top
AÇ: Zelim Kotsoyevin diskvalifikasiyası, Azərbaycan millisinin nəticələri - YENİLƏNİB\VİDEO Idman.biz
19 aprel 2026, 14:40
- ↺ +

AÇ: Zelim Kotsoyevin diskvalifikasiyası, Azərbaycan millisinin nəticələri - YENİLƏNİB\VİDEO

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz yarımfinal mərhələsində Niderland idmançısı Simeon Katarina ilə qarşılaşmada qadağan olunmuş fənd tətbiq etdiyi üçün birbaşa "hansoku-make" cəzası alıb və bu səbəbdən yarışdan kənarlaşdırılıb.

Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə mübarizəni erkən dayandırıblar.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 4 medalla başa vurub. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

13:42

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

İdman.Biz xəbər verir ki, təmsilçimiz yarımfinal mərhələsində Niderland idmançısı Simeon Katarinaya məğlub olub və üçüncü yer uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə turnirlə erkən vidalaşıblar.

Qeyd edək ki, Avropa çempionatı bu gün başa çatacaq. Azərbaycan millisinin aktivində artıq 4 medal var: Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

12:48

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirərək yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində Macarıstan idmançısı Jombor Veqi məğlub edərək növbəti raunda adlayıb və medal uğrunda mübarizəni davam etdirir.

Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə turnirlə erkən vidalaşıblar.

11:45

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində ukraynalı Yaroslav Davıdçuku məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə mübarizəni erkən dayandırıblar.

11:09

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Tbilisidə keçirilən Avropa çempionatında çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində Almaniya cüdoçusu Erik Abramovla qarşılaşıb və bu görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

Bu gün tatamiyə çıxan digər idmançımız Madina Kaisinova (+78 kq) da turnirlə erkən vidalaşıb.

10:28

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə üz-üzə gəlib və rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.

Bu gün Azərbaycan millisinin daha iki üzvü də tatamiyə çıxacaq. Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) öz çəkilərində mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

10:28

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı bu gün başa çatır.

İdman.Biz xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə başlayacaq. Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

100 kq çəki dərəcəsində Kotsoyev 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə qarşılaşacaq. +100 kq-da Nəsibov 1/8 finaldan mübarizəyə qoşulacaq və Fransa təmsilçisi Mateo Akiana Monqo ilə Almaniyadan Erik Abramovun duelinin qalibi ilə üz-üzə gələcək. +78 kq-da isə Kaisinova 1/16 finalda rusiyalı Elis Startseva ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının aktivində artıq 4 medal var. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc mükafat qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:23

“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı

Futbol
Bu gün, 12:20

FİFA prezidenti Canni İnfantino Asiyada futbolun inkişafına görə minnətdarlığını bildirib

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Qarabağ FK
Bu gün, 11:29

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Oxşar xəbərlər