top
World Boxingin Olimpiya Boksunda Gətirdiyi Yeniliklər: Los-Anceles 2028-də Dəyişikliklər Idman.biz
15 may 2026, 14:32
- ↺ +

"World Boxing"in Olimpiya Boksunda Gətirdiyi Yeniliklər: Los-Anceles 2028-də Dəyişikliklər

Boks rəsmi olaraq Yay Olimpiya Oyunları-2028-in proqramında saxlanılıb. Lakin Los-Anceles bu idman növü üzrə olimpiya idarəetmə sisteminin tamamilə yenidən qurulacağı məkan olacaq.

Əsas dəyişiklik ondan ibarətdir ki, ilk dəfə olaraq həm təsnifat mərhələsini, həm də dördilliyin əsas turnirini Beynəlxalq Boks Assosiasiyası (IBA) deyil, yeni yaradılan "World Boxing" federasiyası təşkil edəcək. Artıq bütün seçim mexanizmi də bu qurumun ətrafında formalaşdırılır.

İdman.Biz-in məlumatına görə, IBA ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında illərdir davam edən münaqişədən sonra BOK əvvəlki qurumla əməkdaşlığı tamamilə dayandırıb. 2025-ci ilin yazında o, "World Boxing"i müvəqqəti akkreditə olunmuş beynəlxalq federasiya kimi tanıyıb, daha sonra isə boksu Olimpiya-2028 proqramına qaytarıb.

Bu isə bir sıra mühüm nəticələr deməkdir: olimpiya təsnifatı artıq IBA tərəfindən idarə olunmur. Oyunlara vəsiqə birbaşa milli federasiyaların "World Boxing"ə üzvlüyündən asılıdır. Seçim sistemi isə digər olimpiya idman növlərinə daha yaxın olan yeni model əsasında qurulacaq. Əslində, 2028-ci il Yay Olimpiya Oyunları "IBA-dan sonrakı ilk Olimpiada" hesab olunur.

Artıq məlumdur ki, təsnifat prosesi üç dünya seçmə turniri və beş kontinental çempionatdan ibarət olacaq. Bu, boksda son onilliklərin ən böyük seçim dəyişikliklərindən biridir. Əvvəllər sistem IBA turnirlərinə və mürəkkəb lisenziya mexanizminə əsaslanırdı. İndi isə əsas diqqət qlobal seçmə yarışlara, regional təmsilçiliyə və prosesin Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə "World Boxing" tərəfindən daha şəffaf şəkildə idarə olunmasına yönəlib.

Hazırda yarışlar üzrə lisenziyaların tam bölgüsü hələ dərc olunmayıb. Lakin artıq məlumdur ki, həm kişi, həm də qadın idmançılar vəsiqələr uğrunda tam bərabər şərtlərlə mübarizə aparacaqlar. Yeni sistem daha mərkəzləşdirilmiş olacaq. Əsas şərt isə ondan ibarətdir ki, yalnız federasiyası "World Boxing"ə üzv olan idmançılar seçim mərhələsi başlamazdan əvvəl Olimpiadaya vəsiqə qazana biləcəklər.

Qeyd edək ki, Azərbaycan da ötən ilin may ayında bu təşkilata üzv olub.

Eyni zamanda, Los-Anceles-2028-də boks tarixində ilk dəfə gender bərabərliyi tətbiq olunacaq. Oyunlarda kişi və qadınlar yeddi çəki kateqoriyasında mübarizə aparacaqlar. Hər iki tərəf üçün 124 kvota ayrılıb və ümumi iştirakçı sayı 248 boksçu olacaq. Müqayisə üçün, Paris-2024-də qadınlar üçün daha az çəki kateqoriyası nəzərdə tutulmuşdu.

Gələcək təsnifat mərhələsində aparıcı boks ölkələri üçün bir sıra dəyişikliklər gözlənilir. İlk növbədə, kontinental turnirlərin əhəmiyyəti daha da artacaq. Asiya, Avropa və Amerika ölkələri üçün regional çempionatlar həlledici rol oynayacaq. Eyni zamanda hər bir startın dəyəri yüksələcək, xüsusilə də üç dünya seçmə yarışını nəzərə aldıqda.

Yaxın aylarda "World Boxing" seçmə turnirlərin təqvimini, lisenziyaların bölgüsünü, reytinq və "seeding" sistemini, idmançıların iştirak qaydalarını və milli federasiyalara dair tələbləri açıqlayacaq. "Seeding" sistemi isə idmançıların turnir cədvəlində reytinqə görə yerləşdirilmə qaydasıdır. Yəni güclü və yüksək reytinqli idmançılar püşkatma zamanı erkən mərhələlərdə bir-biri ilə qarşılaşmaması üçün xüsusi şəkildə ayrı qruplara bölünür və turnir şəbəkəsində balanslı şəkildə yerləşdirilir.

Lakin artıq indidən belə bir nəticə çıxarmaq olar ki, olimpiya boksu yeni rəhbərlik, yeni seçim sistemi və dünya idmanının dəyişən xəritəsi ilə yeni bir dövrə qədəm qoyur. Los-Anceles-2028 isə bu sistemin uzunmüddətli sabitlik yaradıb-yaratmayacağının sınaq meydanı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

"Cırtdanlar" arasında dünya çempionatında dava - VİDEO

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Boks
Dünən, 23:43

Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdı

Futbol
Dünən, 23:40

Milli komanda Andorrayı 3:1 məğlub etdi, amma Lixtenşteynlə oyundakı vaxt uzatması Avro-2028 pley-off şansını ələ keçirdi

Futbol
Dünən, 23:29

Barselona mətbuat konfransında De Yonq iştirak edəcək

Futbol
Dünən, 23:15

Mourinyo: Oyunların çoxluğundan şikayət edən futbolçuların maaşı 50 faiz azaldılsın

Futbol
Dünən, 23:02

“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Futbol
Dünən, 23:00

Gəncəbasar kapitanı: "Şahdağ Qusar"la heç-heçə bizim üçün qələbə kimidir

Futbol
Dünən, 22:55

II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib

Futbol
Dünən, 22:51

Martin Edeqorun "Arsenal"la yeni müqavilə imzalaması gözlənilir

Futbol
Dünən, 22:47

“Bavariya” Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusunu, Erik Maksim Şupo-Motinqi, geri qaytara bilər

Futbol
Dünən, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Oxşar xəbərlər