top
Merab Dvalişvili UFC reytinqində ikinci yerə yüksəlib və Bakıdakı turnirin ulduz qonağı olacaq Idman.biz
10 iyun 2025, 13:43
- ↺ +

Merab Dvalişvili UFC reytinqində ikinci yerə yüksəlib və Bakıdakı turnirin ulduz qonağı olacaq

Ötən həftəsonu ABŞ-ın Nyuark şəhərində baş tutan UFC 316 turnirindən sonra döyüş promouteri UFC-nin reytinqləri yenilənib.

İdman.biz xəbər verir ki, yüngül çəki dərəcəsində (61 kq) dünya çempionu olan gürcü Merab Dvalişvili amerikalı Şon O'Malli ilə revanş döyüşündəki qələbəsindən sonra təşkilatın ən yaxşı döyüşçülərinin siyahısında ikinci yerə yüksəlib.

UFC "Pound-for-Pound" (çəkidən asılı olmayan) reytinqi:
1. İslam Maxaçev (Rusiya)
2. Merab Dvalişvili (Gürcüstan)
3. Con Cons (ABŞ)
4. İliya Topuriya (Gürcüstan)
5. Drikus du Plessis (Cənubi Afrika)
6. Maqomed Ankalaev (Rusiya)
7. Aleksandr Volkanovski (Avstraliya)
8. Cek Della Maddalena (Avstraliya)
9. Aleks Pereyra (Braziliya)
10. Aleksandr Pantoja (Braziliya)

Dvalişvili və UFC-nin keçmiş yarımorta çəki çempionu amerikalı Belal Muhammad Bakıda keçiriləcək UFC turnirinin ulduz qonaqları olacaqlar.

Turnir iyun 21-də "Baku Crystal Hall"da keçiriləcək.

Bakıda UFC gecəsinin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camaal Hill ilə bu titul uğrunda mübarizə aparmış Xalil Rauntree arasında olacaq.

Gecənin ikinci əsas döyüşü isə yüngül çəkidə həmyerlimiz Rafael Fiziyev ilə İqnasio Bahamondes (Çili) arasında baş tutacaq.

Turnirdə Azərbaycanın digər təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktagona çıxacaqlar. Onların rəqibləri, müvafiq olaraq, braziliyalı Nikola Motta və qırğızıstanlı Mıktıbek Orolbay olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Oxşar xəbərlər