləmək və komanda formalaşdırmaq imkanı cəlb etdi. Ünsiyyət qurmaq, doğru atmosfer yaratmaq, idmançıları yüksək səviyyəli çıxışlara hazırlamaq prosesi məni həqiqətən motivasiya edir. Həmçinin Olimpiya Oyunlarına hazırlıqla bağlı çağırışlar da marağımı artırdı. Əvvəlcə prioritetlərimiz məşqlərin doğru şəkildə təşkili idi. Məqsədimiz hər bir idmançının öz cüdo üslubunu dərk etməsi və bunun əsasında sistemli iş qura bilməsi idi.

- Son illərdə Azərbaycanda qadın cüdosunun inkişafını necə qiymətləndirirsiniz?

- Ölkədə qadın cüdosunun inkişafı çox önəmlidir. Məncə, cüdonu qızlar üçün daha əlçatan etmək lazımdır. Çünki bu idman növü müstəqilliyin, özünəinamın və sağlamlığın formalaşmasına müsbət təsir göstərir.

Yeniyetmə və gənclər arasında qadın cüdosu yaxşı nəticələr nümayiş etdirir, xüsusilə Avropa çempionatı səviyyəsindəki rəsmi turnirlərdə. 2024-cü ildə qızlardan ibarət gənclər millisi iki titul qazandı və komanda hesabında ikinci yeri tutdu. İndi istəyim odur ki, bu cüdoçular böyüklər səviyyəsində də sabit şəkildə yüksək nəticələr göstərə bilsinlər.

- Gənc və perspektivli idmançılar arasında kimi xüsusi qeyd edə bilərsiniz?

- 48 kiloqramda Könul Əliyevanı, 52 kiloqramda isə Aydan Vəliyevanı qeyd edə bilərəm. Könul Limadakı Qran-Pridə çox güclü rəqibləri məğlub edərək üçüncü yeri tutub. İndi əsas məsələ sabitlik qazanmaq, səviyyəsini yüksəltmək və böyük turnirlərdə uğur qazanmaqdır. Aydan isə xaraktercə çox rəqabətcil idmançıdır, o, döyüşməyi sevir. Onun əsas vəzifəsi daha çox çalışmaq, cüdosunu inkişaf etdirmək və potensialını maksimum ortaya qoymaqdır.

- Qadın cüdoçularımızın kişilər kimi dünya reytinqinin üst sıralarına yüksəlməsi üçün nə qədər vaxt lazımdır?

- Bir sıra çəki dərəcələrində, xüsusilə yüngül çəkilərdə yüksək yerlər uğrunda mübarizə tam realdır. Ağır çəkilərdə isə bu səviyyəyə çatmaq təxminən iki Olimpiya tsikli tələb edəcək.

- 2028-ci il Olimpiya Oyunları ilə bağlı: neçə lisenziyaya iddia edə bilərik?

- Olimpiya seçməsi 2026-cı ilin iyununda Monqolustandakı Qran-Pridən başlayacaq. Düşünürəm ki, yüngül çəkilərdə (48, 52 və 57 kq) lisenziyalar əldə edə bilərik. Dediyim kimi, Kənul xeyli irəliləyiş göstərib və bunu mübarizəsində açıq görürük. Üstəlik federasiyanın dəstəyini hiss edirik. Komanda yarışında iştirak üçün ağır çəkilərdə də iki cüdoçunun olması çox vacibdir.

- Fransada qadın cüdosu ilə Azərbaycandakı qadın cüdosu arasındakı əsas fərqlər nələrdir?

- Bu maraqlı müqayisədir, çünki mənim baxış bucağımı dəyişməyə və məşqə fərqli yanaşmalar axtarmağa vadar edir. Fransada cüdonun strukturu Azərbaycandakından fərqlidir. Məsələn, orada daha çox qadın cüdoçu və sparrinq-partnyor var. Buna görə Azərbaycanda biz beynəlxalq təlim-məşq toplanışlarını daha çox keçirməli oluruq. Amma texniki baxımdan – nevaza, taçivaza, kumikata – hər iki ölkədə eyni problemlərlə qarşılaşıram.

- Milli mentalitet cüdoçuların hazırlığına və inkişafına təsir edirmi?

- Mütləq təsir edir. Bu, bütün ölkələr üçün keçərlidir. Bəzi nüansları daha yaxşı başa düşmək və prosesi nəzarətdə saxlamaq üçün köməkçimin dəstəyindən faydalanıram.

- Sonda Azərbaycandakı həyat təcrübənizdən danışın…

- Düzünü desəm, bura gəlməzdən əvvəl Azərbaycan haqqında çox az məlumatım var idi. Zaman keçdikcə Bakını daha yaxşı tanıyıram və artıq şəhərdə daha az itirirəm. Şəhərdə gəzərkən ölkənin və paytaxtın tarixi haqqında düşünməmək mümkün deyil. Və əlbəttə, mətbəxinizi qeyd etməliyəm – çox xoşuma gəlir, bəlkə də həddindən artıq. Xüsusilə şirniyyatlarınız…

- Azərbaycana ailənizlə gəlmisiniz, yoxsa tək?

- Tək gəlmişəm. Amma bu təklif barədə ailəmə həmin gün məlumat verdim. Onlar məni dəstəklədilər və bu yolda dəstək olmağa davam edirlər. Üstəlik, avqust ayında ailəm Azərbaycana gəldi və biz Qobustanla Atəşgahı ziyarət etdik. Onlara çox xoş gəldi. Beləliklə, burada olmağım yaxınlarıma və dostlarıma ölkəni mənim kimi yaxından tanımaq imkanı yaradır.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Futbol
Bu gün, 10:00

Mövqeyimi dəyişməsəydim, Barselona’da uzun müddət qalmaq mümkün olmazdı

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Oxşar xəbərlər