Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində start götürəcək və 9 gün davam edəcək U-19 Avropa çempionatında Azərbaycan millisi 13 boksçu ilə təmsil olunacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadə (+90 kq), Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) şans verəcək.
Yarışda Emil Qurbanəliyev və Asif Məmmədov hakimlər sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.