top
Həmzət Çimayevin zədəsi və tituldan imtina ehtimalı: İmavov açıqlama verdi Idman.biz
25 fevral 2026, 17:57
- +

Həmzət Çimayevin zədəsi və tituldan imtina ehtimalı: İmavov açıqlama verdi

UFC-nin orta çəki dərəcəsində reytinqin ikinci pilləsində qərarlaşan Nassurdin İmavov, divizionun hazırkı çempionu Həmzət Çimayevlə döyüşün niyə hələ də rəsmiləşməməsinin səbəbini açıqlayıb.

İdman.Biz "MMA Fighting" istinadən xəbər verir ki, fransalı döyüşçü çempionun zədəli olduğunu bildirib.

"Hələlik heç bir yekun xəbər yoxdur, müqavilə imzalanmayıb. UFC döyüşü dekabra, sonra isə fevrala təyin etmək istəyirdi, lakin Həmzət zədələndi. Bu yaxınlarda Mik Meynardla danışdıq, onlar bu döyüşün baş tutmasını istəyirlər. Mən bilirəm ki, növbəti döyüşüm titul uğrunda olmalıdır", - deyə İmavov söyləyib.

Həmzət Çimayev ötən ilin noyabrında ayağından kiçik bir əməliyyat keçirəcəyini və Ramazan ayından sonra oktaqona qayıtmağı planlaşdırdığını açıqlamışdı. Lakin son gələn məlumatlar onun planlarının dəyişdiyini göstərir.

İddialara görə, Çimayev orta çəkidəki titulundan imtina edərək yarım-ağır çəki dərəcəsinə keçə bilər. Onun aprelin 11-də Mayamidə keçiriləcək UFC 327 turnirində boş qalan çempionluq kəməri uğrunda İrji Proxazka ilə qarşılaşacağı deyilir. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Bu gün, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Bu gün, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Bu gün, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Bu gün, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Bu gün, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Bu gün, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Bu gün, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Bu gün, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Bu gün, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Bu gün, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Bu gün, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Bu gün, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Bu gün, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Bu gün, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Bu gün, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Bu gün, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Bu gün, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Bu gün, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Bu gün, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Bu gün, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Bu gün, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Bu gün, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Bu gün, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər