top
Tofiq Musayev üçün növbəti rəqib namizədi: Dru Dober Idman.biz
31 mart 2026, 11:20
- ↺ +

Tofiq Musayev üçün növbəti rəqib namizədi: Dru Dober

Tofiq Musayevin İqnasio Bahamondes üzərində Sietldə keçirilən UFC turnirində qazandığı parlaq qələbədən sonra MMA ictimaiyyətində azərbaycanlı döyüşçünün növbəti rəqibi ilə bağlı müzakirələr başlayıb.

İdman.Biz xəbər verir ki, nüfuzlu "MMA Mania" portalı Musayev üçün növbəti rəqib kimi ABŞ-li Dru Doberi təklif edib.

Qeyd edək ki, bu resurs daha əvvəl də oxşar variantı nəzərdən keçirərək düzgün matçmeykinq(döyüş idmanlarında, xüsusilə UFC kimi promouşenlərdə döyüşçülərin bir-birinə qarşı uyğunlaşdırılması prosesidir – red) zamanı Musayevə Dober kimi zərbə ustalarının verilməsinin daha məntiqli olduğunu vurğulamışdı. Portalın fikrincə, ona Qırğızıstandan olan Mıktıbek Orolbai səviyyəli güləşçilərlə deyil, məhz bu tip rəqiblərlə döyüşmək daha uyğundur. Xatırladaq ki, Musayev 21 iyun 2025-ci ildə Bakıda UFC-də keçirdiyi debüt döyüşündə məhz Orolbaya məğlub olmuşdu.

Bu variantın məntiqi də aydındır. Sietldə Musayev Bahamondesi hakimlərin yekdil qərarı ilə (29-28, 29-27, 30-27) məğlub edib. Görüş "Gecənin döyüşü" seçilib və hər iki idmançı UFC tərəfindən 100 min dollar bonus qazanıb. Bu, azərbaycanlı döyüşçünün açıq və sərt mübadilələrdə xüsusilə təhlükəli olduğunu bir daha təsdiqləyib. Buna görə də açıq şəkildə zərbə döyüşçüsü olan rəqiblə qarşılaşma onun üçün üslub baxımından uyğun görünür.

Dober özü də UFC-nin ən tanınmış və baxımlı yüngül çəkilərindən biridir. 37 yaşlı ABŞ-li uzun illərdir promouşendə çıxış edir və divizionun ən ağır və təhlükəli zərbələr vuran döyüşçülərdən biri sayılır. Onun son döyüşü 7 mart 2026-cı ildə Las-Veqasda keçirilən UFC 326 turnirində baş tutub və o, Maykl Consonu ikinci raundda nokaut edərək "Gecənin performansı" bonusunu qazanıb. ESPN-in məlumatına görə, Doberin rekordu 29 qələbə və 15 məğlubiyyətdir.

Beləliklə, Musayev - Dober potensial qarşılaşması ehtiyatlı üslubdan uzaq, aqressiv və baxımlı döyüşlər keçirməyi bacaran iki yüngül çəkinin dueli kimi qiymətləndirilə bilər.

Əlavə edək ki, Bahamondeslə döyüşdən sonra Musayev qarşılaşma zamanı əlini sındırdığını bildirib. Buna baxmayaraq, o, tezliklə sağalaraq bu il iyunun 27-nə planlaşdırılan Bakıda keçiriləcək UFC turnirində oktaqona qayıtmağa ümid etdiyini deyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:07

Fyodor Yemelyanenko UFC ilə müqavilə bağlamadığı sirri və Dana Uayt haqqında açıqlama verdi

Futbol
Bu gün, 14:00

Şəki klubuna yeni baş məşqçi təyin edildi: Şəhriyar Məmmədova

Boks
Bu gün, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb;

Futbol
Bu gün, 13:40

Çin Xarici İşlər Nazirliyi Kilian Mbappenin Bəyanatına Reaksiya Verdi

Qarabağ FK
Bu gün, 13:33

“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik”

Qarabağ FK
Bu gün, 13:25

Maksim Medvedev: Uşaqlara telefon deyil, dəstək verilməlidir

Futbol
Bu gün, 13:20

Mançester Yunayted rəhbərliyi Maykl Kerrikə son şans verib, əvəzləyici hələ seçilmir

Futbol
Bu gün, 13:10

Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” “Qarabağ”ın fransalı legioneri Jeremi Qnaliyə maraqlıdır

Güləş
Bu gün, 12:56

Azərbaycan yunan-Roma güləşi millisi dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanaraq komanda reytinqində ikinci yeri tutdu

Futbol
Bu gün, 12:41

Rui Jorje Bakıda U-15 Dünya Futbol Çempionatı və Festivalını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:40

U-15 Milli Komanda Cənubi Amerikaya 3:1-ə məğlub Oldu

Futbol
Bu gün, 12:36

Messi, 20 illik namizədlik fasiləsi ilə Qızıl Top Rekordunu qırdı

Qarabağ FK
Bu gün, 12:21

Azərbaycanlı hücumçu Lorenzo Mezzotero Sampdoriya əsas komandasına çağırıldı - FOTO

Futbol
Bu gün, 12:20

Çelestini Bernli klubunun yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 12:13

Zirə Kapitanı Qismət Alıyev: “Medallar üçün mübarizə davam edəcək”

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Futbol
Bu gün, 11:35

Bakıda U15 dünyalı ərsəyagoturan argentinalı gənc Qarfanyoli İtaliya mətbuatında təqdim edildi

Futbol
Bu gün, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Futbol
Bu gün, 11:26

İspaniya Superkuboku 2027 üçün İstanbul seçildi – Azərbaycan ev sahibliyi təklif etdi

Minifutbol
Bu gün, 11:20

UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" Polşada "Buba Mara"ya qarşı meydanda

Oxşar xəbərlər